Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-516/2023 05.10.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı borc tələbi və kredit müqavilələrinin ləğv edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı borc tələbi və kredit müqavilələrinin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019cu il tarixli, 003A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 0,0833 faizlə 60 ay müddətinə 4831,61 manat, xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsinə əsasən illik 0,0833 faizlə 60 ay müddətinə 6295,29 manat kreditlər verilmişdir. xx.xx.2019-cu il tarixli, 003A********** saylı və xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqavilələrinin təminatı olaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 ilə İddiaçı QSC arasında zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu Cavabdeh1 müqavilələrin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsi üzrə banka 4732,77 manat əsas, 85,16 manat faiz, 3755,54 manat cərimə və xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsi üzrə isə banka 6166,71 manat əsas, 113,45 manat faiz borcu və 4893,68 manat cərimə borcu vardır. Xəbərdarlıq da edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırmışlar. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsi üzrə 4732,77 manat əsas, 85,16 manat faiz, 3755,54 manat cərimə cəmi 8573,47 manat və xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsi üzrə isə 6166,71 manat əsas, 113,45 manat faiz, 4893,68 manat cərimə cəmi 11173,84 manat borcun və ödənilmiş 149,24 manat dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi ödənilməsi və «AccessBank” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 003A********** saylı və xx.xx.2019-cu il tarixli, 003A********** kredit müqavilələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Məhərrəm Həsənov məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakları olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik 0,0833 faizlə 60 ay müddətinə 4831,61 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli dörd ədəd zaminlik müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq digər cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 zamin durmuşlar. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik 0,0833 faizlə 60 ay müddətinə 6295,29 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli dörd ədəd zaminlik müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq digər cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 zamin durmuşlar. İş materiallarına əlavə olunmuş maliyyə arayışlarından görünür ki, cavabdehlərin xx.xx.2023-cü il tarixə 003A********** saylı kredit müqaviləsi üzrə 4732,77 manat əsas, 85,16 manat faiz, 3755,54 manat cərimə, cəmi 8573,47 manat və xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsi üzrə isə 6166,71 manat əsas, 113,45 manat faiz, 4893,68 manat cərimə cəmi 11173,84 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, cavabdehlərə borclarının ödənilməsi üçün lazımi qaydada məlumat verilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. МM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-nin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, AccessBank» QSC tərəfindən xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 0,0833 faizlə 60 ay müddətinə 4831,61 manat, xx.xx.2019-cu il tarixli, 003A********** saylı digər bir kredit müqaviləsinə əsasən illik 0,0833 faizlə 60 ay müddətinə 6295,29 manat kredit verilmişdir. Hər iki müqavilənin təminatı olaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 ilə İddiaçı QSC arasında zaminlik müqavilələri bağlanmış, bununla da zaminlik müqavilələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımalarını öz üzərlərinə götürmüşlər. Lakin kredit müqavilələrinə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilələr üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilələrin şərtlərini pozmuşdur. Cavabdeh1 banka iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsi üzrə 4732,77 manat əsas, 85,16 manat faiz, 3755,54 manat cərimə, cəmi 8573,47 manat və xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsi üzrə isə 6166,71 manat əsas, 113,45 manat faiz, 4893,68 manat cərimə, cəmi 11173,84 manat məbləğində borcu qalmışdır. Bundan əlavə, MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edilən hüquq normalarının tələblərini, tərəflərin əmlak mənafelərini nəzərə alıb və iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının 003A********** saylı krеdit müqaviləsi üzrə tələb etdiyi 3755,54 manat dəbbə pulu azaldılaraq 1000 manat, və 003A********** saylı kredit müqaviləsi üzrə tələb etdiyi 4893,68 manat cərimə pulu isə azaldılaraq 1500 manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 149,24 manat dövlət rusumunun 131 (bir yüz otuz bir) manatı onun xeyrinə cavbdehlərdən müştərək qaydada tutulmalı və digər qismi, yəni 18,24 manatı isə iddiaçının hesabına aid edilməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, yəni «AccessBank” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 003A********** saylı və xx.xx.2019-cu il tarixli 003A********** saylı kredit müqavilələri ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsi üzrə 4732,77 manat əsas, 85,16 manat faiz, 1000 manat cərimə, cəmi 5817,93 manat və xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsi üzrə 6166,71 manat əsas, 113,45 manat faiz, 1500 manat cərimə, cəmi 7780,16 manat məbləğində borc pul və 131 manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı Accessbank» Qapalı Səhmdar Cəmiyyətinın xeyrinə ödənilməli, ödənilmiş 149,24 manat dövlət rüsumunun 18,24 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissələrdə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı «AccessBank” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 003A********** saylı və xx.xx.2019-cu il tarixli 003A********** saylı kredit müqavilələri ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsi üzrə 4732,77 manat əsas, 85,16 manat faiz, 1000 manat cərimə, cəmi 5817,93 manat və xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsi üzrə 6166,71 manat əsas, 113,45 manat faiz, 1500 manat cərimə, cəmi 7780,16 manat, ümumilikdə 13598,09 (on üç min beş yüz doxsan səkkiz manat doqquz qəpik) manat borc pul və 131 (bir yüz otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-nın xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 18,24 (on səkkiz manat iyirmi dörd qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-516/2023
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-516/2023
05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver