Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-795/2023 20.12.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı və Cavabdehn iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, 01 avqust 2023-cü il tarixdə saat 16:50 radələrində X2 məxsus «X3» markalı **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə əsasında Cavabdeh tərəfindən idarə edilərkən Bakı şəhəri, Nəsimi rayonu Salatın Əsgərova küçəsi ilə Rəşid Behbudov küçələrinin kəsişməsində işiqforun qırmızı işiğında keçərək ona məxsus “Mercedes Benz E350 Minik” markalı, **-MK-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Nəticədə mülkiyyətində olan “Mercedes Benz E350 Minik” markalı, **-MK-*** dövlət nömrə nişanlı avtomaşına 8410 (səkkiz min dörd yüz on) manat məbləğində ziyan vurulmuşdur. Bununla bağlı DİN-nin BDYPİ-si tərəfindən Cavabdeh barəsində «Yol hərəkəti haqqında» Qanununun tələblərini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 327.2-cı maddəsi ilə İXP ******* №-li protokol və TP ******* №li inzibati tənbehvermə haqqında qərar tərtib edilərək 80 (səksən) manat cərimə edilmişdir. Beləliklə, Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində ona küllü miqdarda maddi ziyan vurulmuşdur. Qeyd edir ki, sığorta şirkəti vurulmuş ziyanın 5000 manatını ödənilməsini öz öhdəsinə götürmüş və bununla bağlı müvafiq qərar qəbul etmişdir. Lakin yerdə qalan 3410 manat cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdehə dəfələrlə müraciət etməyinə baxmayaraq o, təmir xərcini ödəməkdən imtina edir, onu təhqir edərək kobudcasına “get ver məhkəməyə, onsuzda məhkəmələr də boş şeydir” tipli ifadələr işlədərək telefonu üzünə qapadır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh 3410 manat məbləğində dəymiş zərərin və iş üzrə ödənilmiş 54,10 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavbdeh Cavabdeh məhkəməyə ərizə təqdim edərək izahatında göstərmişdir ki, o, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. İddia tələbini qəbul edir. Belə ki, 01 avqust 2023-cü il tarixdə etibarnamə əsasında «X3» markalı **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, Nəsimi rayonu Salatın Əsgərova küçəsi ilə Rəşid Behbudov küçələrinin kəsişməsində onun idarə etdiyi avtomobil iddiaçıya məxsus “Mercedes Benz E350 Minik” markalı, **-MK- *** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Nəticədə iddiaçının mülkiyyətində olan “Mercedes Benz E350 Minik” markalı, **-MK-*** dövlət nömrə nişanlı avtomaşına 8410 (səkkiz min dörd yüz on) manat məbləğində ziyan vurulmuşdur. Sığorta şirkəti vurulmuş ziyanın 5000 manatını ödəmişdir. İddiaçı ona qarşı qaldırdığı 3410 manat məbləğində dəymiş zərərin və iş üzrə ödənilmiş 54.10 manat dövlət rüsumunun ondan tutulub iddiaçıya xeyrinə ödənilməsinə onun heç bir etirazı yoxdur, lakin qeyd edilən ziyan məbləğini o, yalnız hissə-hissə ödəyə bilər. Qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş ADN481920 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E350 Minik” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş ABN709796 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və etibarnamənin surətlərindən görünür ki, “Mitsubishi Airtirek” minik markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 adına qeydiyyata alınmış və nəqliyyat vasitəsini idarə etmək hüququ xx.xx.2062-ci il tarixədək Cavabdeh verilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, İddiaçı istifadəsində olan “Mercedes Benz E350 Minik” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə texniki xəsarət yetirilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 80 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" QSC serviz mərkəzi tərəfindən verilmiş istifadə olunmuş ehtiyyat hissələri və materialları, həmçinin görülmüş işlər üzrə cədvəldən, eyni zamanda ödəniş aktından və "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı istifadəsində olan “Mercedes Benz E350 Minik” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin məbləği ümumilikdə 8410 manat həcmində müəyyən edilmiş, lakin "xxxx" ASC tərəfindən dəymiş ziyan məbləğindən 5000 manat sığorta ödənişi İddiaçı ödənilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, 01 avqust 2023-cü il tarixdə saat 16:50 radələrində X2 məxsus «X3» markalı **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə əsasında Cavabdeh tərəfindən idarə edilərkən Bakı şəhəri, Nəsimi rayonu Salatın Əsgərova küçəsi ilə Rəşid Behbudov küçələrinin kəsişməsində işiqforun qırmızı işiğında keçərək İddiaçı məxsus “Mercedes Benz E350 Minik” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Bununla əlaqədar olaraq Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən «Mitsubishi Airtirek» minik markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 80 manat məbləğində cərimə olunmuşdur. Bundan sonra İddiaçı istifadəsində olan “Mercedes Benz E350 Minik” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin məbləği "xxxx" ASC tərəfindən ümumilikdə 8410 manat həcmində müəyyən edilərək dəymiş ziyan məbləğindən 5000 manat sığorta ödənişi İddiaçı ödənilmiş, lakin qalan 3410 manat məbləğ iddiaçı tərəfindən cavabdehdən tələb edilsə də cavabdeh bundan imtina etmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehə qarşı qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edilərək dəymiş 3410 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi xahiş edilmişdir. Eyni zamanda məhkəmə baxış iclasında Cavabdeh İddiaçı tərəfindən tələb edilən 3410 manat həcmində dəymiş ziyan məbləğini qəbul edərək iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən də müəyyən olunur ki, Cavabdeh mülki hüquq pozuntusu törətməsi nəticəsində iddiaçıya 3410 manat məbləğində ziyan dəymişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Cavabdeh 3410 (üç min dörd yüz on) manat dəymiş ziyanın alınıb İddiaçı verilməsi tam qanuni və əsaslıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, yəni Cavabdeh 3410 manat dəymiş ziyan və 54,10 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 3410 (üç min dörd yüz on) manat məbləğində dəymiş ziyan və 54,10 (əlli dörd manat on qəpik) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-795/2023
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-795/2023
20.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver