Məhkəmə qərarları › İş №2(047)-89/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-89/2025

28.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-89/2025 28.01.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 23 dekabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Laçın Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan 70 manat alimentin miqdarının dəyişdirilərək hər ay 235 manat və X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat, cəmi 470 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan xx.xx.2017-ci təvəllüdlü X6 adlı bir uşağı anadan olmuşdur. Sonralar ailə münasibətləri pozulmuş və aralarında olan nikah Laçın Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra cavabdeh öz qazancıdan uşağın maddi tələbatlarını ödəməkdən yayındığı üçün məcbur qalıb məhkəməyə müraciət etmişdir. Belə ki, Laçın Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli, 2(047)-149/2019 saylı qətnaməsinə əsasən X2 üçün cavabdehdən hər ay 70 (yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Daha sonra ailə münasibətlərinin düzəlməsi və övladının həm atasının, həm də anasının qayğısı ilə böyüməsini nəzərə alaraq 4 il ayrı yaşadıqdan sonra cavabdehlə barışaraq təkrar bir araya gəlmiş və xx.xx.2023-cü il tarixdə onların X5 adlı bir qızı anadan olmuşdur. Cavabdehlə 2 il birlikdə ailə kimi yaşasa da aralarında rəsmi nikah olmamış, lakin cavabdeh uşağa atalıq vermişdir. Yenidən bir araya gəlsələr də ailənin qorunub saxlanılması mümkün olmamış və uzun müddətdir ki, uşaqları ilə birlikdə atasının evində yaşayır. Tutulan alimentin miqdarı hazırda uşaqların saxlanması üçün kifayət etmir. Özü isə heç bir yerdə işləmədiyi üçün uşaqları saxlamaq üçün kifayət qədər maddi imkanı yoxdur. Yalnız valideynlərinin ona göstərdiyi maddi yardım hesabına özünü və uşaqlarını dolandırır. Günü-gündən uşaqların maddi tələbatları artır və 70 manat uşağın heç bir təlabatını ödəmir. Odur ki, alimentin miqdarının artırılması və xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 üçün onun nəfınə alimentin qət edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də belə hesab edir ki, Laçın Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli, 2(047)-149/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, həmçinin sabit pul məbləğində olmaqla hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat onun xeyrinə aliment tutulmalıdır. Cavabdehlə birgə yaşadığı vaxtdan bilir ki, onun uşağa baxmaq üçün kifayət qədər iş imkanları və qazancı vardır. Odur ki, xx.xx.2017-ci təvəllüdlü X4 yetkinlik yaşna çatana kimi saxlanılması üçün Laçın Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli, 2(047)-149/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş 70 manat alimentin miqdarının artırılması, həmçinin xx.xx.2023-cü il təvəllüdlü X1 üçün sabit pul məbləğində olmaqla hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə təqdim edərək izahatında göstərmişdir ki, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. İddia tələbini qismən qəbul edir. Belə ki, o, iddiaçı ilə xx.xx.2016-cı il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş və həmin nikahdan xx.xx.2017-ci il tarixdə X6 adlı bir uşaqları anadan olmuşdur. Ailə münasibətləri ilk vaxtlarda normal olsa da, sonralar aralarında baş vermiş ziddiyətlər ailələrinin dayaqlarını sarsıtmış və ona görə də iddiaçının iddiası ilə Laçın Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə onun arasında bağlanmış nikahın pozulması və birgə nikahdan anadan olmuş uşağının isə anasının yanında qalması qət edilmişdir. Soradan İddiaçı ilə barışaraq bir yedə yaşamış və onların faktiki nikahlarından xx.xx.2023-cü il tarixdə X5 adlı bir uşağı anadan olmuşdur. Uşaqlar hal-hazırda da anasının yanında qalırlar. O, heç bir yerdə işləmir və maddi imkanı da çox aşağıdır. Bundan başqa ondan hər ay tutulan 70 manat alimenti də ödəməkdə çətinlik çəkir. Onun başqa iş yeri və gəliri də yoxdur. Lakin bir ata kimi uşaqlarının saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin təsdiqlənmiş surətlərindən görünür ki, tərəflərin rəsmi nikahından xx.xx.2017ci il tarixdə X6 və faktiki nikahından isə xx.xx.2023-cü il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Laçın rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2019-cu il tarixdə pozulmuş və iddaçıya Qasımova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Laçın Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(047)-149/2019 saylı qətanəməsindən görünür ki, 24 yanvar 2019-cu il tarixdən başlayaraq Cavabdeh xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 70 (yetmiş) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Şirinova (Qasımova) Leyla Cəfər qızının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Ağcabədi rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Laçın Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(047)- 149/2019 saylı icra sənədinə əsasən Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2025ci il tarixədək 1620 manat aliment ödənilməmişdir. İş materiallarına əlavə olunmuş mediator X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə saat 13:20-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 2-ci bəndinə əsasən yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən iki uşağa görə qazancının (başqa gəlirlərin) üçdə biri miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə uşaqların saxlanılması ucun alimentin, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarının 8.11-1-ci yarımbəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. İş üzrə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və aliment tələbinə dair iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə qeyd edilən hüquq normalarını və iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq aliment tutulmalıdır. Bundan başqa, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əmək haqqının, pensiyaların minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün ölkə üzrə minimum əmək haqqı 345 manat məbləğində müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cü maddəsinə əsasən, valideyinlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmçinin, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.13-cü bəndinin birinci cümləsinə əsasən alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə tərəflərin məhkəməyə verdiyi izahatlarında göstərdiyi xüsusatlara da hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı Cavabdeh xx.xx.2017-ci təvəllüdlü X4 yetkinlik yaşna çatana kimi saxlanılması üçün Laçın Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli, 2(047)-149/2019 saylı qətnaməsi ilə bir uşaq üçün müəyyən olunmuş 70 manat alimentin miqdarının artırılması və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün sabit pul məbləğində olmaqla hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat alimentin tutularaq ona ödənilməsini tələb etsə də, öz tələbini əsaslandıran halları, yəni cavabdehin maddi vəziyyətində baş verən dəyişikliyi, onun aylıq qazancının tələb edilən alimenti ödəməyə maddi cəhətdən imkanının olmağını təsdiq edən subutları məhkəməyə tam təqdim edə bilməmişdir. Cavabdeh isə tələb olunan alimenti ödəməyə imkanının çatmamasını, maddi vəziyyətinin ağır olmasını, hal-hazırkı halda məhkəmə tərəfindən müəyyən edilmiş alimentin ödənilməsində çətinlik çəkməsini, bundan başqa hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat aliment ödəyə bilməsini qeyd etməklə, məhkəmə bildirir ki, cavabdeh də izahatında tam səmimi deyildir. Bununla belə məhkəmə eyni zamanda hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) tutulan aliment üzrə uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşağın maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməlidir. Alimentin miqdarını müəyyən edərkən, uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü, bu baxımdan cavabdehin (atanın) uşağın maddi təminatının təmin edilməsində daha fəal iştiraka cəlb edilməsi halları nəzərə alınmalıdır. Bu səbəbdən əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, eyni zamanda cavabdehin qazancının qeyri-müntəzəm olmasını, iddiaçının iddia tələbini, həmçinin tərəflərin izahatlarını, bundan əlavə 2024-cü il ölkə üzrə minimum əmək haqqının 345 manat məbləğində müəyyən edildiyini nəzərə alaraq, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış subutlara məcmu qaydada hüquqi qiymət verərək onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, yəni Laçın Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(017)-149/2019 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilməli, 26 noyabr 2024-cü il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində (345 x 0,45 = 155,25 manat) sabit pul məbləğində aliment tutulmalı, eyni zamanda 26 noyabr 2024-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində (345 x 0,45 = 155,25 manat) sabit pul məbləğində aliment tutulmalı, qətnamənin bu hissəsi dərhal icra edilməli və iddia tələbi qalan hissələrdə isə rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78, 100-cü, 112ci və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Laçın Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(017)-149/2019 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilsin. 26 noyabr 2024-cü il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. 26 noyabr 2024-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun və qətnamənin bu hissəsi dərhal icra edilsin. İddia tələbi qalan hissələrdə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar