Məhkəmə qərarları › İş №e-2(3-6)-4327/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4327/2026

15.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4327/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X5 (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və X4 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “alimentin tutulması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh yalnız yetkinlik yaşına çatmayan iki övladı ##.##.2011-ci il təvəllüdlü Nəsibzadə İnci Fərid qızı və ##.##.2023-cü il təvəllüdlü Nəsibzadə İpək Fərid qızının saxlanılması üçün əvvəllər müəyyən edilmiş hər uşaq üçün 235 manat aliment məbləğinin artırılaraq, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən başlayaraq, uşaqların hər birinin yetkinlik yaşına çatanadək, hər ay hər uşaq üçün 2026-cı il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğində 260 manat, ümumilikdə 520 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, X3 ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək faktiki olaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh himayəsində yaşaması nəzərə alınaraq, 2026-cı ilin fevral ayının 9-dək olmaqla ayda 246 manat sabit məbləğində olmaqla ümumilikdə 984 manat alimentin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq hazırki iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qətnaməsi ilə ilk iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında imzalanmış ##.##.2024-cü il tarixli, MŞB/**/****-***** nömrəli barışıq sazişi ilə ##.##.2011-ci il təvəllüdlü Nəsibzadə İnci Fərid qızının və ##.##.2023-cü il təvəllüdlü Nəsibzadə İpək Fərid qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, ##.##.2026-cı il tarixdən başlayaraq, ##.##.2011ci il təvəllüdlü Nəsibzadə İnci Fərid qızının və ##.##.2023-cü il təvəllüdlü Nəsibzadə İpək Fərid qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində alimentin tutulması, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən apellyasiya qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən alimentin tutulması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Apellyasiya şikayətini vermiş Cavabdeh isə qarşılıqlı iddia üzrə alimentin tutulmasını tələb etməklə yanaşı, ilk iddia üzrə cavabdeh olmuş və ona qarşı irəli sürülmüş ilk iddia təmin edilməklə ondan tutulan alimentin miqdarı dəyişdirilmişdir (artırılmışdır). Cavabdeh qətnaməni bu hissədə də mübahisələndirir. Lakin bununla bağlı apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Onun dövlət rüsumunun ödənilməsindən azad olunduğunu təsdiq edən hər hansı sübut da mövcud deyil. Qeyd edilənlər öz növbəsində apellyasiyanın qeyrimümkün hesab edilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 366.1-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında ödənilməlidir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qətnamə alimentin tutulması hissəsində də mübahisələndirilməsinə baxmayaraq, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264-cü, 366-cı, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar