Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-91/2025 24.02.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi» barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi» barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə bağlı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsi ərazisində Cavabdeh məxsus X3 idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz C180” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mazda 3” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən tərtib edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. ********** saylı vöen əsasında fəaliyyət görsədən avtoservis tərəfindən tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, “Mazda 3” markalı, 90- SS-161 dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 711,00 (yeddi yüz on bir) manat təşkil edir. Bununla əlaqədar olaraq "xxxx" ASC tərəfindən iş üzrə PXA141673 və PXA154667 saylı sığorta aktı tərtib edilməklə zərər çəkənə dəymiş zərərə görə 711,00 (yeddi yüz on bir) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Odur ki, Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 711 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 741 manat pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizələr göndərərək məhkəmə iclaslarını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ASC tərəfindən tərtib edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan, sığorta aktlarından və qüsur aktlarından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı ASC-də icbari sığorta növü ilə sığortalanmış Cavabdeh mülkiyyətində olan və X3 idarə etdiyi «MERCEDES BENZ C180» markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Koroğlu küçəsi ərazisində X4 istifadəsində olan “Mazda 3” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşaraq həmin nəqliyyat vasitələrinə zərər vurmuş və nəticədə dəymiş ziyanın ümumi məbləği 711 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt ŞPİ-nin TŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X3 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanılmasının rədd edilməsi, həmçinin X7 barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surətinin Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilməsi və X5 isə vurulmuş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnun olması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş ödəniş tapşırıqlarından görünür ki, İddiaçı ASC tərəfindən müəyyən edilmiş 711 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş bildirişlərdən görünür ki, X1 İddiaçı ASC tərəfindən müəyyən edilmiş 711 manat sığorta ödənişinin ödənilməsi xahiş olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmçinin, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı ASC-də icbari sığorta növü ilə sığortalanmış Cavabdeh mülkiyyətində olan və X3 idarə etdiyi «MERCEDES BENZ C180» markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Koroğlu küçəsi ərazisində X4 idarə etdiyi “Mazda 3” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin nəqliyyat vasitəsinə zərər vurmuş, bundan sonra Sumqayıt ŞPİ-nin TŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən X3 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanılmasının rədd edilməsi, həmçinin X7 barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surətinin Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilməsi və X5 isə vurulmuş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnun olması qərara alınmış, nəticədə dəymiş ziyanın ümumi məbləği 711 manat müəyyən edilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq qaydada zərər çəkmiş şəxsə ödənilmişdir. Daha sonra "xxxx" ASC tərəfindən 711 manat məbləğində dəymiş ziyan X1 tələb edilsə də qeyd edilən məbləğ X7 tərəfindən ödənilməmişdir. Lakin buna baxmayaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı belə bir tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarından isə görünür ki, "xxxx" ASC subroqasiya tələbinin qanuni əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə istinad edir. Həmin normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır. Oxşar qayda Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan 1108.2-ci maddəsində də göstərilmişdir. Həmin normaya görə, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, adı çəkilən Qanunun 25.1.3-cü maddəsindəki şərtləri MM-in 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirildikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır. Lakin bütün bu qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti, məhz Cavabdeh qarşı subroqasiya qaydasında məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Çünki, iş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin TŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının məzmunundan da belə müəyyən olunur ki, Cavabdeh tərəfindən ona məxsus olan «MERCEDES BENZ C180» markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil onun razılığı olmadan Sumqayıt şəhəri, Koroğlu küçəsi ərazisində yerləşən 041 avtoyuma məntəqəsinin işçisi X2 tərəfindən X6 idarə edilmək üçün verilmiş və qeyd edilən hadisə də məhz nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan X3 təqsiri ucbatından baş vermişdir. Bundan başqa iş materiallarına əsasən də belə müəyyən edilir ki, müvafiq bildirişlə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh deyil, X1 tələb edilmişdir. Göstərilənlərə əsasən, həmçinin o da müəyyən edilir ki, törədilmiş hadisə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin qanuni əsası kimi əsaslandığı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin təsir dairəsinə düşmədiyindən, yəni MERCEDES BENZ C180» markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin X2 tərəfindən X6 idarə edilmək üçün verilməsində Cavabdeh təqsiri sübuta yetirilmədiyindən, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı X4 idarə etdiyi “Mazda 3” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı subroqasiya hüququ da yaranmamışdır. Bundan əlavə qeyd edilən bu fakt, yəni MERCEDES BENZ C180» markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin X2 tərəfindən X6 idarə edilmək üçün verilməsində Cavabdeh təqsirinin olmaması Sumqayıt ŞPİ-nin TŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qanuni qüvvəsini almış qərarında da öz təsdiqini tapmışdır. Odur ki, qeyd olunanlara əsaslanaraq məhkəmə iddia tələbinin təmin olunmamasını qanuni və əsaslı hesab edir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada hüquqi qiymət verərək onda yaranmış daxili inam əsasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 711 manat məbləğində subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiasının rədd edilməsi qənaətinə gəlir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının hesabına aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilməsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 711 (yeddi yüz on bir) manat məbləğində subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi əsassız olduğundan rədd edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının hesabına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-91/2025
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-91/2025
24.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver