Məhkəmə qərarları › İş №2(047)-968/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-968/2024

26.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-968/2024 26.11.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X5, xx.xx.2012-ci il tarixdə X6 və xx.xx.2015-ci il tarixdə X2 adlı üç uşağı anadan olmuşdur. Uşaqlar hal-hazırda onun himayəsindədirlər. Uşaqların saxlanılması üçün Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3558/2023 saylı qətnaməsinə əsasən cavabdehdən sabit pul məbləğində hər ay hər hər uşağa 120 manat cəmi 360 manat alimentin onun xeyrinə tutulması qət edilmişdir. Cavabdehlə birgə yaşadığı vaxtdan bilir ki, onun uşaqlara baxmaq üçün kifayət qədər iş imkanları və qazancı vardır. Amma hazırda aldığı alimentin miqdarı 360 manat təşkil edir. Ailə problemlərinin və uşaqların diqqətəlayiq ehtiyaclarının artması ona çətinlik yaradır. Uşaqların tələbatını həmin alimentlə təmin edə bilmir. Odur ki, Cavabdeh tutulan alimentin miqdarının artırılaraq xx.xx.2010-cu il tarixdə anadan olmuş X3, xx.xx.2012-ci il tarixdə X4 və xx.xx.2015-ci il tarixdə X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat, cəmi 705 manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. O, iddia tələbini qəbul etmir. Belə ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X10 Mərkəzinin Bərdə rayon ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləyir və aldığı əmək haqqı 345 manat təşkil edir. Onun başqa iş yeri və gəliri də yoxdur. Bundan başqa ondan tutulan 360 manat alimenti də ödəməkdə çətinlik çəkir və onun maddi vəziyyəti də çox ağırdır. Odur ki, qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X5, xx.xx.2012-ci il tarixdə X6 və xx.xx.2015-ci il tarixdə X2 adlı üç uşağı anadan olmuşdur. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı xx.xx.2018-ci il tarixdə ləğv edilmiş və nikah pozulduqdan sonra qadına Kərimova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3558/2023 saylı qətanəməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin 2(021)-2316/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və Cavabdeh xx.xx.2010-cu il tarixdə anadan olmuş X3, xx.xx.2012-ci il tarixdə X4 və xx.xx.2015-ci il tarixdə X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 120 manat, cəmi 360 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə isə rədd edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3558/2023 saylı icra sənədinə əsasən Cavabdeh cəmi 360 manat alimentin İddiaçı xeyrinə tutulması göstərilmiş, icra sənədi üzrə borclu tələbkarın xeyrinə hər ay alimenti ödəyir və hal-hazırda onun aliment borcu yoxdur. İş materiallarına əlavə olunmuş mediator Aqil Cəfərov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi üzrə mediatora müraciət etmiş, lakin tərəflər xx.xx.2024-cü il tarixə saat 14:30-da keçirilən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə razılığa gəlməmişlər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X10 Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X10 Mərkəzinin Bərdə rayon ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləyir və onun əmək haqqı 345 manat təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən üç və daha çox uşağa görə qazancının (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Valideyn (lər) və ya uşağı tərbiyə edən şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əmək haqqının, pensiyaların minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cü maddəsinə əsasən, valideyinlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan əlavə məhkəmə tərəflərin məhkəməyə verdiyi izahatlarında göstərdiyi xüsusatlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı Cavabdeh xx.xx.2010-cu il tarixdə anadan olmuş X5, xx.xx.2012-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 235 manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə ödənilməsini tələb etsə də, öz tələbini əsaslandıran halları, yəni cavabdehin maddi vəziyyətində baş verən dəyişikliyi, onun aylıq qazancının tələb edilən alimenti ödəməyə maddi cəhətdən imkanının olmağını təsdiq edən subutları tam məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə tələb olunan alimenti ödəməyə imkanının çatmamasını, maddi vəziyyətinin ağır olmasını və hal-hazırkı halda məhkəmə tərəfindən müəyyən edilmiş alimentin ödənilməsində çətinlik çəkməsini qeyd etməklə, məhkəmə bildirir ki, cavabdeh də izahatında tam səmimi deyildir. Bununla belə məhkəmə eyni zamanda hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) tutulan aliment üzrə uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşağın maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməlidir. Alimentin miqdarını müəyyən edərkən, uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü, bu baxımdan cavabdehin (atanın) uşağın maddi təminatının təmin edilməsində daha fəal iştiraka cəlb edilməsi halları nəzərə alınmalıdır. Bu səbəbdən əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, eyni zamanda cavabdehin qazancının qeyrimüntəzəm olmasını, iddiaçının iddia tələbini, həmçinin cavabdehin işləməsini, bundan əlavə 2024-cü il yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsini nəzərə alaraq, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2010-cu il tarixdə anadan olmuş X3, xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 135 (bir yüz otuz beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış subutlara məcmu qaydada hüquqi qiymət verərək onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3558/2023 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh xx.xx.2010-cu il tarixdə anadan olmuş X5, xx.xx.2012-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 135 (bir yüz otuz beş) manat, cəmi 405 (dörd yüz beş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78, 112-ci və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3558/2023 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh xx.xx.2010-cu il tarixdə anadan olmuş X3, xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 135 (bir yüz otuz beş) manat, cəmi 405 (dörd yüz beş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar