Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-1061/2024 28.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddaçı İddiaçı, Cavabdeh və cavabdehlər Cavabdeh4, Cavabdeh5 və X5 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X6, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və X9 tərəfindən ölçü müayinə işlərinin aparılması üçün yaradılmış maneələrin aradan qaldırması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik Cəngəmiran kəndində yerləşən, mərhum əri, X2 miras qalmış, torpaq sahəsini və yaşayış evini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində mərhumun adına sənədləşdirməkdən ötrü cavabdehlər X6, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və X9 tərəfindən ölçü müayinə işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarına yaradılmış maneələrin aradan qaldırlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1956-cü ildə ünvan 2ində anadan olmaqla, hazırda ünvan 2ində qeydiyyatda olmaqla yaşayır.Mərhum əri X7 ilə, 01 iyul 2005-ci il tarixində nikahlarını Cəngəmiran ƏİN tərəfindən 15 sayla rəsmiləşdirməklə evlənmişdir.Mərhum əri X7 02 mart 2021-ci il tarixində vəfat etmiş, mərhum əri X7 vəfat edəndən sonra bütün miras əmlakı qəbul edərək, təsərrüfatı o, idarə edir. O, vəfat edənə qədər elektrik və qaz enerjisi pulunu özü ödəmiş, vəfat edəndən sonra hazırkı vaxta qədər 3 otaqlı fərdi yaşayış evidə yaşamaqla elektrik qaz komulal pullarını özü ödəyirəm.Buna görə də o, mərhum ərinin AR MM-nin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə olan vərəsəsidir.O,mərhumun qanun üzrə vərəsəsi kimi miras əmlakı qəbul edərək mübahisəsiz qaydada idarə etməklə,məhkəməyə müraciət edərək mərhum ərim X2 miras qalmış fərdi yaşayış evini və torpaq sahələrini miras əmlak kimi onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Lerik rayon məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2(048)34/2023 saylı qətnaməsi ilə ərizəsi təmin edilmiş, qətnamə Lerik rayon Notariat ofisinin notariusu vəzivəsini icra edən Cavid Mircavadov tərəfindən icra edilərək ona 11 mart 2023-cü il tarixli 127 saylı vərəsəlik şəhadətnaməsi verilmişdir.Miras qlmış həyətyanı torpaq sahəsini və yaşayış evini hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində sənədləşdirmək istəsə də, cavabdehlərin maneəsi nəticəsində bundan məhrum olmuşdur.Mərhum ərinin birinci növbədə vərəsəsi olsa da cavabdehlərin qanuna zidd hərəkətləri nəticəsində bu hüququndan istifadə edə bilmir.Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh və cavabdehlər Cavabdeh4, Cavabdeh5 və X5 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 məhkəmə iclası zamanı, iddianı qəbul etdiklərini bildirərək, onların iddiaçıya heç bir mane yaratmadığlarını, iddiaçının tələb etdiyi ölçü maneələrin aparılmasına heç bir etirazı olmadığlarını bildirdi və məhkəməyə yazılı ərizə verərək məhkəmədən bu barədə ədalətli qərar qəbul edilməsini xahiş etdi. Digər cavabdeh X6 və Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məslələri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda da məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, X7 ilə,İddiaçı arasında 01 iyul 2005-ci il tarixdə Lerik rayon Cəngəmiran ƏİN-də qeyd edilmiş 15 saylı nikah qeydi vardır. İş materiallarına əlavə edilmiş ölüm haqqında arayışın sürətindən görünür ki, mərhum X1 arvadı X8 16 fevral 2004-cü il tarixində ünvan 2ində vəfat etmiş,onun ölümü haqqında 17 aprel 2004-cü il tarixli 2 saylı ölüm akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında arayışın sürətindən görünür ki, X7 02 mart 2021-ci il tarixində ünvan 2ində vəfat etmiş,onun ölümü haqqında 05 mart 2021-ci il tarixli 63 saylı ölüm akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddaçı İddiaçı tərəfindən 100 manat dövlət rüsumu dövlət bücəsinə ödənilmişdir. İş materiallarına əlavə edilmiş, Lerik rayon Notariat ofisinin notariusu vəzivəsini icra edən Cavid Mircavadov tərəfindən 11 mart 2023-cü il tarixli 127 saylı vərəsəlik arayışın sürətindən görünür ki, 02 mart 2021-ci il tarixində vəfat etmiş X2 miras qalmış ünvan 1i ünvanında yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə və ünvan 1i ünvanında yerləşən kənd təsərüfatlı təyinatlı torpaq sahələrinə dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi barədə ünvan 2i ünvanında qeydiyyatda olan İddiaçı müraciəti daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Lerik rayon Cəngəmiran ƏİN tərəfindən verilmiş təsərüfatbaşına kitabdan çıxarışın sürətindən görünür ki, ünvan 2 İN-nin 02 nömrəli təsərüfatbaşına kitabının 28-83-cü səhifələrində ünvan 2ində 0.07 ha həyətyanı torpaq sahəsi üzərində 1976-cı il tarixində X7 tərəfindən inşa edilımiş 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi barəsində qeydlər mövcuddur.Həmən fərdi yaşayış evi istismara yararlıdır. Azərbaycan Respublikası Əmlak Məslələri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsi tərəfindən dövət qeydiyyatına alınması məqsədə müvafiqdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respubilkasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 29 noyabr 2011-ci il tarixilndə AN 370763 sayla verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinin sürətindən görünür ki, Lerik rayon X11 27 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə X4 ünvan 2ində 801.35 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materallarıa əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məslələri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsi tərəfindən verilmiş bildirişdən görünür ki, ərizəçi İddiaçı müraciəti əsasında Lerik rayon Cəngəmiran kədi ünvanında yerləşən, qanun üzrə vərəsəsi olduğu səxsə məxsus (X7) torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı təqdim edilmiş hüquqmüyyəyənedici sənədlərin rəsmiləşdirilməsi ilə bağlı ünvan 2ində yerləşən torpaq sahəsinin faktiki yerində müainənin keçirilməsi üçün aidiyyatı mütəxəssislərin ayrılmasına baxmayaraq, tərəflər arasında mübahisə baş vermiş, müayinə (çöl ölçmə işləri) aparılması mümkün olmamışdır. İş materallarıa əlavə edilmiş, Lerik rayon məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2(048)34/2023 saylı qətnaməsinin sürətindən görünür ki, İddiaçı ərizəsi təmin edilmiş, 02. Mart 2021-ci il tarixində vəfat etmiş X2 miras qalmış əmlaka mirasın qəbulu üçün buraxılmış müddət üzadılmış, qətnamənin icrası Lerik Notariat Konturuna həvalə edilmişdir. Məhkəmə iddaçı tərəflərin və cavabdehlərin izahatını dinləyib işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Müki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Müki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadılıqlarının pozulması faktı öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddaçı İddiaçı müraciəti əsasında Lerik rayon Cəngəmiran kədi ünvanında yerləşən, qanun üzrə vərəsəsi olduğu səxsə məxsus (X7) torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı təqdim edilmiş hüquqmüyyəyənedici sənədlərin rəsmiləşdirilməsi ilə, bağlı ünvan 2ində yerləşən torpaq sahəsinin faktiki yerində müainənin keçirilməsi üçün aidiyyatı mütəxəssislərin ayrılmasına baxmayaraq, cavabdehlər, tərəfindən maneyələr yaradılmış, tərəflər arasında mübahisə baş verdiyindən müayinə (çöl ölçmə işləri) aparılması mümkün olmadığından, mərhum X2 miras qalmış ünvan 2ində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçü müayinə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırması tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər X6, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və X5 mərhum X2 miras qalmış ünvan 2ində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsində, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçü müayinə işlərinin aparılmasına yaradılmış maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №2(048)-1061/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-1061/2024
28.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver