Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-113/2024 16.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı tikintiyə çəkilən xərcin ödənilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Lerik rayonunun Lüləkəran kəndində yerləşən 0.007 ha həyətyanı torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş bir mərtəbəli, bir otaqlı və bir dəhlizdən ibarət evin tikintisinə çəkilmiş xərcin əvəzi olaraq 25000 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun, həmçinin ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək qeyd olunan mülki işin baxılması üçün aidiyyət qaydalarına uyğun olaraq Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və vəsatəti nəzərdən keçirib hesab edir ki, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə göndərilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyatı ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 33-35, 44-45, 263- 264, 266-268-ci maddələrinə əsasən, QƏRARA ALDİM: İddiaçı oğlunun Cavabdeh qarşı Lerik rayonunun Lüləkəran kəndində yerləşən 0.007 ha həyətyanı torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş bir mərtəbəli, bir otaqlı və bir dəhlizdən ibarət evin tikintisinə çəkilmiş xərcin əvəzi olaraq 25000 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun, həmçinin ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair 2(048)-113/2024 saylı mülki iş ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Lerik Rayon Məhkəməsinə şikayət verə bilərlər.
Məhkəmə qərarları › İş №2(048)-113/2024
Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-113/2024
16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver