Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-116/2024 18.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə oğluna qarşı yaşayış hüququnun tanınması və mənzilə köçürülmə və kompensasiyanın alınması tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras əmlakı olan, Lerik rayonu, Lerik şəhərinin Camal Şahıyev küçəsi, 9 saylı evdə yerləşən 2 saylı mənzilə mülkiyyət hüququ əldə etmək məqsədi ilə istifadə və yaşayış hüquqnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Durğan kəndində anadan olmuşdur. 2006-cı ildə rayonun Pirzəküçə kənd sakini X2 ilə ailə həyatı qurmuşdur. Atalarının ikinci dəfə evlənməsinə razı olmayan uşaqları, xüsusən oğlu Həmidov Bəşir və arvadı Gülgəz yaşamaq üçün onlarıTərlanın tikdirdiyi evə də buraxmamışlar. Bu səbəbdən əri ilə bərabər 2006-cı ildə atasının evində, 2007-ci ildə qardaşının Bakının Nardaran kəndində yerləşən evində, daha sonra isə üç il Pirzəküçə kəndində Rafiq adlı kişinin evində kirayədə yaşamışlar. Dövlət 2011-ci ildə əri ilə bərabər ona Camal Şahiyev küçəsində ev 9-da iki otaqlı evdə bir yerdə yaşamaq şərti ilə mənzil vermişdir. 2021-ci ilin sentyabrına qədər əri ilə bərabər həmin iki otaqlı mənzildə birgə yaşamışlar. Mərhum həyat yoldaşı Bakının Südçülər sovxozu adlanan massivdə öz vəsaiti hesabına hər cür şəraiti olan üç otaqlı mənzil alaraq, şəhid oğlunun uşaqlarına vermişdir. Ərim Hamidos. Tartan Teymur oğla keçmiş arvadının uşaqlarına da har cür köməklik göstərmişdir. Baxmayaraq ki, onlarım hamısı Tərlanın ikinci dəfə evlənməsinə razı olmamışlar. 2021-ci ilin 14 sentyabrında əri X2 vəfat etmişdir. Hazırda həmin evdə tək yaşayır. Ərinin keçmiş arvadından olan oğlu X4 ərinin ölüm şəadətnaməsini gizli şəraitdə Lənkəra VVAQ şöbəsindən almış və şəhid qardaşı kimi onun bütün imtiyazlarından istifadə etmişdir.Mərhum əri öldükdən sonra mübahisə predmeti olan Lerik rayonu, Lerik şəhərinin Camal Şahıyev küçəsi, 9 saylı evdə yerləşən 2 saylı mənzildə hal- hazıra kimi tək yaşamış və mirası tək qəbul etmişdir.Lerik rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən sözü gedən mənzilə birinci növbə vərəsə kimi tanınmışdır. Bir ildən çoxdur ki, mülkiyyət hüququna dair çıxarış olmadığından bütün komunal xidmətlərə dair bildirişlər mərhum həyat yoldaşının adına gəlir. O, adı çəkilən mənzilə mülkiyyət hüququna dair çıxarış əldə etmək üçün cavabdehə müraciət etmişdir. Lakin həmin mənzilin hüquqi sənədi olmadığı üçün mülkiyyət hüququnun tanınması mümkün hesab edilməmişdir. Bu səbəbdən də göstərilənlərə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərk iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi X3 məhkəmə iclası zamanı iddianı qəbul edərək izahatında göstərdi ki, istifadə və yaşamaq hüququnun tanınmasına heç bir etirazı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 27709 saylı qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, iddiaçı Lerik şəhərində pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, iddiaçı X2 ilə İddiaçı Lerik rayon Qeydiyyat Şöbəsində bağlanmış 13 iyun 2011-ci il tarixli 94 saylı nikah akt qeydi vardır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə beyin ödemi səbəbindən Lənkaran şəhərində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti Lerik rayon Mənzil İstismar İdarəsinin 14 mart 2023-cü il tarixli 03 nömrəli arayışından görünür ki, X5 halhazırda Lerik şəhər C.Şahiyev küçəsində yerləşən 9 saylı komunal binanın 2 saylı mənzilində yaşayır.Yaşadığı bina 2011-ci ildən Lerik şəhəri Mənzil istismar Müəssisəsinin balansındadır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, fərdi yaşayış evindən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu tarixədək yarandığından, göstərilən mübahisə həmin zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinin tələbinə görə yaşayış evi mülkiyyətçinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mərhum X2 arasında olan nikah münaibətlərinə X2 vəfat etdiyindən xitam verilsədə İddiaçı mərhum X2 ilə o, vəfat edən günədək onunla bərabər mənzildən istifadə etməklə hazırdada yaşayış sahəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 8-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməklə İddiaçı Lerik şəhər C.Şahiyev küçəsində yerləşən 9 saylı komunal binanın 2 saylı mənzilindən istifadə və yaşayış hüququ müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Lerik şəhər C.Şahiyev küçəsində yerləşən 9 saylı komunal binanın 2 saylı mənzilindən istifadə və yaşayış hüququ müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 18 yanvar 2024-cü il № 2 (048)-116/2024 İddiaçı (Lerik şəh., Camal Şahiyev küç., ev 9) Surəti: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə oğluna Lerik Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 2(048)-116/2024 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 04 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-116/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-116/2024
18.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver