Məhkəmə qərarları › İş №2(048)-117/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-117/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-117/2023 25.05.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC-nin nümayəndəsi Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh oğli ilə İddiaçı QSC arasında bağlanmış 009A********** saylı kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh 5531.45 manat kredit borcu, 624.02 manat faiz borcu, 730.14 manat cərimə borcu olmaqla cəmi 6885.61 manat borcun və ödənilmiş 88.86 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh İddiaçı QSC ilə xx.xx.2020-ci il tarixdə bağlanmış 009A********** saylı kredit müqaviləsinə əsasən cavabdehə aylıq faiz dərəcəsi 1.8333 % olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7500 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit razılaşmasınm 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, Kredit razılaşması üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1968.55 manat ödəniş etmiş ödəniş və onun iddiaçıya 5531.45 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfındən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, o, kredit borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 189 gün üçün hesablanmış faiz borcu 624.02 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 189 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 730.14 manat təşkil edir. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini işə onların iştirakı olmadan baxılıb qətnmə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsər də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araıdıraraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə bağlanmış 009A********** saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 7500 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə İddiaçıQSC-yə 5531.45 manat kredit borcu, 624.02 manat faiz borcu, 730.14 manat cərimə borcu olmaqla cəmi 6885.61manat borcu vardır. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 11 avqust 2(048)- 340/2022 saylı və 24 noyabr 2(048)-340/2022 saylı qərardalarına əsasən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza mərkəzi tərəfindən verilmiş 27 sentyabr 2022ci il tarixli 9/6623 saylı ekspertiza rəydən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 009A********** saylı kredit müqaviləsinə əsasən iddia tələbinin tarixinə, yəni xx.xx.2022-ci il tarixə Cavabdeh iddiaçı AccessBank»QSC-yə 5363.66 manat əsas borcu, 432.67 manat faiz borcu vardır. İş materiallarına əlavə edilmiş İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza mərkəzi tərəfindən verilmiş 11 yanvar 2023-cü il tarixli 9/9442 saylı ekspertiza rəydən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2020ci il tarixli 009A********** saylı kredit müqaviləsinə əsasən iddia tələbinin tarixinə, yəni xx.xx.2022-ci il tarixə Cavabdeh iddiaçı AccessBank»QSC-yə 5363.66 manat əsas borcu, 432.67 manat faiz borcu və 708 manat cərimə borcu vardır. Göründüyü kimi Cavabdeh kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə İddiaçıQSC-yə ödənilməli olan əsas borcu və borca görə hesablanmış faizləri ödəməmişdir. Halbuki, kredit razılaşması müqaviləsinin 1.2-ci bəndinə əsasən Cavabdeh ödəniş planında nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçıQSC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə cavabdehdən tələb olunan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, cərimə pulunun miqdarı 70 (yetmiş) manat həddinədək azaldılmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 88.86 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehlərdən ödənilmiş rüsumun əvəzində 88.86 manat tutulub iddiaçıya ödənilməlidir. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinə köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 5363.66 manat kredit borcu, 432.67 manat faiz borcu, 70 manat cərimə borcu olmaqla cəmi 5866.33 manat məbləğində borc və 88.86 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı QSC-nin xeyrinə ödənilsin. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar