Məhkəmə qərarları › İş №2(048)-126/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-126/2023

12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-126/2023 12.05.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin regional məhkəmə-hüquq şöbəsinin baş hüquqşunası Elməddin Məmmədov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh kreditor "xxxx" KB ASC-nin xeyrinə 2191.76 manat əsas, 25.27 manat faiz borcu olmaqla, cəmi 2217.03 manat borcun, 0.40 manat xidmət haqqı və 42.12 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kreditor "xxxx" KB ASC ilə borclu Cavabdeh arasında bağlanmış 1442rstLKN/19 saylı Güzəştli Kredit və X5 görə iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun 2233.86 manat qalıq məbləğini 60 ay müddətinə illik 1 faiz ödəmək şərti ilə cavabdehin mülkiyyətinə verilmiş, həmçinin ona bank hesabı açılmışdır. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Daha sonra iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin etibarnamə üzrə nümayəndəsi iddianın həcminin azaldılması ilə məhkəməyə ərizə ilə müraciət edərək "xxxx" KB ASC-nin xeyrinə 2191.76 manat əsas, 25.27 manat faiz borcu olmaqla, cəmi 2217.03 manat borcun və 42.12 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Lakin cavabdehin borcunda azalma olduğunda iddia tələbinin həcmini azaldaraq Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 2151.3 manat əsas borc, 6.23 manat faiz borcu olmaqla, cəmi 2157.53 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının "xxxx" Kommersiya Bankı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini işə onların iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətanmə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 04 iyul 2022-ci il tarixli 2(048)-430/2022 saylı qərardaddan görünür ki, iş mahiyyəti üzrə iddia icraatı qaydasına keçirilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən tələb olunan borc məbləğilə razı olmadığını bildirərək məhkəmədən işin dəqiq araşdırılması üçün məhkəməmühasibatlıq ekspertizası təyin olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 16 mart 2023-cü il tarixli 9/1585 saylı ekspertiza rəyindən görünür ki, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-ə xx.xx.2019-cu il tarixli 1442rstLKN/19 saylı Güzəştli Kredit və X4 qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu xx.xx.2022-ci il tarixə 2178.46 manat əsas borc, 20.70 manat faiz borcu olmaqla cəmi 2199.16 manat təşkil edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh qızına 60 ay müddətinə illik 1 faiz dərəcəsi olmaqla 2233.86 manat məbləğində kredit verilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 28 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 1442rstLKN/19 saylı kredit müqaviləsi üzrə 2151.3 manat əsas borcu, 6.23 manat faiz borcu olmaqla, cəmi 2157.53 manat borcu vardır. Göründüyü kimi Cavabdeh kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə "xxxx" Kommersiya Bankı ASCyə olan borcunu ödəməmişdir. Halbuki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh krediti və ondan istifadəyə görə faizləri tərəflər arasında yazılı razılaşdırılmış müəyyən olunmuş müddətlərdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Bundan əlavə məhkəmə cavabdehdən tələb olunan cərimə məbləğinin silinməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 42.18 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Əlavə olaraq ekspertizanın dəyəri olan 100 (bir yüz) manat pul cavabdehdən tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehdən ödənilmiş rüsumun əvəzində 42.18 manat tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2151.3 manat əsas, 6.23 manat faiz borcu olmaqla, cəmi 2157.53 manat borcun, 0.40 manat xidmət haqqı və 42.12 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə verilsin. Əlavə olaraq ekspertizanın dəyəri olan 100 (bir yüz) manat pul cavabdehdən tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar