Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-139/2025 04.03.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh X3 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC – cavabdeh X3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 01 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə 1637,69 (min altı yüz otuz yeddi manat altmış doqquz qəpik) manat əsas borc, 604,34 (altı yüz dörd manat otuz dörd qəpik) manat faiz borcu və 4848,62 (dörd min səkkiz yüz qırx səkkiz manat altmış iki qəpik) manat cərimə borcu, 140,35 (yüz qırx manat otuz beş qəpik) manat illik 5%-lə hesablanmış əldən çıxmış fayda olmaqla, ümumilikdə 7231 (yeddi min iki yüz otuz bir) manat borcun və 92,31 (doxsan iki manat otuz bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC -nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan AZEMİS “Elektron Məhkəmə İnformasiya sistemi”ndən əldə edilmiş məlumatdan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Republikası Ədliyyə Nazirliyi Lerik Rayon Dövlət Notariat Ofisi tərəfindən məhkəməyə ünvanlanmış 18 fevral 2025-ci il tarixli 33 saylı məktubundan görünür ki, X2 adına vərəsəlik işi açılmamış, vərəsə dairəsi müəyyən edilməmiş və hər hansı bir miras əmlaka görə vərəsəlik şəhadətnaməsi verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə və s.) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsinin tələbinə görə isə hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Göründüyü kimi, qanunun mənasına görə, prosessual hüquq varisliyinə yalnız o halda yol verilir ki, tərəf işə baxılarkən sıradan çıxmış (hazırki halda vəfat etmiş) olsun. X4 isə İddiaçı ASC-nin iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl vəfat etmişdir və bu hal iddiaçıya məlum idi. Ölmüş şəxsə qarşı məhkəmədə iddia qaldırmaq isə yolverilməzdir və ona qarşı belə işə məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinin tələbinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin cavabdeh X3 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Şəhr olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdeh X3 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-139/2025
Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-139/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver