Məhkəmə qərarları › İş №2(048)-145/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-145/2023

09.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-145/2023 09.02.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kİçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X2 qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və X1 ona az ağır dərəcəli xəsarət yetirdiklərinə görə ayrılıqda hər birindən 7500 manat olmaqla cəmi 15000 manat məbləğində maddi ziyanın və 135 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, o, xx.xx.2022-ci il tarixdə həmkəndliləri cavabdehlər Cavabdeh2 və X3 tərəfindən döyülərək az ağır xəsarət aldığına görə, Lerik RPŞ-də cinayət işi açılmışdır.Həmin hadisədə cavabdehlər Cavabdeh2 və X1 başqa əlavə iki şəxsində orada olması gizlədilərək bu iki cavabdehə cinayət işi açılmışdır.Daha sonra xx.xx.2022-ci il tarixdə cavabdehlərə hökm oxunmuşdur.İddiasına əlavə etdiyi xəstəlik barədə sənədlər və hökmdə göstərilən 7-ci vərəqənin 6-cı abzasında göstərilən ağır dərəcəli xəsarətlərə əsaslanaraq, iki qolunun, üç qabırğasının sınması, başının təpə nahiyyəsinin, döş qəfəsinin və sağ ağız-baldır oynağının əzilməsi nəticəsində onun sağlamlığına uzun müddətli pozğunluğuna səbəb olan “Az ağır” dəəcəli xəsarətdən başqa, Avrasiya Hospitalının xx.xx.2022-ci il tarixli kompyuter Tomoqrafiya KT-nin xəstəlik diaqnozunda hər iki ağ ciyərinin zədələnməsi göstərilmişdir.Hal-hazırda hər iki qolu işləmir və qabırğalarının sınması, ağ ciyərlərinin zədələnməsi nəticəsində iş qabiliyyətin itirmişdir.Cavabdehlər onun müalicəsi üçün heç bir vəsait ödəməmişlər.Ümumilikdə ona xəsarət aldığı gündən hal-hazırki tarixə dək 17000 manat məbləğində maddi ziyan dəymişdir.Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, iddiaçının söylədikləri yalandır, o, 2022-ci il tarixdə iddiaçı ilə qarşlıqlı olaraq dalşmışdır.Daha sonra iddiaçını döydüklərinə görə iddiaçı Lerik RPŞ-ə müraciət etmişdir.Lerik rayon polis şöbəsində onlar barəsində cinayət işi acılmışdır. O, və qardaşı Qadir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə on beş faiz məbləğində pul tutulmaqla 1(bir) il 06 (altı) ay müddətdə islah işləri cəzasına məhkum edilmişlər.Ona görədə məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X3 məhkəməyə teleqramla müraciət edərək məhkəmə iclasından üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək məhkəmədən işə onun iştirakı olmadan baxılıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Lerik Rayon İcra Hakimiyyəti Başçısının Şingədulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 148 saylı arayışdan görünür ki İddiaçı Lerik rayon Ağqışlaq kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC-i tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə 27828 saylı ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 135 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 1(048)-49/2022 saylı hökmünün sürətindən görünür ki, cavabdehlər Cavabdeh2 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə on beş faiz məbləğində pul tutulmaqla 1(bir) il 06 (altı) ay müddətdə islah işləri cəzasına məhkum edilmişdir. Məhkəmə tərəflərin izahatını və işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi cavabdehlər Cavabdeh2 və X3 tərəfindən ona maddi ziyanın vurulmasını sübut etməlidir. Lakin, iddiaçı tərəfindən tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq etməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı həmkəndliləri cavabdehlər Cavabdeh2 və X3 ilə 29 may 2022-ci il tarixdə qarşılıqlı olaraq dalaşmış, bunun nəticəsində cavabdehlər İddiaçı iki qolunun, üç qabırğasının sınması, başının təpə nahiyyəsinin, döş qəfəsinin və sağ ağız-baldır oynağının əzilməsi nəticəsində ona “Az ağır” dəəcəli xəsarət yetirmişlər.Daha sonra cavabdehlər barəsinə cinayət işi başlanmış Məhkəmənin 1(048)-49/2022 saylı hökmünə əsasən cavabdehlər Cavabdeh2 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə on beş faiz məbləğində pul tutulmaqla 1(bir) il 06 (altı) ay müddətdə islah işləri cəzasına məhkum edilmişər.İddiaçı cavabdehlərin ona 15000 (on beş) manat maddi ziyan vurduqlarını bildirsədə məhkəməyə bu barəd kifayət qədər mötəbər sübutlar təqdim edə bilməmişdir,Ona görə də məhkəmə belə hesab edir ki iddia əsassız olduğundan təmin oluna bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və X2 qarşı vurulmuş ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh2 və X2 qarşı vurulmuş ziyanın tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar