Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-146/2023 21.02.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri Süleymanli R.X iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Ütü Tefal, Tozsoran Gorenje, Ətçəkən Panasonik, Hoffmann kondisoner üçün 1215.6 manat ödənilməmiş hissə, 121.4 manat cərimə olamqla cəmi ümumilikdə 1337 manat borc və 33.37 manat ödənilmiş dövlət rüsumu alınıb "xxxx" MMCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə, Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən , ona Ütü Tefal, Tozsoran Gorenje, Ətçəkən Panasonik, Hoffmann kondisoner verilmişlakin cavabdeh həmin malların pulunu vermədiyindən onun 1337 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı satqı qiyməti 1389 manat (24 ay x 57.9 manat+0 manat ilkin ödəniş) Ütü Tefal, Tozsoran Gorenje, Ətçəkən Panasonik, Hoffmann kondisoner üçün ümumilikdə, 1337 manat olmaqla cavabdehin 1215.6 manat ödənilməmiş borcu və 121.4 manat dəbbə pulu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 174 manat təşkil edir. Bu günə kimi cavabdehə edilmiş müraciətlərə baxmayaraq heç bir nəticə verməmiş və cavabdeh müqavilənin şərtlərini pozmuşdur.Yuxarıda qeyd olunanlardan göründüyü kimi cavabdeh müqavilə şərtlərinə əməl etməməklə müqavilənin şərtlərini bilərəkdən pozmuşdur. "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini işə onların iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək iddia ilə razılaşdığını bildirdi. Lakin iddiaçı "xxxx" MMC-nin ondan tələb etdiyi cərimə məbləğinin çox olduğunu bildirərək məhkəmədən bu barədə ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını hər tərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyə arayışından görünür ki, cavabdehin "xxxx" MMC-ə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 1215.6 manat ödənilməmiş hissə, 121.4 manat cərimə olamqla cəmi ümumilikdə 1337 manat ödənilməmiş borcu vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi Cavabdeh iddiaçı "xxxx" MMC qarşısında üzərinə götürdüyü öhdəliyi vicdanlılığın tələb etdiyi tərzdə, yəni işgüzar adətlər üzrə şərtləşdirilmiş vaxtda lazımi şəkildə icra etməyərək nisyə aldığı əşyaların pulunu razılaşdıqları vaxtda iddiaçıya ödəməmişdir. Məhkəmə cavabdehlərdən tələb olunan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, cərimə məbləği silinməlidir Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh 1215.6 manat ödənilməmiş borc pul və ödənilmiş dövlət rüsumunu 33.37 manat, cəmi 1248.97 manat pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1215.6 manat ödənilməmiş borc pul və ödənilmiş dövlət rüsumu 33.37 manat, cəmi 1248.97 manat pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-146/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-146/2023
21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver