Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-149/2023 21.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə, tutmanın ipateka qoyulmuş əmlaka yönəldilməsinə, dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 29 aprel 2019-cu il tarixli, 200840- 69272511 nömrəli kredit müqaviləsi üzrə əsas borc - 10275.19 (on min iki yüz yetmiş beş manat, on doqquz qəpik) manat, əsas borca hesablanmış faiz borcu 2752.56 (iki min yeddi yüz əlli iki manat, əlli altı qəpik) manat olmaqla, cəmi 13027.75 (on üç min iyirmi yeddi manat, yetmiş beş qəpik) manat məbləğində borcun və 129,40 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh mülkiyyətində olan İNFİNİTİ QX-70 markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2013, tipi: universal, rəngi: qara, mühərrik: 473185A, ban\şassi: JNRCS1MW3EM630249) nəqliyyat vasitəsinə yönəldilməsi, İpoteka predmetinin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Expressbank" ASC-nin nümayəndəsi Ziya Kazımov iddia həcminin artırılması ilə məhkəməyə müraciət edərək Cavabdeh 29 aprel 2019-cu il tarixli, 200***- *******1 nömrəli kredit müqaviləsi üzrə 29 oktyabr 2020-ci il tarixə (müqavilənin bitdiyi tarixə) 12923.82 manat əsas borcu, 1852.69 manat məbləğində faiz borcu ve 29 oktyabr 2020-ci il tarixdən 15 noyabr 2021-ci il tarixə kimi olan müddət ərzində isə gecikdirilmiş vaxt üçün illik beş faizle hesablanmış 1318.70 manat məbləğində faiz borcu olmaqla, cəmi 16095.21 (on altı min doxsan beş manat, iyirmi bir qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 129.40 (bir yüz İyirmi doqquz manat, qırx qəpik) manat məbləğində mediasiya xərcinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh mülkiyyətində olan İNFİNİTİ QX- 70 markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2013, tipl: universal, rengi: qara, mühərrik: 473185A, ban/şossi JNRCSİMW3EM630249) nəqliyyat vasitəsinə yönəldilməsi, İpoteka predmetinin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə borcalan Cavabdeh arasında 29 aprel 2019-cu il tarixli, 200840-692725\1 nömrəli kredit müqaviləsi bağlanaraq, ona illik 22 faiz dərəcəsi ilə 18 ay müddətinə 24000 (iyirmi dörd min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh mülkiyyətində olan İNFİNİTİ QX-70 markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2013, tipi: 'universal, rangi: qara, mühərrik: 473185A, ban\şassi: JNRCS1MW3EM630249) nəqliyyat vasitəsi 29 aprel 2019-cu il tarixli, 200840-692725\1 nömrəli İpoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Borcalan Kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən "İpoteka haqqında" ARnın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, 001/007/4143/2021 nömrəli Bildiriş İpotekaqoyan Cavabdeh xx.xx.2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparmamışdır.Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda da məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 29 aprel 2019-cu il tarixli kredit müqaviləsinin sürətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 18 ay müddətinə illik 22 faiz olamqla 24000 manat məbləğində kredit verilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 29 aprel 2019-cu il tarixli 200840-692725\1 nömrəli ipoteyka müqaviləsinə əsasən Yol Polisi İdarəsi tərəfindən qeydiyyətə alınmış mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətində olan ** DV *** dövlət qeydiyyat nişanlı, İNFİNİTİ QX- 70 markalı (buraxılış i: 2013, tipi; universal, rangi: Qara, mühərrik: 473185A, ban/şassi: JNRCS1MW3EM630249) nəqliyyat vasitasini Bankda ipoteka ila yüklü edilmiş, İpoteka predmetinin ilkin satış (likvid) qiymati 40000 (Qırx min (.00)) manat müəyyən edmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 15 noyab 2021-ci il tarixə cavabdehin banka 10275.19 manat əsas borcu və 2752.56 manat fazi borcu olmaqla cəmi 13027.75 manat təşkil edir. Belə ki, iş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(048)-38/2022 saylı mülki iş üzrə Məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli ekspert rəyinə əsasən İddiaçı ASC ilə Cavabdeh 29 aprel 2019-cu il tarixli 200840-692725/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka əsas bor üzrə 10275.19 manat, faiz borcu üzrə 2752.56 manat təşkil edir. Belə ki, iş materiallarına əlavə edilmiş 06 mart 2023-cü il tarixli 2(048)-149/2023 saylı qərardada əsasən mülki iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 31 avqust 2023-cü il tarixli ekspert rəyinə əsasən İddiaçı ASC ilə Cavabdeh 29 aprel 2019-cu il tarixli 200840-692725/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka xx.xx.2020-ci il tarixnə əsas borc üzrə 12923.82 manat, fazi borcu üzrə 1852.69 manat müqavilə müddətindən sonra illik 5 faizlə maliyyə arayışı müddətinə xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 10253.72 manat, fazi borc üzrə 1318.70 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qeyd olunan Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutlmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərə vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir., kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fizki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcələnin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə Təsbit edilmiş öhdəlik hüququnun nomaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməmsində ifadə olunur. Öhdəliyin lazmınca icra edilməməsi isə MM-nin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pzoulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Eyni Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra eilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh Səmədova Cavabdeh İddiaçı ASC-dən aldığı kredit üzrə əsas borcunu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 59.3.1-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. İpoteyka haqqında AR-nın qanunun 59.4-cü maddəsinin tələbinə əsasən, bu Qanununun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh mülkiyyətində olan İNFİNİTİ QX-70 markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2013, tipi: universal, rəngi: qara, mühərrik: 473185A, ban\şassi: JNRCS1MW3EM630249) nəqliyyat vasitəsinə yönəldilməsini tələb etməkdə haqlıdır. Ona görə də tələb ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməli, həmin əmlak açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına kredit borcu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzində 129.40 manat cavabdehlər Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul Cavabdeh tutularaq məhkəmə ekspertiza mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məluma olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə cavabdehin ailə vəziyyətini ,heç bir yerdə işləmədiklərini nəzərə alıb onlardan tələb edilən cərimənin silməsni məqsədəmüvafiq hesab edir. Şərh olunan maddi və prosesseal qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 29 aprel 2019-cu il tarixli, 200***-*******1 nömrəli kredit müqaviləsi üzrə 29 oktyabr 2020-ci il tarixə (müqavilənin bitdiyi tarixə) 10253.72 manat əsas borcu, 1318.70 manat məbləğində faiz borcu olmaqla, cəmi 11572.42 manat məbləğində kredit və dövlət rüsumu kimi ödənilmiş 129.40 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə verilməli, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan İNFİNİTİ QX-70 markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2013, tipi: universal, rəngi: qara, mühərrik: 473185A, ban\şassi: JNRCS1MW3EM630249) nəqliyyat vasitəsinə yönəldilməli qeyd olunan əmlak açıq hərracda satılaraq satışdan əldə ediləcək vəsait hesabına borc ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 29 aprel 2019-cu il tarixli, 200***-*******1 nömrəli kredit müqaviləsi üzrə 29 oktyabr 2020-ci il tarixə (müqavilənin bitdiyi tarixə) 10253.72 manat əsas borcu, 1318.70 manat məbləğində faiz borcu olmaqla, cəmi 11572.42 manat məbləğində kredit və dövlət rüsumu kimi ödənilmiş 129.40 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan İNFİNİTİ QX-70 markalı, **- DV-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2013, tipi: universal, rəngi: qara, mühərrik: 473185A, ban\şassi: JNRCS1MW3EM630249) nəqliyyat vasitəsinə yönəldilsin. Qeyd olunan əmlak açıq hərracda satılaraq satışdan əldə ediləcək vəsait hesabına borc ödənilsin. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul Cavabdeh tutularaq məhkəmə ekspertiza mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 21 noyabr 2023-ci il № 2 (048)-149/2023 İddiaçı ASC -ə (Bakı şəhəri Nərimanov ray., Yüsif Vəzir Çəmənzəminli keç., 134 C) Sürəti: Cavabdeh (Lerik rayonu Hamarat kəndi) Lerik Rayon Məhkəməsinin 21 noyabr 2023-ci il tarixli 2 (048)-149/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 06 vərəqədə qətnamə hər bir ünvana Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-149/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-149/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver