Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-152/2023 22.06.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, X1, katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsinə dair faizlərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin nümayəndəsi Nazim Babayev iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 025CASA200300001 saylı kredit müqaviləsinin və 25210***-*******01R saylı xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 6367.26 manat əsas, 313.42 manat faiz borcun və 4.40 manat cərimə borcu olmaqla, cəmi 6685.08 manat borc pulun və 86.86 manat ödənilmiş dövlət rüsumu tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. iddiaçı təşkilatın nümayəndəsi Nazim Babayev iddianı onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli 025CASA200300001 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 xx.xx.2022-ci il tarixədək 20 faiz 8400 mana məbləğində nağd pul kredit verilmişdir. 025CASA200300001 saylı xx.xx.2020-ci il traixli kredit müqaviləsinə müvafiq olaraq verilmiş 6593.71 manat məbləğində kredit üzrə 6593.71 manat əsas borcun qalığı cə 390.94 manat məbləğində hesablanmış faizin restrukturizasiya məqsədi ilə Cavabdeh1 ilə 25210***-*******01R saylı xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsi bağlanmışdır. 25210***-*******01R saylı xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsinin 2.03cü bəndinə əsasən, alınmış kredit üçün illik 20 faiz ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 025FİZAM79900501 saylı xx.xx.2020-ci il tarixli və 025FİZAM179900502 saylı xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli 025CASA200300001 saylı kredit müqaviləsi və 25210***- *******01R saylı xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icra etməyən Cavabdeh1 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-ə 6367.26 manat əsas kredit borcu, 313.42 manat kreditdən istifadəyə görə faiz borcu və 4.40 manat cərimə borcu olmaqla, cəmi 6685.08 manat borcu qalmaqdadır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 025CASA200300001 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 istehlak məqsədi ilə illik 20% olmaqla 8400 manat məbləğində kredit verilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 025FİZAM79900501 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 25210***-*******01R saylı restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh1 ilə kredit müqaviləsi bağlanmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 025FİZAM79900502 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli 2(048)-152/2023 saylı qərardadına əsasən mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən tərtib olunmuş 31 mart 2023-cü il tarixli 9/1542 saylı ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli 025CASA200300001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 28 sentyabr 2022-ci il tarixinə İddiaçı ASC-ə olan borcu 6673.79 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 6367.26 manat əsas, 313.42 manat faiz borcun və 4.40 manat cərimə borcu olmaqla, cəmi 6685.08 manat kredit borcu vardır. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə İddiaçı ASC-ə ödənilməli olan əsas borcu və borca görə hesablanmış faizləri ödəməmişdir. Halbu ki, xx.xx.2020-ci il tarixli 025CASA200300001 saylı kredit müqaviləsinin 2 maddəsinin a) bəndinə əsasən Cavabdeh1 müəyyən olunmuş müddətdə krediti faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iş materiallarına əlavə edilmiş zaminlik müqavilələrini də nəzərdən keçirib hesab edir ki, Cavabdeh2 əsas borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank qarşısında cavabdehliyi öz üzərinə götürdüyündən, iddiaçının tələb etdiyi kredit borcu və ona hesablanmış faizlər cavabdehlərdən eyni həcmdə tutularaq iddiaçının xeyrinə verilməlidir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı ASC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Cavabdeh1 tələb olunan cərimə məbləğinin silinməsini məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 86.86 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 86.86 manat dövlət rüsumu cavabdehələrə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 025CASA200300001 saylı kredit müqaviləsi və 25210***-*******01R saylı xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 6367.26 manat əsas, 306.53 manat faiz borcu olmaqla, cəmi 6673.79 manat borc pulun və 86.86 manat ödənilmiş dövlət rüsum İddiaçı ASC-nin xeyrinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-152/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-152/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver