Məhkəmə qərarları › İş №2(048)-153/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-153/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-153/2024 11.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC -nin nümayəndəsi Habil Cavabdov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 14343.39 (on dörd min üç yüz qırx üç manat otuz doqquz qəpik) manat əsas, 1538.79 (bir min beş yüz otuz səkkiz manat yetmiş doqquz qəpik) manat faiz, cəmi 15882.18 (on beş min səkkiz yüz səksən iki manat on səkkiz qəpik) manat borcun, həmçinin ödənilmiş 138.05 (yüz otuz səkkiz manat beş qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə verilmsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh2 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 15000 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh2 oğl arasında xx.xx.2022-ci il tarixdə ******* saylı kredit müqviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli 1068003/26651 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh1 ona zamin durmuşlar. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh2 xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə banka borcu 14343.39 (on dörd min üç yüz qırx üç manat otuz doqquz qəpik) manat əsas, 1538.79 (bir min beş yüz otuz səkkiz manat yetmiş doqquz qəpik) manat faiz, cəmi 15882.18 (on beş min səkkiz yüz səksən iki manat on səkkiz qəpik) manat ödənilməmiş borc qalmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclası zamanı iddiaya uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(048)-153/2023 saylı qərardadına əsasən məhkəmə mühasibatlıq ekspertizasıtəyin olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 02 aprel 2024-cü il tarixli 3-16-16/2-9/9351/2023 saylı ekspert rəyindən görünür ki, Cavabdeh2 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas borc 14392.54 manat və faiz borcu 1482.43 manat olmaqla cəmi 15.874,97 manat məbləğində məbləğində müəyyən edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 48 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 1068003/26651 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə zaminlik müqviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehlər Cavabdeh2 xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 14343.39 (on dörd min üç yüz qırx üç manat otuz doqquz qəpik) manat əsas, 1538.79 (bir min beş yüz otuz səkkiz manat yetmiş doqquz qəpik) manat faiz, cəmi 15882.18 (on beş min səkkiz yüz səksən iki manat on səkkiz qəpik) manat manat borcu vardır. Göründüyü kimi cavabdehlər Cavabdeh2 kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və borca görə hesablanmış faizləri ödəməmişdir. Halbuki, kredit razılaşması müqaviləsinin 1.2-ci bəndinə əsasən cavabdehlər Cavabdeh2 ödəniş planında nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iş materiallarına əlavə edilmiş zaminlik müqavilələrini də nəzərdən keçirib hesab edir ki, Cavabdeh1 əsas borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank qarşısında cavabdehliyi öz üzərinə götürdüyündən, iddiaçının tələb etdiyi kredit borcu və ona hesablanmış faizlər cavabdehlərdən eyni həcmdə tutularaq iddiaçının xeyrinə verilməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 138.05 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehlərdən ödənilmiş rüsumun əvəzində 138.05 manat tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndan müştərək qaydada 14392.54 manat və faiz borcu 1482.43 manat olmaqla cəmi 15.874,97 manat məbləğində borc pul və 138.05 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ASC -nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar