Məhkəmə qərarları › İş №2(048)-156/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-156/2023

20.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-156/2023 20.02.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 30000 (otuz min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cnayətlər Məhkəməsinin 02 may 2014-cü il tarixli 1(101)-431/2014 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin həmin hökmü ilə zərər çəkmiş şəx olaraq onun mülki iddiası qismən təmin edilərək vurulmuş maddi zərərlə əlaqədar Cavabdeh 34831.20 manat məbləğində pulun tutularaq ona ödənilməsi qərara alınmışdır. Cavabdeh müxtəlif bəhanələrlə ona məxsus olan müxtəlif adda və çeşiddə, ümumi dəyəri 43229 ABŞ dolları olan qızıl-zinət əşyalarını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək cinayət törətmişdir.İstintaq zamanı onun qeyd olunan qızılzinət əşyalarının ümumi dəyəri 43229 ABŞ dolları müəyyən edilmişdir.Lakin ona məlum olmayan səbəblərdən hökmün nəticə hissəsində 43229 ABŞ dolları həmin dövrün məzənnəsi ilə manata çevirərək ona dəymiş zərərin 34831.20 manat olması nəticəsinə gəlinmişdir.Lakin Cavabdeh 34831.20 manat pulun ödənilməsindən imtina edib. Lerik Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qərardadı ilə Cavabdeh ölkədən getmək hüququ məhdudlaşdırılmışdır.daha sonra Lerik Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qərardadı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. 2008-ci ildən hazırkı vaxtadək 34831 manat pul vəsaitindən təxminən 30000 (otuz min) manat fayda ədə edəcəydi.Lakin cavabdeh qanunsuz hərəkətləri ilə buna imkan verməmişdir.Bu vəziyyət hələdə davam edir.Odur ki, cavabdeh X1 əldən çıxmış faydaya görə 30000 (otuz min) manat pulun alınaraq ona ödənilməsin tələb edir.Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini işə onun işdirakı olmadan baxılıb qətnamə çıxarılmasını xaahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək özünün heç bir yerdə işləmədiyini və ankaloji xəstəlokdən əziyət çəkdiyini bildirərək məhkməmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehi izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 30000 (otuz min) manat borclu olması ilə bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqova ünvanlanmış sorğuda İddiaçı ödənilməli olan 34831.20 manat borca əsasən 30000 manat əldən çıxmış faydanın xx.xx.2018-ci il tarixdən hal-hazırki tarixədək indeksasiya edilməsi və bu barədə rəsmi məlumatı məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarımna əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Statistika Komitəsini tərəfindən 31 yanvar 2023-cü il tarixdə 3-34/2-14/04-1/2023 saylı məktubundan görünür ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2022-ci ilin dekabr ayında 2018-ci ilin fevral ayına nisbətən 136.4 faiz təşkil olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 02 may 2014-cü il tarixli 1(101)-431/2014 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum edilməklə vurulmuş maddi zərərlə əlaqədar Cavabdeh 34831.20 manat pul yutulub İddiaçı ödənilməsi qərara alınmışdır. Daha sonra Bakı şəhər Xətai Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli 7(011)- 231/2018 qərarı ilə Cavabdeh məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 may 2014-cü il tarixli hökmündə “külli miqdarda” ifadəsi “xeyli miqdar” ifadəsi ilə əvəz edilməsi və Cavabdeh cinayət əməli Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsindən Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci və 178.2.4-cü maddələrinə tövsif olunması və ona 4(dörd) il (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi və Cavabdeh ona 4 (dörd) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkdiyi nəzərə alınaraq dərhal məhkəmə iclasızalından həbsdən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessula Məcəllənin 82.4-ci maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 180-cı maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. 2018-ci ilin fevral ayından 2022-ci ilin dekabr ayınadək 30000 (otuz min) manat pulun 136.4 faiz indeksasiya olmaqla 40920 (qırx min doqquz yüz iyirmi) manat təşkil etdiyi halda məhkəmə hesab edir ki, bu hal cavabdehin maddi vəziyyətini ağırlaşdırdığını nəzərə alaraq iddiaçının tələb etdiyi pulun indeksasiya olunan 30000 (otuz min) manat məbləğində olunmasın məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Cavabdeh 30000 (otuz min) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 30000 (otuz min) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 30030 (otuz min otuz) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilmısin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar