Məhkəmə qərarları › İş №2(048)-166/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-166/2023

27.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-166/2023 27.04.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh X4 nümayəndəsi və vəkili X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X6 və Cavabdeh2 9410 (doqquz min dörd yüz on) manat pulun və ödənilmiş 115 (bir yüz on beş) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Lerik rayon Günəşli kənd sakini X6 ilə sosial şəbəkə vasitəsi ilə tanış olmuşdur.Rafiq özünə məxsus olan 99-Rb-543 Dövlət Qeydiyyat nömrəli, Mercedess Vito CDİ 111 markalı avtomobili satması haqqında ona məlumat almış, bu səbəbdəndə Rafiqlə telefon vsitəsi ilə danışığı və WhatsApp sosial şəbəkəsi vasitəsi ilə yazışmaları olmuşdur.xx.xx.2022-ci il tarixdə Rafiq ona avtomobilin olduğu yerin lokasiyasın atmış və ona avtomobilə baxmaqa gəlməsini soruşmuşdur.O, Rafiqə avtomobilə baxmaqa gələcəyini bildirmişdir.Daha sonra o, Rafiqin dediyi yerə, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi adlanan yerə gedərək avtomobilə baxmış, avtomobilin xarixi görnüşü normal olduğunu görmüş, amma avtomobili nağd pula ala bilməyəcəyini, pulunun olmadığını bildirərək avtomobili lizing vasitəsi ilə ala biləcəyini bildirmişdir.Daha sonra onlar avtomobili TBC bank olmayan Lizing təşkilatında yoxlatdırmışlar.Orda avtomobildə heç bir qüsur olmadığını oan bildimişlər.Daha sonr o, Rafiqlə öz aralarında sövdələşərək avtomobili 20000 manat qiymətində dəyərləndirərək əlavə üstünə faiz gəlməklə avtomobilin qiyməti 26000 manat, ilkin ödəniş 4000 manat olmaqla qalan 22000 manat pulun hər ay 1000 manat olmaq şərti ilə 22 ay ərzində ödənilməsi şərti ilə razılaşmışlar.O, Rafiqlə bir yerdə Nərimanov rayonunda yerləşən hüquq məsləhətxanasına gedərək avtombilə dair alqı-satqı müqaviləsi bağlanmışdır.O, avtomobilin Rafiqin qardaşı Cavabdeh2 mülkiyyətində olduğunu Rafiqlə sonralar aralarımda olan yazışmalardan sonra bilmişdir.Rafiq qardaşı Facəddin ilə arasında narazılıq olduğun ona bildirmişdir.Qardaşı ondan pul tələb edir.Ona satdığı avtomobilin qardaşı ilə şərik olduğunu bildirmişdir.Şifahi razılaşma ondan irəli gəlirdi ki, o, avtomobili heç bir ustaya göstərməmiş, sadəcə Rafiqin sözlərinə görə avtomobilin tək bir kristovinası xarab olduğunu bilmiş ona görə də görədə avtomobil hərəkətdə olarkən avtomobildə silkələnmə və uğultu səsi olmuşdur.O, avtomobili Rafiqdən aldığı gün avtomobilə 4 ədəd təkər almışdır.Daha sonra kristovinanın dəyişmək üçün ustaya getmiş orada məlum olmuşdur ki, cavabdeh ondan qabaq X2 icarəyə vermiş, həmin şəxs avtomobili idarə etmiş, avtomobilə heç bir texniki baxış keçirməmiş, dəyişməli olan detalların hamısı Mercedess Vito CDİ 111 markalı avtomobilin yox, başqa avtomobilin detalları ilə əvəzlənmişdir.Daha sonra avtomobil idarə olunduqca artıq bütün nasazlıqlar üzə çıxmış, avtomobilə ümumilikdə 5280 manat məbləğində pul xərcləmişdir.O, cavabdehə avtomobilin təmirinə xərclənmiş pulunu maşının pulundan çıxmasını bildirsə də cavabdeh ona bildirmişdir ki, maşını əvvvəl icarəyə verdiyi şəxs bu hala salmış və avtomobilin qardaşı ilə şərikli olduğunu və avtomobilin pulundan yalnız 500 manat keçə biləcəyini bildirmişdir.O, cavabdehə avtomobilə xərclədiyi 5280 manat pulu ona verərək avtomobili qaytarmasını, ya da ki, ilkin olaraq ödənməsi nəzərdə tutulmuş 4000 manat pulun ona ödəyə bilməyəcəyini bildirmişdir.Sonradan cavabdeh ona zəng edərək qardaşı ilə şərik olduğunu onun yanında pis vəziyyətdə qaldığını bildirmişdir.O, da humanistlik edərək avtomobilin ona məxsus olmaqını düşünüb cavabdehlə sövdələşərək 3000 manat ilkin ödəniş olmaqla 22 ay müddətində hər ay 1000 mana ödəmək şərti ilə 22000 manat pul ödəyəcəyini bildirmişdir.By minvalla o, cavabdehə 4 ay ərzində 4130 manat ödəniş etmişdir.May ayının 20-də cavabdehə ödəniləsi olan pulu üzürlü səbəbdən ödəyə bilməmişdir.Daha sonra o, Rafiqə may ayının 21-də nəng edərək pulu hansı səbəbdən ödəyə bilməyəcəyini bildirmişdir.Cavabdeh ona ilkin ödənişin nə vaxt ödənilməsini soruşaraq qardaşı ilə arasında narazılıq olduğunu və qardaşının ondan pul tələb etdiyini bildirmişdir.O, cavabdehə alacağı olduğu pul olduğunu bildirərək pul alan kimi ilkin ödəniş edəcəyini bildirmişdir.Cavabdehin qardaşı Facəddin Rafiqi sıxışdıraraq may ayının 28-də avtomobilə verilən etibarnaməni ləğv elətdimişdir.Bundan sonra cavabdeh ondan iyun ayı ərzində 400 manat bir 200 manat biur olmaqla cəmi 600 manat pul istəmişdir.Oda cavabdehin tələb etdiyi 600 manat pulu göndərmişdir.Hazırad avtomasının etibarnaməsi ləğv edilmiş, avtomaşın ondan alınaraq cavabdehlərə verilmişdir.Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Xahiş edir vatomaşın üçün ödədiyi 4130 manat pul və maçının təmirinə sərf olunmuş 5280 manat pulun cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddiasın müdafiə edərək işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının söylədikləri yalandır.Onlar avtomobili iddiaçıya satarkən iddiaçı servisdə avtomobilə baxış keçirmiş və avtomobilin saz vəziyyətdə olduğunu bildirmişdir.İddiaçı ilə qarşılıqlı razılıq əsasında ilkin ödəniş 4000 manat olmaqla hər ay 1000 manat ödəmək şərti ilə 22 ay ərzində iddiaçı onlara ümumilikdə 26000 manat pul ödəməsini öhdəsinə götürmüşdür.Daha sonra iddiaçı onlara zəng vuraraq avtomobilin kristovinasında problem olduğunu bildirmişdir.Halbu ki iddiaçı özu avtomobili alarkan avtomobilə baxmış keçirərək onu yoxlatdırmış və avtomobilin heç bir problemi olmaddığını özüdə təsdiq etmişdir.Onun avtomobilin saz olmasını təsdiq edən səs yazısıda mövcuddur.Həmin səs yazısınıda sizə təqdim edilmişdir.İddiaçı avtomobili 6 ay idarə etmiş yetərincə qazanc əldə etmişdir.Belə olan halda avtomobilin altı ay ərzində yaranan problemlərinində iddiaçı özü qarşılamalıdır.İddiaçı onlara cəmi 4130 manat pul ödəniş etmişdir.Bütün bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. İş materallarına əlavə edilmiş kapital Bank tərəfindən xx.xx.2023-cü il tarixli 27033 saylı qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 115 manat dövlət rüsumu ödəmişdir. İş materallarına əlavə edilmiş 05 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinin sürətindən görünür ki, İddiaçı cavabdeh X3 Mercedess Vito CDİ 111 markalı avtomobili 26000 manata almışdır. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında olan yazılı müqaviləyə əsasən iddiaçı cavabdehlərdən Mercedess Vito CDİ 111 markalı avtomobil almışdır.İddiaçı ilə cavabdehlər arasında yazılı razılaşmaya əsasən iddiaçı aldığı avtomobil üçün ilkin olaraq 4000 manat ödəmklə 22 ay müddətinə hər ay 1000 manat olmaqla 26000 manata almışdır.Cavabdehlər avtomobili idarə olunması üçün iddiaçıya etibarnamə vermişlər.X8 avtomobili iddiaçıya satarkən avtomobilin heç bir problemi olmadığını bildirmiş iddiaçı özüdə bunu təsdiq etmişdir.Sonradan iddiaçı avtomobilin kristovinasının xarab olduğunu cavabdehlərə bildirmişdir.İddiaçı avtomobili aldığdan sonra avtomobilə 4 ədəd yeni təkər də almışdır.İddiaçı həmin avtomobili 6 ay idarə etmişdir.Məhkəmə hesab edir ki, iddiaçı həmin avtomobilə 5280 manat xərc çəksədə avtomobili 6 ay idarə etmiş, avtomobili idarə etməsinə görə pul qazanmış, avtomobili idarə edərkən avtomobilə xərc qoyulmasıda iddiaçının öz problemi olmuşdur.Tərəflərin izahatından məlum olur ki, iddiaçı həmin avtomobili 6 ay idarə etdikdən sonra iddiaçıya verilmiş etibarnamə ləğv edildiyinə və həminb avtomobili başqasının mülkiyyətində olduğuna görə avtomobil iddiaçıdan alınaraq cavbdehlərə qaytarılmışdır. Məhkəmə iclasında tərəflərin izahatından məlum olur ki, avtomobil iddiaçıya satıldığdan sonra iddiaçı tərəfindən cavabdehlərə onuların razılaşdırıldığı 26000 manat puldan 4130 manat cavabdehlərə ödənilmişdir.Bunu məhkəmədə tərəflər özüdə təsdiq etdilər.Həmin məbləğ cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmalıdır. Cavabdeh2 və cavabdeh Rafiq Muradovun vəkili Orxan Məmmədli tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısından görünür ki, iddiaçı maşını alarkən cavabdehlərə bildirmişdir ki, maşını yoxlatdırmış maşında heç bir problem yoxdur, maşın saz vəziyyətdədir.Məhkəmə iclasında həmin səs yazısının iddiaçıya məxsus olub olmaması İddiaçı soruşulduqda İddiaçı həmin səs yazısının ona məxsus olduğunu təsdiq etmişdir.Ona görə məhkəmə tərəfindən həmin səs yazmanın ekspertizadan keçirilməsi lüzum bilinməmişdir.Ona görə də məhkəmə hesab edir ki, tərəflərin təsdiq etdiyi kimi İddiaçı tərəfindən cavabdehlərə ödənilmiş 4130 manat cavabdehlərdən alınıb iddiaçıya verilməli, iddiaçının maşına çəkdiyi 5280 manat xərci isə məhkəmədə öz təsdiqini tapmadığından iddia hımin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh X6 və Cavabdeh2 İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi vicdanlılığın tələb etdiyi tərzdə, yəni işgüzar adətlər üzrə şərtləşdirilmiş vaxtda və lazımi şəkildə icra etməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə cavabdehlər X6 və Cavabdeh2 4130 manat borc pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzində cavabdehdən 115 manat tutularaq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin Cavabdehlər X6 və Cavabdeh2 4130 manat pul və 115 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atəbəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar