Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-195/2023 28.03.2023 LERİK RAYON MƏHKƏMƏSİ İHakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixdə doğulmuş X12 adlı uşağların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 06 aprel 2018-ci il tarixdə Cavabdeh ilə ailə həyatı qurmuşlar.Nikahlarını 2 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 06 aprel 2018-ci il tarixdə 686 nömrəli aktla rəsmiləşdirmişlər.Birgə Nikahlarından xx.xx.2019cu il tarixdə X12 adlı uşağları doğulmuşdur.O, xx.xx.2019-cu il tarixdən 14 avqust 2019-cu il tarixədək keçmiş həyat yoldaşı Cavabdeh ilə birgə onun atasının adına olan ünvan 1 ünvanında yaşamışdır. Əvvələr keçmiş həyat yoldaşı ilə mehriban olsada 2019-cu ilin yanvar ayından münasibətləri gərginləşmişdir.Dəfələrlə keçmiş həyat yoldaşı Cavabdeh tərəfindən işgəncələrə, fiziki təzyiqlərə, mənəvi iztirablara məruz qalmışdır.Cavabdeh dəfələrlə məişət zəminində ona qəsdən fiziki təzyiq göstərmiş,onu döyərək sağlamlığına zərərə vurmuş, işgəncə vermiş azadlıq hüququnu məhdudlaşdırmışdır.Cavabdeh onunla yaşadığı mənzilin pəncərələrini işıq keçirməyən və görməni məhdudlaşdıran parçalarla və digər vasitələrlə bağlayaraq ona qarşı psxi zorakılıq və təzyiqlər göstərmişdir.Dözülməz psxi şərait yaradılmasına yönəlmiş ağlasığmayan və insanlığa zidd hərəkətlərə yol vermişdir. Belə ki, cavabdeh və valideyinləri onunla ailədə səmimi rəftar etməmiş, onunla kobud davranmış, mütəmadi ona təzyiqlər göstərmişlər.Cavabdeh, qardaşı, qardaşı arvadıvə anasının təzyiqi ilə o, xəstəxanadan çıxandan üç gün sonra gecə yarısı onu və təzə dünyaya gəlmiş uşaqına baxan anasını evdən qovmuşlar. Daha sonra o, azyaşlı uşaqı ilə birlikdə atası evinə qayıtmışdır.Lerik Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2(048)-577/2019 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Cavabdeh bu hərəkətləri hamilə olduğu vaxt etdiyindən azyaşlı övladı X12 travma ilə doğulmuş, mütəmadi olaraq müalicəyə ehtiyacı vardır.Bunu Bakı şəhərində müraciət edtiyi həkimlər özləridə təsdiq etmişdir.Uşaq psixaloji təzyiqlər nəticəsində ana bətnində travma almışdır, hələ də danışa bilmir.Tez-tez həkimə aparıllır və bunun nəticəsində də əlavə xərclər yaranır. Lerik Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2(048)-577/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı uşaqın indiki dövürdə heç bir təlabatını ödəmir.Buna görə də görə də “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclası zamanı iddianı müdafiə edərək bildirdi ki, qızı Nərmin Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar.Onların birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X12 adlı uşaları doğulmuşdur.Qızı ilə cavabdehin münasibətləri normal olsa da lakin bir müddət keçdikdən sonra qızı Nərmin cavabdeh tərəfindən işgəncələrə, fiziki təzyiqlərə, mənəvi iztirablara məruz qalmışdır.Cavabdeh dəfələrlə məişət zəminində qızı Nərminə qəsdən fiziki təzyiq göstərmiş,onu döyərək sağlamlığına zərərə vurmuş, işgəncə vermiş azadlıq hüququnu məhdudlaşdırmışdır.Cavabdeh qızı ilə yaşadığı mənzilin pəncərələrini işıq keçirməyən və görməni məhdudlaşdıran parçalarla və digər vasitələrlə bağlayaraq ona qarşı psxi zoraklıq və təzyiqlər göstərmişdir.Qızı hamilə olarkən cavabdehin fiziqi təzyiqləri nəticəsdinə qızının övladı Yusif qusurlu doğumuşdur. Artıq Yusifin 4 yaşı olsada o, ana bətnində travma aldığı üçün danışa bilmir.Uşaq travma aldığı üçün mütəmadi olaraq həkim nəzarətində olmaqla yanaşı müainə və müalicə almaqda davam edir.Belə ki, Yusif üçün məhkəmənin qərarı ilə müəyyən olunmuş alimnet onun müainə və müalicəsi üçün Bakı şəhərinə aparılması zamanı yol xərclərinə belə bəs etmir.Uşaq böyüdükcə məsrəfləri və müalicə xərcləri yetəri qədər artmışdır.Uşaq üçün həkim tərəfindən yazılan iynə və dərmanlar beyin ilə əlaqəlidir.Həmin dərmanların bir ədədi 250 manat alınır.Həmin dərmanların reseptləri iş materiallarına əlavə edilmişdir.Hazırda ölkədə uşaqlar üçün də yaşayış minumumu 220 manat təyin olunmuşdur.Cavabdehin özünün şəxsi biznesi varddır.Belə ki, cavabdehin Xətai rayonunda yerləşən bir neçə ticarət obyekti var hansı ki, həmin obyektlər qardaşı tərəfindən işlədilir.Cavabdeh bütün bu biznesin qardaşının adına keçirdərək özünün heç bir əmlakı olmadığını bildirərək məhkəmənin təyin olunmuş alimentindən ödənilməsindən ciddi cəhtlə yayınmaqa çalışır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2 (048)-577/2019 saylı qətnaməsindən görünür ki, Tərəflərin birgə nikahından xx.xx.2019-cu il tarixdə doğulmuş X12 adlı uşaqın yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 oktyabr 2019-cu il tarixdən başlayaraq Cavabdeh 160 manat sabit pul məbləğində aliment və xx.xx.2019-cu il tarixdə doğulmuş X12 adlı uşağın 3 (üç) yaşı tamam olanadək əlavə olaraq 50 manat sabit pul məbləğində aliment tutulub X4 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş X9 1 saylı Mediasiya təşkilatının X1 tərəfindən tərtib olunmuş 09 fevral 2022-ci il tarixli MŞİH-13998 saylı arayışdan görünür ki, İddiaçı Lənkaran 1 saylı Mediasiya təşkilatına Ailə mübahisəsi tələbi ilə müraciət etmiş və 50 manat rüsum ödəmişdir. Məhkəmə mülki işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə isə valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.2-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm,dəyişən olarsa,ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, tərəflər birgə nikaha daxil olaraq ailə həyatı qurmuşlar.Nikahlarını 2 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 06 aprel 2018-ci il tarixdə 686 nömrəli aktla rəsmiləşdirmişlər.Tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X12 adlı uşaq doğulmuşdur.Tərəflərin bir müddət münasibətləri normal olsada sonradan münasibətləri pozulmuş tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il tarixdə X12 adlı uşaqın saxlanması üçün hər ay bir uşaqa görə160 manat sabit pul məbləğində aliment və xx.xx.2019-cu il tarixdə doğulmuş X12 adlı uşağın 3 (üç) yaşı tamam olanadək əlavə olaraq 50 manat sabit pul məbləğində aliment tutulub X4 verilməsi qət edilmişdir.Hazırda uşaq böyüdükcə məsrəfləri yetəricə atmışdır.Bundan əlavə uşaq mütəmadi olaraq müalicə və müayinə olunur və onun müalicəsi üçün həkim tərəfindən yazılan dərmanların bir ədədinin qiyməti 250 manat təşkil edir.Məhkə belə qənaətə gəlir ki, alimentin artırılması az yaşlı Yusifin mənafeyinin müdafiə olunması kimi qiymətləndirilir. Hazırda uşağın 3 yaşı tamam olduğu üçün həmin 50 manat dayandırılmışdır.Ona görədə tələb olunam alimentin miqdarı 220 manat həddindədək artırılamlıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını nəzərə alaraq belə hesab edir ki, Lerik Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2 (048)-577/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2019-cu il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşaqa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Lerik Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2 (048)-577/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2019-cu il tarixdə doğulmuş X12 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşaqa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Artırılmış alimentin tutulmasına Lerik Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(048)-195/2023 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-195/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-195/2023
28.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver