Məhkəmə qərarları › İş №2(048)-2/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-2/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-2/2025 13.02.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı ASC borclular Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinə əsasən məhkəmə əmrinin verilməsi barədə ərizə ilə xx.xx.2015-ci il tarixdə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 29 noyabr 2013-cü il tarixli, 01588/13 saylı kredit müqaviləsi üzrə 1476 (bir min dörd yüz yetmiş altı) ABŞ dolları əsas borc, 618 (altı yüz on səkkiz) ABŞ dolları faiz borcu və 20 (iyirmi) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2114 (iki min yüz on dörd) ABŞ dolları məbləğində pulun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun kreditor İddiaçı ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Lənkəran” filialı ilə Cavabdeh1 arasında 29 noyabr 2013-cü il tarixli, № 01588/13 saylı kredit müqaviləsi bağlanaraq borcalana 18 (on səkkiz) ay müddətinə, illik 30 (otuz) faiz ödəmək şərti ilə, 5700 (beş min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Hazırda borclunun banka 1476 (bir min dörd yüz yetmiş altı) ABŞ dolları əsas borc, 618 (altı yüz on səkkiz) ABŞ dolları faiz borcu və 20 (iyirmi) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2114 (iki min yüz on dörd) ABŞ dolları məbləğində borcu vardır. Götürülmüş kredit üzrə İddiaçı ASC-nin “Lənkəran” filialı ilə Cavabdeh2 arasında 29 noyabr 2013-cü il tarixli № 01588/13 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən zamin kreditor qarşısında borclunun bağladığı 29 noyabr 2013-cü il tarixli, № 01588/13 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən borclu götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. Lerik Rayon Məhkəməsinin 2(048)-737/2015 saylı, 27 avqust 2015-ci il tarixli məhkəmə əmri ilə borclular Cavabdeh1 və Cavabdeh2 29 noyabr 2013-cü il tarixli, 01588/13 saylı kredit müqaviləsi üzrə 1476 (bir min dörd yüz yetmiş altı) ABŞ dolları əsas borc, 618 (altı yüz on səkkiz) ABŞ dolları faiz borcu və 20 (iyirmi) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2114 (iki min yüz on dörd) ABŞ dolları məbləğində pulun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun kreditor İddiaçı ASC-nin xeyrinə tutulması əmr edilmişdir. Lerik Rayon Məhkəməsinin 2(048)-1399/2016 saylı, 26 avqust 2016-cı il tarixli qərardadı ilə Lerik Rayon Məhkəməsinin 2(048)-737/2015 saylı, 27 avqust 2015-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və mülki iş iddia icraatına keçirilmişdir. Lerik Rayon Məhkəməsinin 2(048)-1399/2016 saylı, 21 oktyabr 2016-cı il tarixli qərardadına əsasən Cavabdeh1 hüquq varisi müəyyən edilənədək iddiaçı “Amrahbank ASC-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə mülki iş üzrə icraat dayandırılmışdır. Lerik Rayon Məhkəməsinin 2(048)-3/2024 saylı, 03 dekabr 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Sonradan Ləğv prosesində olan İddiaçı ASC məhkəməyə iddia tələbi həcminin azaldılması barədə ərizə təqdim edərək 29 noyabr 2013-cü il tarixli, № 01588/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 398,16 (üç yüz doxsan səkkiz dollar on altı sent) ABŞ dolları əsas borc və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 207,6 (iki yüz yeddi dollar altmış sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 605,76 (altı yüz beş dollar yetmiş altı sent) ABŞ dolları borcun və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, Cavabdeh2 isə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2013-cü il tarixli, № 01588/13 saylı kredit müqavilədən görünür ki, Bank borcalana 18 (on səkkiz) ay müddətinə, illik 30 (otuz) faiz ödəmək şərti ilə, 5700 (beş min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2013-cü il tarixli № 01588/13 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kreditor qarşısında borclunun bağladığı 29 noyabr 2013-cü il tarixli, № 01588/13 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 17.08 2015-ci il tarixli maliyyə arayışından görünür ki, 29 noyabr 2013-cü il tarixli № 01588/13 saylı kredit müqaviləsi üzrə 17.08 2015-ci il tarixə Cavabdeh1 1476 (bir min dörd yüz yetmiş altı) ABŞ dolları əsas borc, 618 (altı yüz on səkkiz) ABŞ dolları faiz borcu və 20 (iyirmi) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2114 (iki min yüz on dörd) ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan Lerik rayon qeydiyyat şöbəsi tərəfindən verilən arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2015-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh Banka olan borcu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. İş materiallarında olan Azərbaycan Republikası Ədliyyə Nazirliyi Lerik Rayon Dövlət Notariat Ofisi tərəfindən məhkəməyə ünvanlanmış 14 yanvar 2025-ci il tarixli, 15 saylı məktubundan görünür ki, Cavabdeh1nın adına vərəsəlik işi açılmamış və vərəsə dairəsi müəyyən edilməmişdir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC tərəfindən təqdim verilmiş 16 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 398,16 (üç yüz doxsan səkkiz dollar on altı sent) ABŞ dolları əsas borc və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 207,6 (iki yüz yeddi dollar altmış sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 605,76 (altı yüz beş dollar yetmiş altı sent) ABŞ dolları borcu vardır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin “Lənkəran” filialı ilə Cavabdeh1 arasında 29 noyabr 2013-cü il tarixli № 01588/13 saylı kredit müqaviləsi bağlanaraq borcalana 18 (on səkkiz) ay müddətinə, illik 30 (otuz) faiz ödəmək şərti ilə, 5700 (beş min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq kredit müqaviləsi üzrə götürülmüş öhdəlikləri yerinə yetirməmiş, borcu ödənməmişdir. Götürülmüş kredit üzrə İddiaçı ASC-nin “Lənkəran” filialı ilə Cavabdeh2 arasında 29 noyabr 2013-cü il tarixli № 01588/13 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən zamin kreditor qarşısında borclunun 29 noyabr 2013-cü il tarixli № 01588/13 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin müəyyən edilmişdir ki, borclu Cavabdeh1 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və onun adına vərəsəlik işi açılmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM- 739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin “Lənkəran” filialı ilə Cavabdeh1 arasında 29 noyabr 2013-cü il tarixli № 01588/13 saylı kredit müqaviləsi bağlanaraq borcalana 18 (on səkkiz) ay müddətinə, illik 30 (otuz) faiz ödəmək şərti ilə, 5700 (beş min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi Cavabdeh1 İddiaçı ASC iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2015-ci il tarixdə vəfat etmişdir və bu hal iddiaçıya məlum olduğundan ölmüş şəxsə qarşı məhkəmədə iddia qaldırmaq isə yolverilməz olduğundan Lerik Rayon Məhkəməsinin 2(048)-2/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraata Cavabdeh1 aid hissədə xitam verilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, Ləğv prosesində olan İddiaçı ASC-nin hazırkı iddiası Cavabdeh2 aid hissədə əsaslıdır. Odur ki, Ləğv prosesində olan İddiaçı ASC-nin “Lənkəran” filialı ilə Cavabdeh2 arasında 29 noyabr 2013-cü il tarixli, № 01588/13 saylı zaminlik müqaviləsində zamin kreditor qarşısında borclunun 29 noyabr 2013-cü il tarixli № 01588/13 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Odur ki, Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh2 borcu tələb etməsi əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh2 398,16 (üç yüz doxsan səkkiz dollar on altı sent) ABŞ dolları əsas borc və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 207,6 (iki yüz yeddi dollar altmış sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 605,76 (altı yüz beş dollar yetmiş altı sent) ABŞ dolları borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 398,16 (üç yüz doxsan səkkiz dollar on altı sent) ABŞ dolları əsas borc və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 207,6 (iki yüz yeddi dollar altmış sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 605,76 (altı yüz beş dollar yetmiş altı sent) ABŞ dolları borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar