Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-207/2024 28.03.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı borc pulunun alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 1100 manat borc pulun, 500 manat məbləğində mənəvi ziyan və 35 manat ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 21 mart 2023-cü il tarixində saat 00:30 radələrində Lerik rayonu Piran kəndində yaşayan X7,tərəfindən idarə edilən Mercedez markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri Hacılar küçəsi ilə hərəkətdə olub,həmin küçənin şəhərin M,M.Axund küçəsi ilə kəsişdiyi yerdə yol nişanının tələbini pozaraq, M.M. Axund küçəsi ilə hərəkətdə olduğu zaman, ona məxsus Mersedez markalı **-CK-*** nömrə nişanlı avtomobilimin qarşısına çıxdıqdan sonra avtomobillər toqquşmuş və nəticədə onun avtomobilində olan sərnişin arvadı X9 müxtəlif bədən xəsarətləri almışdır. Qeyd olunan hadisənin təfərruatı Lənkəran ŞRPŞ-nin İB-nin Baş Müstəntiqi Polis mayoru Asəf Məmmədov tərəfindən "Cinayət İşinin başlanmasının rədd edilməsi barədə" Qərarında qeyd edilmişdir.Hadisə ilə əlaqədar Ümumilikdə avtomaşına 5000 (beş min) manat, maddi ziayan dəymişdir. Əlavə olaraq ailə üzvlərimin də tibbi ehtiyaclarından dolayı 1500 (bir min beş yüz) manatdan artıq maddi ziyan dəymişdir.Lakin Hadisəni törədən cavabdeh X7 və onun atası Hümmtǝov Fuad Abdülhüseyn oğlu ondan və Həyat yoldaşı Aynur Kazımzadədən, onlardan şikayət etməmək üçün dəfələrlə xahiş etmiş, avtomaşına dəymiş ziyanın tam ödəyəciklərini və öhdəlik götürməyə hazır olduqlarını bildirdirmişlər.Avtomaşının sığortası ona dəymiş ziyana görə 3500 manat pul ödəmişdir. Lakin Qeyd etdiyim kimi avtomaşına 5000 (beş min) manatdan artıq ziyan dəymişdir.Bundan sonra Hadisəni törədən X5 atası Cavabdeh, xx.xx.2023-cü il tarixdə Lənkəran Rayonu 1 saylı Notariat ofisinin xüsusi notariusu X3 və Cavabdeh iştirakı ilə ona dəymiş ziyanın az bir hissəsinin yəni 1100 (bir min yüz) manat borcun maddi imkanın zəif olduğunu bildirərək tam olaraq xx.xx.2023-cü ilə dək ödəyəcəyinə söz vermişdir. Lakin Cavcabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etməyimə baxmayaraq öhdəlik götürdüyü borcu ona qaytarmamışdır.Cavbadeh ona həm maddi həm də mənəvi ziyan vurmuşdur. Bütün bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddiasına uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsədə, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Lənkaran 1 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təstiq olunmuş ərizədən görünür ki, İddiaçı avtomobilinə dəymiş ziyanın əvəzi olan 1100 manat pulu cavabdeh X4 xx.xx.2023-cü il tarixə kimi ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Lənkaran ŞRPŞ-nin İB-nin baş müstəntiqi polis mayoru X12 tərəfindən 01 aprel 2023-xü il tarixdə tərtib olunmuş qərardan görünür ki, çinayət işinin başlanması rədd edilərək X4 İXM-nin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsindən ötrü Lənkaran ŞRPŞ-nin DYPB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Həsənov X10 rayon, Nərimanabad qəsəbəsində pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 25698 saylı qəbzdən görünür ki iddiaçı məhkəməyə müraciət edərkən 35 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessula Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 1100 manat borclu olması ilə bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə iddiaçının cavabdehdən tələb etdiyi 500 manat məbləğondə mənəvi ziyan tələbinə gəldikdə belə hesab edir ki, iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməklə cavabdeh X1 1100 manat məbləğində pul alınaraq İddiaçı verilidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumu cavabdeh X1 alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 1100 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Əlavə olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 35 manat pul cavabdeh X1 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-207/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-207/2024
28.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver