Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-210/2024 15.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Hakim köməkçisi Zəkiyev Vüsal Asif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Lerik Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 1800 manat cari borcun, 50 manat iddia ərizəsinin tərtib olunması üçün çəkilən xərcin və ödənilmiş 40 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh 2200 manat bir, 600 manat bir olmaqla ümumilikdə 2800 manat məbləğində pul vəsaiti vermişdir. Cavabdeh qeyd olunan borcdan 1000 manat ödəmiş, lakin yerdə qalan 1800 manatı geri qaytarmamışdır. Cavabdeh bunu Nəsimi rayon Polis şöbəsindədə izahatında qeyd etmişdir. İşin araşdırılan hallarından görünür ki, tərəflər arasında, eyni tələblə bağlı halhazırda 2(048)-34/2024 saylı mülki iş Lerik Rayon Məhkəməsinin icraatındadır. Məhkəmə iş materiallarını tədqiq edib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.6-cı və 261.0.5ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı 1800 manat cari borcun, 50 manat iddia ərizəsinin tərtib olunması üçün çəkilən xərcin və ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(048)-210/2024
Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-210/2024
15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver