Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-214/2024 04.04.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kİçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh 1500 manat məbləğində maddi ziyanın alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 14:00 radələrində Miriyev X2 rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-nin daxilində paltar sıralarının yaxınlığında idarə etdiyi 3 təkərli yük daşımaq üçün nəzərdə tutulmuş motoskileti ilə hərəkətdə olan zaman onu və xx.xx.1992-ci il təvəllüdlü qızı İddiaçı1 vuraraq dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Qeyd olunan faktla bağlı Qaradağ RPİ-nin TŞ-də araşdırma aparılmış və toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsinə ona dəymiş maddi və mənəvi ziyan hadisəni törədən Cavabdeh tərəfindən ödənilməmiş və həmin şəxs tərəfindən onlara hər hansı formada yardım edilməmişdir. Ona görə da zərərçəkmiş şəxs tərəfindən maddi ziyanın ödənilməsi üçün hazırki mülki iddianı qaldırmaq məcburiyyətində qalmışıq. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsindən Sədərəkdən aldığıları 25 manatlıq ayaqqıbı və 30 manatlıq yer üçün üzlüyü yararsız hala salaraq onlara ümumilikdə 55 manat maddi ziyan vurmuş, bundan əlavə hadisə baş verdiyi gündən etibarən hazırki günədək işləyə bilmədiyiüçün maddi sıxıntılar çəkmiş. Eyni zamanda həmin müddətdə özünə məxsus 01 ədəd qızıl üzük və 01 ədəd klonu lombarda qoyub faizə pul götürüb, özünün və qızının müalicəsi üçün xərcləmiş, bundan əlavə Tərlan adlı tanışından 200 manat borc almışdır. Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsindən bu günədək ona və qızına İddiaçı1 ümumilikdə 1500 manat məbləğində maddi ziyan dəymişdir.Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə teleqramla müraciət edərək iddianı müdafiə edəib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsədə, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X1 Bakı şəhəri Yasamal rayonu M.Sübhi küçəsində pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı1 Bakı şəhəri Yasamal rayonu M.Sübhi küçəsində pasport qeydiyyatındadır. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi cavabdehlər Cavabdeh tərəfindən ona maddi ziyanın vurulmasını sübut etməlidir. Lakin, iddiaçı tərəfindən tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq etməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə Lökbatan qəsəbəsində ticarət mərkəzində Cavabdeh idarə etdiyi üç təkərli mopedlə İddiaçılar İddiaçı1 və İddiaçı2 xəsarət yetirmişdir.İddiaçılar cavabdehin onlara 1500 manat maddi ziyan vurduqlarını bildirsədə məhkəməyə bu barəd kifayət qədər mötəbər sübutlar təqdim edə bilməmişdir,Ona görə də məhkəmə belə hesab edir ki iddia əsassız olduğundan təmin oluna bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-214/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-214/2024
04.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver