Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-22/2024 27.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4500 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh illə 2017-ci ildə Facebook şəbəkəsi vasitəsi ilə tanış olmuşdur.O, sosial şəbəkədə adını Cahid olaraq göstərmişdir.Onunla ətraflı danışdıqdan sonra cavabdeh bildirmişdir ki, toylarda video çəkiliş edir.Özü haqqında məlumat verərkən Bakıda yaşadığını, atasının, anasının olmadığını bildirmişdir.Cavabdeh 2018-ci ildə ona bildirmişdir ki, ad günündə Qəbələ şəhərinə gəlib öz ad gününü orada qeyd edəcəyini və ona nə hədiyə alacağını iddiaçıya söyləmişdir.İddiaçı onun səmimiyətinə inanaraq ona üzük alacağını bildirmişdir.Bundan sonra cavabdeh Qəbələ şəhərinə gəlim o, cavabdehə 150 manat dəyərində üzük alıb cavabdehə parkda vermişdir.İki saatdan sonra cavabdeh Bakıya qayıtmışdır.Təxminən 2 aydan sonra cavabdeh ona bildirmişdir ki, Bakı şəhərində işə düzəlmək istəyir ona 1000 manat pul lazım olduğun bildirmişdir.Bundan sonra 2020-ci il tarixdə ona şəkil ataraq üz-gözü qaralmış vəziyyətdə polis şöbəsində olduğunu bildirərək ona pul lazım olduğunu bildirmişdir.Cavabdeh ona bildirmişdir ki, Günəş adlı qadın ona böhtan atıb güya ki, ondan uşağı olduğunu bildirmişdir.Cavabdeh bunu sübuta yetirmək üçün DNT analzi üçün ona 3500 manat pul lazım olduğunu bildirmişdir.O, yenə cavabdehə inanaraq sepin satmış və bacısı Nərgiz Muradxanovadan 2500 manat borc pul alaraq özündə olan 1000 manat pul ilə birlikdə cəmi 3500 manat pul düzəldib Lökbatan qəsəbəsində şadlıq sarayının qarşısında taksidə pulu cavabdeh vermişdir.Bundan sonra 3 gün cavabdehin telefonuna zəng çatmamışdır.Sonradan cavabdeh telefon nömrəsini dəyişmişdir.Bir müddət keçdikdən sonra başqa bir şəxsdən cavabdehin nömrəsin onunla əlaqə saxlamışdır.Cavabdeh dəfələrlə onu aldadatmışdır.Sonradan facebookda cavabdehin oğlu ilə tanışlıq yaratmışdır.Cavabdehin oğlu Bakı şəhərində onunla görüş təyin etmişdir.O, cavabdehin oğlu ilə görüşərkən cavabdeh onları uzaqdan görərək onlara tərəf yaxınlaşmışdır.İddiaçı bu zaman cavabdehin kəmərindən tutaraq qışqırmışdır.Ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşaraq onları bölməyə aparmışdır.Polis şöbəsində izahat alınaraq onları buraxmışlar.Daha sonra şikayəti 2022-ci il tarixdə Qaradağ rayon Pİ-də araşdırılıb şikayəti rədd edilmişdir.Cavabdeh dəfələrlə ona telfon əlaqəsi yaradarkən səmimi olaraq etiraf etmişdir ki, ondan 4500 manat pul alıb və həmin pulu hissə-hissə qaytaracağını bildirmişdir.Cavabdehə olan şifahi və yazılı xəbərdarlığa baxmayaraq o, üzərinə düşən öhdəliyi icra etməyərək borcu qaytarmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəyə teleqramla müraciət edərək işə onun iştirakı olmadan baxılıb ,iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunsa da o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş KAPİTAL BANK ASC tərədindən verilmiş xx.xx.2023cü il atrixli 13889 saylı qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 65 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən arayışdan görünür ki, X4 xx.xx.1982-ci il tarixdə Lerik rayonun Xanagan kəndində anadan olmuş və ora qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən arayışdan görünür ki, İddiaçı xx.xx.1966-ci il tarixdə Qəbələ rayonun Vəndam qəsəbəsində anadan olmuş və ora qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş diskdə olan səs yazısından görünür ki ,cavadeh X4 İddiaçı 4500 manat borclu olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı X1 qarşı cinayət işinin başlaması məqsədi ilə Qaradağ RPİ müraciət etmişdir.Qardağ RPİ-nin verdiyi qerara əsasən cinayət işinin başladılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş 08 iyun 2023-cü il tarixli 2(048)-297/2023 saylı Lerik Rayon Məhkəməsinin qiyabi qətnaməsindən görünür ki, Cavabdeh 4500 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 65 manat, cəmi 4565 (dörd min beş yüz altımış beş) manat tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 8 fevral 2024-cü il tarixli 2(048)-22/2024 saylı Lerik Rayon Məhkəməsinin qərardadından görünür ki,mülki iş üzrə məhkəmə-fonoskopik ekspertizası təyin edilsin və ekspertizanın aparılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Ekspertin qarşısında bu sual qoyulmuşdur. İddıaçı İddiaçı təqdim etdiyi diskdəki cavabdeh X1 məxsus səs yazması İddiaçı mobil telefonundakı səs yazması ilə eynidirmi? İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 20 may 2024-cü il tarixli 3-16-16/2- 4/471 saylı ekspert rəyindən görünür ki, 2(048)-22/2024 saylı qərardadın sualı üzrə: Əlyazmalar və səslərin ekspertizaları şöbəsinin eksperti, ali fizika təhsilli, <<4.1.Səsin və şifahi nitqin tədqiqi» ixtisası üzrə 2018-ci ildən ekspert iş stajına malik, <<4.2 Audio və videoyazıların şərait, vasitə, material və izlərinin tədqiqi» ixtisası üzrə 2022-ci ildən ekspert iş təcrübəsinə malik, İ dərəcəli ədliyyə qulluqçusu X5 və Elmitədqiqat və metodiki iş şöbəsinin böyük məsləhətçisi, ali filologiya təhsilli, <<4.1.Səsin və şifahi nitqin tədqiqi» ixtisası üzrə 2011-ci ildən ekspert iş stajına malik, İ dərəcəli ədliyyə qulluqçusu X2 rəylərinə əsasən müəyyən olunmuşdur ki,ekspertizaya təqdim olunmuş "Verbatim" markalı CD diskdə olan mübahisəli fonoqram "İphone 7" markalı mobil telefonda olan müqayisəli fonoqramın hissəsidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya borclu olması ilə bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə iclası zamanı İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 65 (altımış beş) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh 4500 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 65 manat, cəmi 4565 (dörd min beş yüz altımış beş) manat tutularaq İddiaçı verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238, 241-244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4500 manat manat tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu olan 65 manat Cavabdeh özünə aid edilsin. Qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra 1 ay müddətində Lerik rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-22/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-22/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver