Məhkəmə qərarları › İş №2(048)-230/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-230/2024

09.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-230/2024 09.04.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kİçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştiraklar ilə, İddiaçı 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Cavabdeh qarşı X5 vurmuş 510 manat ziyana tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis müavini, rəis səlahiyyətlərini müvəqqəti icra edən Əlizamin Həmidov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək meşə fondu sahəsində özbaşına kol kəsməsi nəticəsində dəymiş zərərin əvəzi olan 510 manat məbləğində pulun cavabdeh Şanşin Şövlət oğlundan alınaraq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 20 aprel 2023-ci il tarixdə Lerik meşəbəyliyinin 1 saylı meşə dolayısınında Lerik rayonu Zvüc kənd sakini Cavabdeh tərəfində qanunsuz 170 (bir yüz yetmiş) ədəd kolun kəsilməsi faktı müəyyən edilmişdir.Cavabdeh barəsində xx.xx.2023- cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqında qərar çıxarılmışdır.Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 510 (beş yüz on) manat məbləğində maddi zərərin vurulması müəyyən edilmişdir. İddiaçı 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclası zamanı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirdi ki, ondna tələb olunan cərimə məbləği əsassızdır. O, heç vaxt meşə fonduna ziayn vurmamışdır. Bütün bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən 20 aprel 2023-cü il tarixli № 79635 sayla tərtib olunmuş aktından görünür ki Cavabdeh X5 ziyan vuraraq 170 ədəd kol kəsmişdir. İş materiallarında olan İnzibati Xəta haqqında MN №1762603 saylı protokolun sürətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci madəsində nzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan MN № ******* saylı qərarın sürətindən görünür ki, Şəfiyev X2 RMTM-nin Lerik meşəbəyliyinin 1 saylı dolayında yemişan cinsinə məxsus 170 ədəd kolu qanusuz olaraq kəsdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1ci madəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 700 manat cərimə məbləğində cərimə növü tətbi edilmişdir. İş materiallarına əlavə edilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Lerik rayonu Züvüç kəndində pasport qeydiyyatındadır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh X5 dəymiş ödənməmiş ziyanın əvəzi olan 100 manat pul tutularaq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh X5 dəymiş ödənməmiş ziyanın əvəzi olan 100 manat pul tutularaq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar