Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-239/2023 14.04.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Ləğv prosesində olan İddiaçıASC-nin ləğvedicisi əmanətlərin sığortalanması fondunun hüquq departamentinin direktoru Azər Əmirov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5231.84 manat əsas borcun, 4422.18 manat faiz borcun, 6347.27 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 736.57 manat faiz borcu olmaqla, cəmi 16737.86 manat borcun və 140.21 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Dəmir Bank" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5093 saylı Kredit Kartın verilməsi və İstifadəsi üzrə Müqaviləyə əsasən bank müştəriyə 12 ay müddətinə Visa Gold tipli kart vasitəsilə 5000 (beş min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək açılmışdır. Kredit Müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə Sazişə əsasən kredit "Kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsi "Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Kredit restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD=1.50 AZN) 6600 (altı min altı yüz) AZN hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixinə kimi uzadılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 16737.86 (on altı min yeddi yüz otuz yeddi manat, 86 qəpik) AZN təşkil edir. Bundan 5231.84 (beş min iki yüz otuz bir manat, 84 qəpik) AZN əsas, 4422.18 (dörd min dörd yüz iyirmi iki manat, 18 qəpik) AZN faiz, 6347.27 (aıtı min üç yüz qırx yeddi manat, 27 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 736.57 (yeddi yüz otuz altı manar 57 qəpik) AZN fazi borcu təşkil edir. Bu barədə cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçıASC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiyini, işə onların iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda da məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli 5093 saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, İddiaçıASC tərəfindən Cavabdeh 12 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə Sazişə əsasən "Kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsi "Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Kredit restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD=1.50 AZN) 6600 (altı min altı yüz) AZN hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixinə kimi uzadılmışdır. İş materiallarına əlavə edilmiş 22 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 09 fevral 2017-ci il tarixli kredit müqaviləsi üzrə 14 noyabr 2022-ci il tarixə yaranmış borc 5231.84 manat əsas borcun, 4422.18 manat faiz borcun, 6347.27 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 736.57 manat faiz borcu olmaqla, cəmi 16737.86 manat təşkil edir. Göründüyü kimi Cavabdeh kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və borca görə hesablanmış faizləri ödəməmişdir. Halbuki, xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə krediti, ona hesablanmış faizləri, cərimələri və sair haqları ödəməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə cavabdehin heç bir yerdə işləmədiyini nəzərə alaraq cavabdehdən tələb olunan cərimə məbləğinin 634 manat həddinədək azaldılamsını məqsədəmüvafiq hesab edir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 140.61 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 140.61 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 5231.84 manat əsas borcu, 4422.18 manat faiz borcu, 634 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 736.57 manat faiz borcu olmaqla, cəmi 11024.59 manat borcun və 140.21 manat ödənilmiş dövlət rüsumu tutulub Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 14 aprel 2023-cu il № 2 (048)-239/2023 İddiaçı ASC-yə (Bakı şəhəri, Qarabağ küçəsi 31) Surəti: Cavabdeh (Lerik rayonu, Blaband kəndi) Lerik Rayon Məhkəməsinin 14 aprel 2023-cu il tarixli 2 (048)-239/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-239/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-239/2023
14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver