Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-247/2024 02.04.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehn qarşı məhkəmənin müəyyən etdiyi alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lerik rayon məhkəməsinin 2(048)- 624/2022 saylı 24 noyabr 2022 -ci il tarixli qətnaməsinə əsasən Cavabdeh onunla birgə nigah dövründə doğulmuş xx.xx.2016-ci il təvvəlüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşağa görə 235 manat olmaqla cəmi 705 manat pulun ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunl əsaslandırmışdır ki, Lerik rayon məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(048)-624/2022 sayılı qətnaməsinə əsasən Cavabdeh onunla birgə nigah dövründə doğulmuş xx.xx.2016-ci il təvvəlüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşağa görə 150 manat cəmi, 450 manat olmaqla alimentin tutulması qət edilmişdir.Hazırada azyaşlı uşaqlarımla birlikdə Bakı şəhərində yaşayır, uşaqları biri yəni Abbasəli anadangəlmə qüsurludur. Müalicə xərclərini qarşılaya bilmir. Onların məktəb ləvazimatları və geyimlə təmin olunmalıdır. Eyni zamanda uşaqların normal qaydada qidalanması da vacibdir.Lakin hər ay üçün müəyyən edilmiş hər uşağa görə 150 manat məbləği aliment uşaqların təlabatın ödəmir. O, ixtisasız olduğundan heç bir yerdə də iş tapa bilmir. Valideyinlərinin və qardaşının yardımı və köməkliyi ilə bir təhər təlabatını təmin edir. Cavabdehin maliyyə imkanları genişdir. Beləki ticarətlə məşquldur. Özü üçün hər-cür şərayiti qurub amma uşaqlarının yaşamağa yeri belə yoxdur. Valideyinlərinə məxsus evə sığınmışdır. Cavabdeh bu vaxda qədər uşaqları ilə maraqlanmamış alimenti də vaxtında ödəməmişdir. Alimentdən başqa onlara heç bir köməklik göstərməmişdir. Bütün bunları nəzərə alaraq alimentin artırılması ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddiaya uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılamsını xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirdi ki, qardaşı satıcı işləyərək ayda 350 manat məbləğində əmək haqqı alır.Artırılan alimentin ödənilməsində çətinliklə üzləşəcəy.Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsin xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2016-ci il tarixdə X5, xx.xx.2018-ci il tarixdə X2 və xx.xx.2019-cu il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(048)-624/2022 saylı qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahından olan xx.xx.2016-ci il təvvəlüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 150 manat olmaqla, cəmi hər ay 450 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə isə valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsində qeyd olunmuşdur ki,valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının hamısını, və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə aliment valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, İddiaçı cavabdehin Cavabdeh ilə rəsmi nikaha daxil olarq ailə həyatı qurmuşlar.Birgə nikahlarından xx.xx.2016-ci il tarixdə X5, xx.xx.2018-ci il tarixdə X2 və xx.xx.2019-cu il tarixdə X6 adlı uşaqları doğulmuşdur.Bir müddər münasibətləri normal olsa da tərəflər sonradan ayrılmışdır.İddiaçı aliment tələbi barədə məhkəməyə müraciət etmişdir.Lerik rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(048)-624/2022 saylı qətnaməsi ilə xx.xx.2016-ci il tarixdə anadan olmuş X5, xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaqa görə 150 manat olmaqla cəmi 450 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Məhkəmədə müəyyən olunmuşdur ki, Cavabdeh satıcı kimi 345 manat məbləğində əmək haqqı alır.Başqa heç bir gəlirə (qazanca) malik deyildir. Məhkəmə bütün bunları nəzərə alaraq belə qərara gəlmişdir ki, aliment tələbi barədə qətnamə qəbul edildiyi vaxtdan bu günə kimi cavabdehin maddi vəziyyətində heç bir dəyişiklik olamdığından alimenti artırılması cavabdehin maddi vəziyyətinə əhmiyyətli dərəcədə mənfi təsir göstərəcəkdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəyə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci isntansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq etməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Lakin, iddiaçı tərəf cavabdehin maddi vəziyyətində müsbət mənada dəyişiklik olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehn qarşı məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İddiaçı tərəfindən mediasiya şurasına ödənilmiş 50 manat önun özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən mediasiya şurasına ödənilmiş 50 manat önun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-247/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-247/2024
02.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver