Məhkəmə qərarları › İş №2(048)-27/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-27/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-27/2025 03.03.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, İddiaçı - Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borca görə 21900 (iyirmi bir min doqquz yüz) manat, məhkəməyə müraciətə görə dəymiş əlavə zərər üçün (dövlət rüsumu və s.) 500 (beş yüz) manat məbləğində vəsaitin, ümumilikdə 22400 (iyirmi iki min dörd yüz) manat məbləğində vəsaitin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh Güləndam İmanverdiyevanın vasitəsi ilə tanımışdır. Güləndamla Fizuli onlara gəlib bildirmişlər ki, Fizuliyə 5900 (beş min doqquz yüz) manat pul lazımdır. O, aralarında olan razılaşmaya görə verdiyi pulu tam məbləğində qaytarana qədər hər aya görə 10% yəni 5900 (beş min doqquz yüz) manat məbləğində, pulun qarşısında 500 manat vermək şərtilə ona borc vermişdir. Fizuli 2 ay razılaşdığı kimi verdiyi 5900 (beş min doqquz yüz) manat məbləğində pulun qarşılığında ona 500 (beş yüz) manat pul vermişdir. Cavabdeh onun etibaını qazanaraq əlavə olaraq ondan yenə 5000 (beş min manat) məbləğində pul istəmişdir. O, 27 noyabr 2022-ci il tarixdə cavabdehə həmin məbləği vermiş və ona bu vaxta kimi nə qədər borc pul veribsə cəmi 10900 (on min doqquz yüz) manat məbləği onun qeyd dəftərində Natiq Quluyev, Pəriyyə Ağakişiyeva və Səidə Quluyevanın şahidliyi ilə qeyd etməsini bildirmişdir. Fizuli də pulu qaytarmazsa (15 dekabr 2022-ci il tarixədək) idarə etdiyi avtomobili ona verəcəyi barədə razılaşmışdır. 29 noyabr cavabdeh ona zəng edərək əlavə olaraq qızına toy etmək üçün 15000 (on beş min) manat məbləğində pul istəmişdir. İddiaçı həmin məbləğin olmadığını bildirib ona 11000 (on bir min) manat verə biləcəyini demişdir. Artıq borcu çox yüksək olduğu üçün (21900 manat) ona notariusun vasitəsilə bağlanan müqavilə əsasında verə biləcəyini bildirmişdir. O, 29 noyabr 2022-ci il tarixdə Fizuli ilə Sumqayıt şəhər 4 saylı notariusa getmiş, ona 11.000 (on bir min) manat məbləğində nağd pul vermiş, 21900 (iyirmi bir min doqquz yüz) manat məbləğində kredit müqaviləsi bağlamaq istəmişdir. Lakin Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusu X1 belə bir müqavilə bağlaya bilməyəcəklərini bildirmişdir. Həmin günü nə qədər məbləğ verirsə yəni 11000 manat müqabilində müqavilə tərtib edib təsdiq edə bilər. O, Fizuliyə 15 yanvar 2023-cü il tarixdə qayatarmaq şərti ilə 11.000 manat pul verib kredit müqaviləsi bağlamışdır. 15 yanvar 2022ci ildə qaytarmalı olduğu pulu qaytarmadığı üçün aralarında mübahisə yaranmışdır. O, Fizuli haqqında tədbir görülməsi üçün Sumqayıt şəhər Polis idarəsinin 3-cü Polis Bölməsinə müraciət etmişdir. Polis bölməsi ona mülki mübahisə olduğunu izah edib məhkəməyə müraciət etməyini bildirmişdir. Cavabdeh ümumilikdə 21900 (iyirmi bir min doqquz yüz) manat məbləğində aldığı pulu 15 yanvar 2023-cü il tarixə kimi qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Sumqayıt şəhər 4 saylı Notariat Ofisində borcverən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 11000 (on bir min) manat məbləğində borc pul vermiş, Cavabdeh isə həmin borcu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixi qeyd dəftərindən görünür ki, İddiaçı Cavabdeh Natiq Quluyevin, Pəriyyə Ədəkişiyevanın və Səidə Quluyevanın şahidliyi ilə 15 dekabr 2022-ci il tarixədək qaytamaq şərti ilə 10900 (on min doqquz yüz) manat borc pul vermişdir. Lerik Rayon Məhkəməsinin 2(048)-66/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərardadı ilə qeyd dəftərində olan imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2024-cü il tarixli, 4/1560 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 18-19-cu vərəqlərinin orta hissəsində olan qeyd kitabçası vərəqinin sonunda “...фуэулнун оглу **********” yazılarının yuxarı hissəsindəki imza və xx.xx.2022-ci il tarixli qeyd kitabçası vərəqinin sonunda “сөтірмішəм” yazısı qarşısındakı imza eyni şəxs Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında aparılmış araşdırma ilə müəyyən olunmuşdur ki, Sumqayıt şəhər 4 saylı Notariat Ofisində İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixədək qaytarmaq şərtilə 11100 (on bir min) manat məbləğində borc pul vermişdir. Eyni zamanda, xx.xx.2022-ci il tarixi qeyd dəftərinə əsasən İddiaçı Cavabdeh Natiq Quluyevin, Pəriyyə Ədəkişiyevanın və Səidə Quluyevanın şahidliyi ilə 15 dekabr 2022-ci il tarixədək qaytamaq şərti ilə 10900 (on min doqquz yüz) manat borc pul vermişdir. Lakin cavabdeh borc məbləğlərini qaytarmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, borc alan kimi üzərinə götürdüyü öhdəliyə uyğun olaraq götürdüyü borcun əvəzini müvafiq qaydada borc verənə qaytarmağı öhdəsinə götürdüyü halda bunu etməmişdir. Eyni zamanda məhkəmə xx.xx.2022-ci il tarixi qeyd dəftərində olan imzanın ona məxsus olmamasına dair dəlillərlə razılaşmır. Belə ki, məhkəmə baxışı zamanı keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasında mülki işin 18-19-cu vərəqlərinin orta hissəsində olan qeyd kitabçası vərəqinin sonunda “...фуэулнун оглу **********” yazılarının yuxarı hissəsindəki imza və xx.xx.2022-ci il tarixli qeyd kitabçası vərəqinin sonunda “сөтірмішəм” yazısı qarşısındakı imza eyni şəxs Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. Məhkəmə hazırki ekspert rəyi ilə ilə razılaşır və onu sübut növü kimi qəbul edir. Belə ki, ekspert rəyinin əsaslılığını şübhə altına ala bilən hər hansı bir sübut növü məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh yerinə yetirməli olduğu öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün, yəni onun tərəfindən imzalanmış kredit müqaviləsində və qeyd dəftərində qeyd olunduğu kimi qaytarmalı olduğu pul vəsaitlərini tam həcmdə qaytarmaq öhdəliyini yerinə yetirmədiyi üçün həmin kredit müqaviləsi üzrə ödənilməmiş 11000 (on bir min) manat pul vəsaiti, həmçinin xx.xx.2022-ci il tarixi qeyd dəftəri üzrə ödənilməmiş 10900 (on min doqquz yüz) manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 21900 (iyirmi bir min doqquz yüz) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə bu qənaətə gələrkən həmçinin onu da nəzərə alır ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iddiaçının dəlillərini təkzib edəcək hər hansı bir sübut növü məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin iddia tələbinin “dəymiş əlavə zərər üçün 500 (beş yüz) manat məbləğində pulun tutulmasına dair” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı buna dair məhkəməyə hər hansı bir tutarlı və mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olunduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 155,7 (yüz əlli beş manat yetmiş qəpik) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi iddiaçıya aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməxətşünaslıq ekspertizasının dəyəri olan 125 (yüz iyirmi beş) manat cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 21900 (iyirmi bir min doqquz yüz) manat borc və ödənilmiş dövlət rüsumunun 155,7 (yüz əlli beş manat yetmiş qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməxətşünaslıq ekspertizasının dəyəri olan 125 (yüz iyirmi beş) manat cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21900 (iyirmi bir min doqquz yüz) manat borc və ödənilmiş dövlət rüsumunun 155,7 (yüz əlli beş manat yetmiş qəpik) manat hissəsi tutlaraq İddiaçı ödənilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməxətşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 125 (yüz iyirmi beş) manat pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar