Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-270/2024 26.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Məhkəmənin sədri Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyənetdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 161.8 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, mülki iş geri qaytarılmalıdır. Belə ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda MPM-nin 152.2-ci maddəsinə əsasən İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 152.1.9, 152.2-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı alqı satqı müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(048)-270/2024
Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-270/2024
26.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver