Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-271/2024 18.04.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 20000 manat məbləğində əsas borcun, hüquqi yardımla əlaqədar 15 saylı Vəkil Bürosundan vəkillə bağladığı müqaviləyə əsasən ödədiyi 320 manat və dövlət rüsumu olaraq ödədiyi 150 manat olmaqla, cəmi 20470 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,onunla Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən o, cavabdehə 20000 manat məbləğində borc vermişdir.Cavabdeh ilə aralarında bağlanmış borc müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh müqavilə üzrə ondan aldığı borc məbləğini xx.xx.2024-cü il tarixədək ona geri qaytarmalı idi.Müqavilə ilə razılaşdığları son icra müddətindən bir ildən çox vaxt keçməsinə baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş , bu günə qədər kredit müqaviləsi üzrə aldığı borc məbləğindən bir manat da olsun belə geri qaytarmamışdır. İddiaçi bildirib ki, cavabdehə dəfələrlə zəng etsə də onun telefonlarına zəng çatmamışdır.Ona görə də hazır ki, iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıdır. İddiaçı ehtibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək iddiani müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək işə onların iştiraki olmadan baxilib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsədə, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 43 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq olunmuş kredit müqaviləsindən görünür ki,tərəflər arasında xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi bağlanmış.Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 20000 manat məbləğində borc pul vermişdir. Azərbaycan Respublikası Mülki Prosessula Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya borclu olması ilə bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki tərəflər arasında xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır.Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 20000 manat məbləğində borc pul vermişdir.Müqavilə müddətindən bir ildən çox vaxt keçdiyinə baxmayaraq cavabdeh iddiaçıdan aldığı 20000 manat borc pulu qaytarmamışdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh 20000 manat məbləğində pulu alınaraq İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı idddia etdiyi 15 saylı Vəkil Bürosuna 320 manat ödədiyini bildirsə də məhkəməyə bu barədə hec bir sübut təqdim etməmişdir.Ona görədə məhkəmə belə hesab edir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 20000 manat məbləğində pul və 150 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-271/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-271/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver