Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-274/2024 20.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Zəkiyev Vüsal Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə; İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh oğlundan 1500 manat məbləğində əsas borcun, gitaraların təmiri üçün ödədiyi 150 manat pulun və 225 manat yol xərci olan maddi ziyanın ,cəmi 1875 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh internet vasitəsi ilə musiqi alətlərini təmir etməsini görüb, onunla əlaqə saxlayıb,özündə olan iki ədəd gitaranı təmir etdirmək istədiyini bildirib. İddiaçı 2023-cü ilin iyun ayının təxminən 12-sində Cavabdeh oğlunun Binə qəsəbəsində yaşadığı ünvanına gedib,həmin alətləri təmir etmək üçün ona vermişdir.Həmin gün axşam Cavabdeh onu ***-***-**-** mobil nömrəsi ilə yığaraq, gitaranın mikrofonun xarab olduğunu və onu 10 gün ərzində təmir edib -göndərəcəyini bildirçişdir.Cavabdeh təmir üçün 280 manat pul istədiyini demişdir.İddiaçı ilkin olaraq 150 manat ödəyib digər hissəsini musiqi alətlərin götürəcəyi zaman ödəyəcəyini demişdir.Cavabdehin dediyi vaxtdan xeyli müddət keçsə də gitarları geri qaytarmamışdır.Bu baradə ona dəfələrlə zəng etsə də ,onun zənglərinə cavab verməmişdir.Həmin gitarların biri 750 manat olmaqla ikisi 1500 manatdir.Bu barədə Bakı şəhər Qaradağ RPİ 10-cu Polis Şöbəsinə müraciət etmiş və həmin şöbə mübahisənin mülki xarakterli olmasına görə ona məhkəməyə meraciət etməsini bildirmişdir. Ona görə də hazır ki, iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıdır. İddiaçı oğlu məhkəmə iclası zamani iddianı müdafiə edib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsədə, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Şöbəsi tərəfindən İddiaçı verilmiş 15.0111.2024-cü il tarixli məktubdan görünür ki, 10-cu polis şöbəsi müraciətin mülki xarakterli olduğunu bildirib ,məhkəməyə müraciət etməsini məqəsədə müvafiq hesab etmişdir. İş materiallarına əlavə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AA257396 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. İş materiallarına əlavə edilmiş telefon qrammadan görünür ki, Lerik Rayon Məhkəmə iclas katibi X1 Ələkbər Möhübbət oğlunun qaynatası Ceyhunun mobil telefonu ***-***-**-** nömrəli mobil telefonu ilə əlaqə saxlayıb.Ceyhun telefonda bildirib ki,kürəkəni Əliyev X4 Ələkbərovdan təmir üçün 2 ədəd gitara alıb qaytarmamışdır.Çalışacaq ki, Mircavidə desin gitaraları Ələkbərə qaytarsın. Azərbaycan Respublikası Mülki Prosessula Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya borclu olması ilə bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki iddiaçı cavabdehə təmir üçün musiqi aləti olan 2 ədəd gitara vermişdir.10 gün müddətində təmir edib qaytarmasini bildirsə də lakin musiqi alətlərin geri qaytamamışdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh hər birinin dəyəri 750 manat olmaqla 2 ədəd gitara İddiaçı verilməlidir.Gitarın qaytarilması mümkün olmadıqda onlara dəyəri olan 1500 manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir.Əlavə cavabdeh X2 gitarın təmiri üçün verilmiş 150 manat pul alınıb İddiaçı Balamir oğluna verilsin. Məhkəmə hesab edir ki, iddiaçı idddia etdiyi yol xərci üçün 225 manat ödədiyini bildirsə də məhkəməyə bu barədə hec bir sübut təqdim etməmişdir.Ona görədə məhkəmə belə hesab edir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh hər birinin dəyəri 750 manat olmaqla 2 ədəd gitara alınaraq İddiaçı oğluna verilsin. Gitaranin qaytarılması mümkün olmadıqda onların dəyəri olan 1500 manat pul cavabdehdən alınıb iddaçıya verilsin. Əlavə cavabdeh X3 gitaranin təmiri üçün verilmiş 150 manat pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-274/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-274/2024
20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver