Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-276/2024 04.04.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı Lənkaran Regional X2 nümayəndəsi X1, Cavabde Cavabdeh iştirakları ilə, İddiaçı 1 saylı Regional X2 Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi və meşə fondu sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı 1 saylı X4 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh X9 dəymiş zərərin əvəzi qismində 355 (üç yüz əlli beş) manat 25 qəpik pul vəsaitinin Lerik rayonu Hamarmeşə kəndində yaşayan Cavabdeh tərəfindən 1 saylı Regional X2 hesabına ödənilməsini və Cavabdeh tərəfindən Lerik meşəbəyliyinin 23 saylı meşə dolayında qanunsuz inşa etdiyi tikili sökülərək ərazi əvvəlki vəziyyətinə gətirilərək 1 saylı X4 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Regional X2 əməkdaşları tərəfindən Vizəzəmin meşəbəyliyinin 23 saylı meşə dolayın yoxlama aparılarkən Lerik rayonu Hamarmeşə kənd sakini Cavabdeh tərəfindən 5x5 metr (eni uzunluqu) olmaqla mişar daşından tikili inşa etmişdir. Cavabdeh barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanılmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 355 (üç yüz əlli beş) manat 25 qəpik məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən xx.xx.2023-cü il tarixli 3-14-27- 4/2- 428/2023 nömrəli məktubla vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə gətirmək tələb edilmiş, lakin o bundan imtina etmişdir İddiaçı 1 saylı Regional X2 nümayəndəsi X5 məhkəmə iclası zamanı iddiaya uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının tələbi tamamilə əsassız və böhtandır. Belə ki, o, heç vaxt meşə fonduna ziyan vurmamışdır.Ona görədə məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatın dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 1 saylı X4 Mərkəzi tərəfindən 22 noyabr 2023-cü il tarixli 001175 saylı Aktından görünür ki, Cavabdeh qanunsuz olaraq meşə fonduna ziyan vurduğu üçün akt tərtib olunmiuşdur. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(048)- 31/2024 saylı qərarın sürətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X3 tərəfindən Cavabdeh barəsində qəbul etdiyi 21 dekabr 2023-cü il tarixli MN № ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarı ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Lerik Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2-85 saylı əmrdən çıxarışın sürətindən görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 30 mart 1987-ci il 102 nömrəli qərarı ilə sovxozun fəhlə və qulluqçuları üçün təsdiq edilmiş həyətyanı torpaq sahəsindən 30-cu km kəndində "Zavodi hi" adlı sahənin aşağı hissəsində, Məmmədin həyətyanı torpaq sahəsinə bitişik istifadəsiz torpaqdan 0.06 hektar yer həyətyanı torpaq sahəsi X6 verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. dəymiş maddi zərərin əvəzinin ödənilməsi və meşə fondu sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi faktı sübut etməlidir. Lakin, iddiaçı tərəfindən tələbini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən də iddia tələbi təmin edilə bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddiaçı 1 saylı Regional X2 Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi və meşə fondu sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. iddiaçı 1 saylı Regional X2 Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi və meşə fondu sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-276/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-276/2024
04.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver