Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-289/2024 02.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lerik rayon Digah kənd sakinləri Cavabdeh1 1000 manat borc pul və müqaviləyə əsasən təzminat olaraq 1000 manat olmaqla,cəmi 2000 manat,Cavabdeh2 1500 manat nağd verdiyi borc və təzminat olaraq 1000 manat, cəmi 2500 manat borc olmaqla ümumilikdə 4500 manat pulun cavabdehlərdən alinaraq birdəfəlik ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və əmisi oğlu Cavabdeh2 yerli adamlar kimi tanımış və münasibətləri yaxşı olmuşdur.Cavabdehlər ayrı-ayrı vaxtda onun yanına gedərək borc pul istəmişlər.Cavabdeh1 öz oğlunun müalicəsinə görə 3 ay müddətində qaytarmaq şərti ilə ,1000 manat, Cavabdeh2 isə xəstə uşağına görə 1500 manat borc pul istəmışdır.İddiaçi onlardan müqavilə bağlayaraq, onlara borc verecəyini bildirmiş və Lerik rayonu hüquqi xidmətinin ofisində müqavilə bağlayaraq ,müqavilənin şərtləri ilə razilaşaraq istədikləri məbləği vermişdir.Cavabdeh2 isə eyni zamanda öz əl yazısı ilə yazaraq, öz əmək haqqı kartini iddiaçıya verərək borcu bitənə kimi iddiaçida qalmaq şərti ilə pul alıb.Cavabdeh2 iddiaçını inandiraraq ,pulu alandan sonra öz əmak haqqı kartını bağlatmaqla borcu ödəməmişdir. Cavabdeh1 isə ümumiyyətlə borcu qaytarmaq istəmir və telefonlarına cavab vermir.Dəfələrlə onların yaxınları tərəfindən xəbardarlıq edib onlara çatdırıb ki,o,1-ci qrup əlildir.Həftədə 3 dəfə dialez apratına qoşulur.Dəfələrlə cavabdehlərdən borcunun qaytarılmasını tələb etsədə cavabdehlər borcun qaytarılmasından yayınır.Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələrdə, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. İş materallarına əlavə edilmiş Kapital Bank ASC-i tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 27525 nömrəli qəbzdən görünür ki,iddiaçi İddiaçı məhkəməyə müraciət edərkən 50 manat dövlət rüsumu ödəmişdir. İş materallarına əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindəan görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. İş materallarına əlavə edilmiş AZE№******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindn görünür ki, Cavabdeh1 xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. İş materallarına əlavə edilmiş Azərbaycan Respublikası Sahibkarlıq ilə vətəndaşların hüquqi marifləndirmə və hüquqi xidmətinin direktoru hüquqşunas T.M.İbadovun iştirakı ilə xx.xx.2023-cü il tarixli razılaşma müqaviləsindən görünür ki, iddiaçi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda olmaqla 1000 manat cəmi 2000 manat borc pulu 3 ay ərzində qaytarmaq şərti ilə vermişdir. İş materallarına əlavə edilmiş əl yazısı ilə olan qəbzdən görünür ki,Cavabdeh2, iddiaçi İddiaçı 1500 manat borc pul almış,borcu bitənə qədər əmək haqqı kartını iddiaçiya verecəyini qeyd etmişdir. İş materallarına əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti Başcısının Lerik Şəhər inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cu il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən ünvan 1 ünvanında yaşayır. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında olan yazılı və şifahi razılaşmaya əsasən iddiaçı xx.xx.2023-cü il tarixində 1000 manat və 1500 manat olmaqla cəmi 2500 manat pulu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borc olaraq vermiş, cavadehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı yazılı qəbz və razılaşma müqaviləsi təqdim edərək həmin 2500 manat pulu 3 ay ərzində qaytarılmasını öz öhdələrinə götürmüşlər.Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin borcu söz verdiyi tarixə qədər qaytarmamışlar.Bu səbəbdən iddiaçi İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi vicdanlılığın tələb etdiyi tərzdə, yəni işgüzar adətlər üzrə şərtləşdirilmiş vaxtda və lazımi şəkildə icra etməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə cavabdehlər Cavabdeh1 1000manat və Cavabdeh2 1500 manat olmaqla cəmi 2500 manat borc pul alınaraq İddiaçı verilməlidir. Əlavə olaraq iddiaçi tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 50 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçi İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 1000 manat və Cavabdeh2 1500 manat pul və ödənilmiş 50 manat dövlət rüsumu (müştərək qaydada olmaqla) cəmi 2550 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atəbəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-289/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-289/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver