Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-3/2025 13.02.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor QSC Bank Standart KB borclular Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizə ilə xx.xx.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 11 oktyabr 2011-ci il tarixli, 1xx/xx/12726/22 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 5998,82 (beş min doqquz yüz doxsan səkkiz manat səksən iki qəpik) manat əsas borc, 3389,52 (üç min üç yüz səksən doqquz manat əlli iki qəpik) manat faiz borcu və 697,39 (altı yüz doxsan yeddi manat otuz doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 10085,39 (on min səksən beş manat otuz doqquz qəpik) manat məbləğində pulun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun kreditor QSC “Bank Standart” KB-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 05 oktyabr 2011-ci il tarixində Cavabdeh1 QSC “Bank Standard” KB-yə müraciət edərək, ona 6000 (altı min) manat məbləğində kredit verilməsini xahiş etmişdir. QSC “Bank Standard” KB-nin “Lənkəran” filialı ilə Cavabdeh1 arasında 11 oktyabr 2011-ci il tarixdə kredit verilməsi haqqında 1xx/xx/12726/11 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti il 36 (otuz altı) ay müddətinə 6000 (altı min) manat məbləğində kredit xətti açılmış, müştərinin ərizəsinə əsasən ona qeyd olunan məbləğdə limiti olan güzəşt kartı verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 11 oktyabr 2011-ci il tarixli, 1xx/xx/12726/11 saylı zaminlik müqaviləsi əsasında Bank qarşısında öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun Banka 5998,82 (beş min doqquz yüz doxsan səkkiz manat səksən iki qəpik) manat əsas borc, 3389,52 (üç min üç yüz səksən doqquz manat əlli iki qəpik) manat faiz borcu və 697,39 (altı yüz doxsan yeddi manat otuz doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 10085,39 (on min səksən beş manat otuz doqquz qəpik) manat məbləğində kredit borcu qalmışdır. 11 oktyabr 2011-ci il tarixli 1xx/xx/12726/11 saylı kredit müqaviləsində göstərir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və həcmdə yerinə yetirmək “Borc alan”ın vəzifəsidir. Həmin müqavilənin tələbinə görə “Kreditor”un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüquqi vardır. Lerik Rayon Məhkəməsinin 2(048)-463/2016 saylı, 04 mart 2016-cı il tarixli məhkəmə əmri ilə borclular Cavabdeh1 və Cavabdeh2 5998,82 (beş min doqquz yüz doxsan səkkiz manat səksən iki qəpik) manat əsas borc, 3389,52 (üç min üç yüz səksən doqquz manat əlli iki qəpik) manat faiz borcu və 697,39 (altı yüz doxsan yeddi manat otuz doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 10085,39 (on min səksən beş manat otuz doqquz qəpik) manat məbləğində pulun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq QSC “Bank Standart” KB-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Daha sonra borclu Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 2(048)-463/2016 saylı, 04 mart 2016-cı il tarixli məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 2(048)-463/2016 saylı, 31 mart 2016-cı il tarixli qərardadı ilə kreditor QSC “Bank Standart” KB-nin borclular Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə Lerik Rayon Məhkəməsinin 2(048)-463/2016 saylı, 04 mart 2016-cı il tarixli məhkəmə əmri ləğv edilmiş mülki iş iddia icraatına keçirilmişdir. Lerik Rayon Məhkəməsinin 2(048)-463/2016 saylı, 12 may 2016-cı il tarixli qərardadına əsasən iddiaçı QSC “Bank Standart” KB-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə icraat Cavabdeh1 hüquq varisi müəyyən edilənədək dayandırılmışdır. Lerik Rayon Məhkəməsinin 2(048)-1/2024 saylı, 03 dekabr 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında kredit müqaviləsinin Cavabdeh1 ilə bağlandığını, onun sadəcə həmin kredit müqaviləsi üzrə zamin olduğunu, zaminlik müqaviləsindən xeyli müddət keçdiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan QSC “Bank Standard” KB-nin “Lənkəran” filialı ilə Cavabdeh1 arasında bağlanmış 11 oktyabr 2011-ci il tarixli, 1xx/xx/12726/11 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh1 illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan QSC “Bank Standard” KB-nin “Lənkəran” filialı ilə Cavabdeh2 arasında bağlanmış 11 oktyabr 2011-ci il tarixli, 1xx/xx/12726/11 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 11 oktyabr 2011-ci il tarixində 1xx/xx/12726/11 saylı kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıdığına dair öhdəlik götürmüşdür. İş materiallarında olan QSC “Bank Standard” KB-nin xx.xx.2016-cı il tarixli arayışından görünür ki, Cavabdeh1 QSC “Bank Standard” KB-yə 5998,82 (beş min doqquz yüz doxsan səkkiz manat səksən iki qəpik) manat əsas borc, 3389,52 (üç min üç yüz səksən doqquz manat əlli iki qəpik) manat faiz borcu və 697,39 (altı yüz doxsan yeddi manat otuz doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 10085,39 (on min səksən beş manat otuz doqquz qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı QSC “Bank Standard” KB tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2015-cı il tarixli bildirişdən görünür ki, Bank cavabdehdən 9618,91 manat vəsaiti 3 iş günü müddətində Banka ödəməklə kredit müqaviləsini ləğv etməyi təklif etmiş, əks təqdirdə borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan iddiaçı QSC “Bank Standard” KB tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2015-cı il tarixli bildirişdən görünür ki, Bank cavabdehdən 9618,91 manat vəsaiti 3 iş günü müddətində Banka ödəməklə kredit müqaviləsini ləğv etməyi təklif etmiş, əks təqdirdə borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan Lerik rayon qeydiyyat şöbəsi tərəfindən verilən arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Republikası Ədliyyə Nazirliyi Lerik Rayon Dövlət Notariat Ofisi tərəfindən məhkəməyə ünvanlanmış 14 yanvar 2025-ci il tarixli, 15 saylı məktubundan görünür ki, Cavabdeh1 adına vərəsəlik işi açılmamış və vərəsə dairəsi müəyyən edilməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, QSC “Bank Standard” KB-nin “Lənkəran” filialı ilə Cavabdeh1 arasında 11 oktyabr 2011-ci il tarixdə kredit verilməsi haqqında 1xx/xx/12726/11 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti il 36 (otuz altı) ay müddətinə 6000 (altı min) manat məbləğində kredit xətti açılmış, müştərinin ərizəsinə əsasən ona qeyd olunan məbləğdə limiti olan güzəşt kartı verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 11 oktyabr 2011-ci il tarixli, 1xx/xx/12726/11 saylı zaminlik müqaviləsi əsasında Bank qarşısında öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun Banka 5998,82 (beş min doqquz yüz doxsan səkkiz manat səksən iki qəpik) manat əsas borc, 3389,52 (üç min üç yüz səksən doqquz manat əlli iki qəpik) manat faiz borcu və 697,39 (altı yüz doxsan yeddi manat otuz doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 10085,39 (on min səksən beş manat otuz doqquz qəpik) manat məbləğində kredit borcu qalmışdır. Həmçinin müəyyən edilmişdir ki, borclu Cavabdeh1 xx.xx.2014-cü il tarixdə vəfat etmiş və onun adına vərəsəlik işi açılmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə qeyd edir ki, QSC “Bank Standard” KB-nin “Lənkəran” filialı ilə Cavabdeh1 arasında bağlanmış 11 oktyabr 2011-ci il tarixli, 1xx/xx/12726/11 saylı kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 24% hesablanmaqla 6000 (altı min) manat məbləğində kredit vermiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi Cavabdeh1 QSC “Bank Standard” KB iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2014-cü il tarixdə vəfat etmişdir və bu hal iddiaçıya məlum olduğundan ölmüş şəxsə qarşı məhkəmədə iddia qaldırmaq isə yolverilməz olduğundan Lerik Rayon Məhkəməsinin 2(048)-3/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraata Cavabdeh1 aid hissədə xitam verilmişdir. Məhkəmə, iddia tələbinin borcun zamin Cavabdeh2 tutularaq Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xeyrinə ödənilməsi hissəsinə qiymət verərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, Cavabdeh2 ilə bağlanmış xx.xx.2011 -ci il tarixli, 1xx/xx/12726/11 saylı zaminlik müqaviləsi əsasında Bank qarşısında öhdəliklərin yerinə yetirilməsinə görə Cavabdeh2 cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh1 xx.xx.2011-ci il tarixli 1xx/xx/12726/11 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının son tarixi xx.xx.2014-cü il tarixə kimi müəyyənləşdirilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2011-ci il tarixli, 1xx/xx/12726/11 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün zamin Cavabdeh2 qarşı əsas öhdəliyin icrası vaxtı (11 oktyabr 2014-cü il) çatdığı gündən bir il ərzində xx.xx.2015-ci il tarixədək iddia irəli sürmək hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürməmişdir. Məhkəmə, qeyd edilənlərin bilavasitə qanunun tələbindən, eləcə də tərəflər arasında bağlanmış müqavilə şərtlərindən irəli gəldiyini, qanunla və müqavilə şərtinə əsasən müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyini nəzərə alaraq belə qənaətə gəlir ki, zaminlik müqaviləsinə xitam verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin Cavabdeh2 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminlik müqaviləsinə xitam verilmiş və zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən cavabdeh zamin Cavabdeh2 qarşı irəli sürülən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi təmin olunmadığından, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-3/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-3/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver