Məhkəmə qərarları › İş №2(048)-307/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-307/2025

14.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-307/2025 14.04.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elburus oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı maddi ziyan tələbinə görə 1000 (min) manat dəymiş əlavə ziyana görə 1500 (min beş yüz) manat və məhkəməyə ödənilmiş rüsumun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavbdeh Cavabdeh İddiaçı məxsus əmlakı ələ keçirmək məqsədi ilə zərərçəkmişin etibarından sui-istifadə edərək cinayət törətməklə iddiaçının Unibank ASC-də girovda olan evini girovdan çıxaracağına söz verərək Xəzər rayon, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən 31 saylı Notariat Kontoru qarşısında 1000 (min) manat pulunu alaraq mənimsəmiş və bu günə qədər iddiaçıya pulu qaytarmamışdır. Cavabdeh törətdiyi əmələ görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(003)-339/2022 saylı hökmü ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı cavbdehin əməli sübuta yetrilmiş və faktın doğruluğu təsdiq olunmuş və maddi zərər zərərçəkmişə ödənilməmişdir. Beləliklə cavabdeh müxtəllüf vaxtlarda iddiaçını dəfələrlə aldadaraq ona vurduğu maddi ziyanı və iş üzrə dəymiş əlavə ziyanları tam ödəyəcəyini söz vermiş, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ümumilikdə bu günə qədər iddiaçıya 2700 manat maddi ziyan dəymişdir. İbtidai istintaq və məhkəmə iclaslarında iştirak etmə, yol xərcləri, bank faizləri ilə birlikdə cavabdeh 3000(üç min) manat maddi ziyan vurmuşdur.Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatın dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 1(003)-339/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə İddiaçı 2012-ci ildən "xxxx" ASC-de girovda olan sonuncuya məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 46 nömrəli evin girovdan çıxarılması məsələsində ona köməklik edəcəyini vəd verib aldadaraq Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 31 saylı notariat ofisinin qarşısında 1000 (min) manat pulunu alıb zərərçəkmiş şəxs İddiaçı maddi ziyan vurmaqla dələduzluq etmişdir.Bununla əlaqədar Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 5 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən X3 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 1 (bir) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 22 (iyirmi iki) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 2 (iki) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə o, qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəsasına məhkum edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə iş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 1(003)-339/2022 saylı hökmündən müəyyən olunmuşdur ki, Cavabdeh özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə İddiaçı 2012-ci ildən "xxxx" ASC-de girovda olan sonuncuya məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 46 nömrəli evin girovdan çıxarılması məsələsində ona köməklik edəcəyini vəd verib aldadaraq Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 31 saylı notariat ofisinin qarşısında 1000 (min) manat pulunu alıb zərərçəkmiş şəxs İddiaçı maddi ziyan vurmaqla dələduzluq etmiş, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 5 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən X3 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 1 (bir) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 22 (iyirmi iki) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 2 (iki) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə o, qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəsasına məhkum edilmişdir.X1 İddiaçı 1000 manat məbləğində maddi zərər vurmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 1(003)-339/2022 saylı hökmündən müəyyən olunmuş iddiaçıya dəymiş 1000 manat maddi zərər ödənilməlidir. Həmçinin məhkəmə iddiaçının 1500 (min beş yüz) manat dəymiş əlavə ziyan tələbinə gəldikdə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə bu barədə mötəbər sübutlar təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiası qismən təmin edilsin. Cavabdeh 1000 (min) manat məbləğində pul və ödənilmiş 46 (qırx altı) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar