Məhkəmə qərarları › İş №2(048)-313/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-313/2025

19.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-313/2025 19.06.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elburus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı Carbon Rent” MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Carbon Rent” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC– cavabdeh icarədar (icarəyə götürən) X1 "xxxx" MMC-nin xeyrinə 2000 (iki min) manat əsas maddi ziyanın, 1020 (min iyirmi) manat real zərərin, (əldən çıxmış fayda) 1500 ( min beş yüz) manat mənəvi ziyanın ümumilikdə 4520 (dörd min beş yüz iyirmi) manat ziyan və zərərin və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı rəsmi qeydiyyatdan keçərək, Rent A Car "xxxx" MMC kimi fəaliyyət göstərir.Bu xidmətlə əlaqədar olaraq mülkiyyətində olan Kia Optima markalı **-BS-*** qeydiyyat nişanlı, 2011-ci il buraxılışı avtomobili xx.xx.2024-cü il tarixli 41 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə, xx.xx.2024-cü il tarixli yol vərəqəsinə, 11..09.2024-cü il tarixli təhvil təslim aktina əsasən tam saz vəziyyətdə müştəri, icarəyə götürən Cavabdeh rəsmi icarəyə verilmişdir. O isə bütün sənətləri imzalamış, avtomobili istifadəsinə qəbul etmiş və sürüb getmişdir. Atomobilin icarə müddəti bitmiş Cavabdeh avtomobili müqavilədə qeyd olunan tələblərə uyğun olaraq şirkətə təhvil verməmiş və küçədə ataraq qaçmışdır. Avtomobilin yeri müəyyən edilərək tapılmış yoxlayarkən isə məlum olmuşdur ki, qeyd olunan avtomobil müştəri, Cavabdeh tərəfindən yararsız vəziyyətə salınmış, Carbon Rent MMC-yə küllü miqdarda 4000 (dörd min) manat civarında ziyan və zərər vurmuşdur. Müştəri qeyd olunan avtomobilin bütün alt hissəsini, kondisoner, karobka, paddon və yarasız vəziyyətə salmış, bir neçə ustaya, servisə müraciət etmis, lakin sonda təmir etdirmədən atıb qaçmışdır. Onunla əlaqə saxlanmış, Cəmiyyətə vurduğu ziyanı ödəməsi tələb edilmişdir. O əvvəlcə törətdiyi əməlləri, vurduğu ziyanı etiraf etmiş, ödəyəcəyini bildirmiş daha sonra isə qaçıb gizlənmişdir. Onu tapmaq va ziyanı ödətdirmək mümkün olmamışdır. Məcburiyyət qarşısında qalıb qanunla müəyyən edilmiş qaydada məsələnin məhkəmə qaydasında həll edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Carbon Rent” MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddiaya uyğun izahat verərərk məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, maşını 3 günlük İddiaçı MMC-dən kirayəyə götürmüş, maşına heç bir ziyan vurmamış, icarə müddəti bitəndən sonra maşını təhvil vermiş və maşını təhvil verərkən maşın saz vəziyyətdə olmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 4152 avtonəqiliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, 2011-ci il buraxlışlı, **-BS-*** qeydiyyat nişanlı Kia Optima markalı, avtomobil İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Zərər aktından görünür ki, Kia Optima markalı **-BS-*** qeydiyyat nişanlı, 2011-ci il buraxılışı avtomobilə 1834 manat məbləğində maddi nziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Republiksa "xxxx" MMC tərəfindən verilmiş 20 may 205-ci il tarixli 18/0512 nömrəli ekspert rəyindən görünür ki, Kia Optima markalı, avtomobildə dəyişdirilən və təmir edilmiş hissələr aid görülmüş işlərin (xidmətlərin) dəyəri xx.xx.2024-cü il tarixli Qüsur Aktında göstərilənlərə uyğundur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Rent A Car "xxxx" MMC mülkiyyətində olan Kia Optima markalı **-BS-*** qeydiyyat nişanlı, 2011-ci il buraxılışı avtomobili Cavabdeh icarəyə vermişdir.Cavabdeh icarı müqaviləsinin şərtlərini pozaraq Kia Optima markalı **-BS-*** qeydiyyat nişanlı, 2011-ci il buraxılışı avtomobili yararsız vəziyyətə gətirmişdir.Beləliklə cavabdeh iddiaçıya 1834 (min səkkiz yüz səksən dörd) manat maddi ziyan vurarmuşdur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin aşağıdakı müddəaları baxımından müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yarandığı üçün iddiaçının hazırki tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmən məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmən məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçı Carbon Rent” MMC-ə icarəyə götürdüyü Kia Optima markalı **-BS-*** qeydiyyat nişanlı, avtomobilə görə 1834 (min səkkiz yüz otuz dörd) manat maddi ziyan vurması məhkəmə iclasında tədqiq edilmiş sübutlar, o cümlədən iddiaçının nümayəndəsinin izahatında öz təsdiqini tapır. Odur ki, iddiaçı 1834 (min səkkiz yüz otuz dörd) manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin 1020 (min iyirmi) manat əldən çıxmış fayda və mənəvi ziyana görə 1500 ( min beş yüz) manat pulun tutulması hissəsinin gəldikdə isə belə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MM-nin 449.3 və 449.4-cü maddələrinə müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmçinin, həmin Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: 1.qanunsuz saxlama; 2.qaytarmaqdan boyun qaçırma; 3.ödənilməsini digər şəkildə gecikdirmə; 4.başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-nin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Göründüyü kimi qanunverici özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsini nəzərdə tutsa da, bunu sadalanan dörd hərəkət (hərəkətsizlik) nəticəsində borclunun müəyyən gəlir, artım, bəhər əldə etməsi ilə əlaqələndirmişdir. Halbuki, iddiaçı tərəfindən cavabdehin puldan faydalanmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1834 (min səkkiz yüz otuz dörd)manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 38.34 (otuz səkkiz manat 34 qəpik) tutularaq iddiaçı Carbon Rent” MMCna ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul cavabdehdən tutularaq Azərbaycan Republiksa "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1834 (min səkkiz yüz otuz dörd) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi 38.34 (otuz səkkiz manat 34 qəpik) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul cavabdehdən tutularaq Azərbaycan Republiksa "xxxx" MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar