Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-330/2023 23.06.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 Ferrum Kapital” MMC-nin xeyrinə 40022601 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1856.59 manat əsas borcun, 38.6 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0.40 manat dövlət rüsumu cavabdeh X1 alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin iddiasın onunla əsaslandırmışdır ki, OPTİMAL ELEKTRONİKA MMC ilə cavabdeh X4 arasında bağlanmış 40022601 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1937.59 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 24 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə OPTİMAL ELEKTRONİKA MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olan sazişə əsasən OPTİMAL ELEKTRONİKA MMC-nin X3 qarşı olan 1937.59 manat məbləğindəki tələb hüququ "xxxx" MMC-ə keçmişdir. "xxxx" MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir.Cavabdehin cəmi ödədiyi məbləğ 1856.59 manat təşkil edir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Kübra Əhmədova məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclası onların iştirakı olmadan keçirilib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsədə, o, məhkəmə iclasına gəlməmiş məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılıb iddianın rədd edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqviləsinə əsasən cavabdehlə OPTİMAL ELEKTRONİKA MMC arasında 24 ay müddətində 40022601 saylı müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, 40022601 saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh X2 xx.xx.2023cü il tarixə "xxxx" QSC-ə 1856.59 manat borcu vardır. İş materiallarına əlavə edilmiş OPTİMAL ELEKTRONİKA MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, OPTİMAL ELEKTRONİKA MMC ilə cavabdeh X4 arasında xx.xx.2022-ci il tarixli, 40022601 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.Sonradan müştəri müqavilə üzrə şifariş etdiyi məhsuldan imtina etmişdir.Nəticədə xx.xx.2022-ci il tarixli, 40022601 saylı alqı-satqı müqaviləsi ləğv edilmişdir. Hazırda cavabdeh X2 xx.xx.2022-ci il tarixli, 40022601 saylı alqı-satqı müqaviləsi üzrə OPTİMAL ELEKTRONİKA MMC sistemində 0 manat təşkil edir. Lerik Rayon Məhkəməsinin 10 may 2023-cü il tarxli 2(048)-362/2023 sayı qərardadına əsasən iş mahiyyəti üzrə iddia icraatı qaydasına keçirilmişdir. Məhkəmə iş üzrə toplanmış yazılı sübutlara, məcmu şəkildə və müqayisəli qaydada hüquqi qiymət verərək iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 217.2. maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasbətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1. maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 529.1. maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, OPTİMAL ELEKTRONİKA MMC tərəfindən təqdim olunmuş arayışdanda görünür ki, cavabdeh X2 xx.xx.2022-ci il tarixli, 40022601 saylı alqı-satqı müqaviləsi üzrə OPTİMAL ELEKTRONİKA MMC borcu yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 217.4, 88, 77 və 14.2-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: "xxxx" MMC -nin cavabdeh X3 qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddiası təmin edilməsin. "xxxx" MMC-nin iddia qaldırılması ilə bağlı ödədiyi 38.60 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-330/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-330/2023
23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver