Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-347/2025 22.05.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Lerik Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. müəyyənetdi: İddiaçı Bakı Şəhər Probasiya İdarəsi, Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğununun dəyəri 2277 manat 40 qəpik dəyərində vəsaitin alınıb Ədliyyə Nazirliyinin X*ndə müvafiq hesabına:X*, Kod 2*0005,VÖEN*40*5507*,MüxbirhesabAZ4*NABZ0*360*0000**********,VÖEN*300286***,B üdcə təsnifat kodu:*42*20, Büdcə səviyyəsinin kodu: 7 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhər Suraxanı rayon məhkəməsinin *(0*0)205/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respubilkası CM-nin *77.2.2 və *77.2.3-cü maddəsi ilə təqsirli bilinərək 0* il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası Bakı Probasiya İdarəsinə həvalə edilmiş,*4.09.2023-cü il tarixində böyük icra məmuru Nümayəndə məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində eıektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmiş,“Attenti” markalı bir ədəd mobil qurğu,bir ədəd mobil qurğunun enerji adaptoru,bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli və bir ədəd qolbağ məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və ba avadanlığları üzrəində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh ona tətbiq edilmiş elektron nəzarət vasitəsini yararsız vəziyyətə salmışdır. Bu barədə Cavabdeh yaşadığı ünvana bildiriş göndərilərək ona təhkim olunmuş,elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat pulu təqdim olunmuş müvafiq hesaba ödəmək təklif olunsa da, bu günə kimi həmin məbləğ müvafiq bank hesabına ödənilməmişdir. Belə olan halda Cavabdeh günahı ucbatından yəni ona təhkim olunmuş avadanlığa lazımınca məsuliyyətli davranmadığı üçün elektron nəzarət vasitəsinin dəyərini tələb etmək zəruriəti yaranmışdır. ”Evrodizayın” QSC-nin verdiyi maliyyə arayışına görə həmin avadanlığların dəyəri 2277.40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığına görə hazırki idda ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiətində qalmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in *85-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon məhkəməsinin *(0*0)205/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünun sürətindən görünür ki, Cavabdeh Azərbaycan Respubilkası CM-nin *77.2.2 və *77.2.3-cü maddəsi ilə təqsirli bilinərək 0* il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan arayış iltizam və protokolun sürətlərindən görünür ki, Cavabdeh “Attenti” markalı bir ədəd mobil qurğu,bir ədəd mobil qurğunun enerji adaptoru,bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli və bir ədəd qolbağ məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və ba avadanlığları üzrəində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ”Evrodizayın” QSC-nin verdiyi elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyin sürətindən görünür ki, Cavabdeh təhkim olunmuş, elektron nəzarət vasitəsi zərbə nəticəsində ana platasında anten pinləri qopmuş,təmiri mümkünsüzdür, istifadəyə tam yararsızdır, həmin avadanlığların dəyəri 2277.40 manat təşkil edir. İş materiallarında olan bildirişin sürətindən görünür ki, Cavabdeh təhkim olunmuş,elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat pulu təqdim olunmuş müvafiq hesaba ödəmək təklif olunsa da, bu günə kimi həmin məbləğ müvafiq bank hesabına ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2*-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 2*.2-ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 2*-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir.Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2* və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3* may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2*-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin *096.*-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarınıpozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin *097.*-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin ***5-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Qanunun mənasına görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır.Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır.Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərərin əvəzini tam həcmdə ödəməlidir. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, Cavabdeh quraşdırılaraq təhvil verilmiş,“Attenti” markalı bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adaptoru,bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli və bir ədəd qolbağ dəyəri olan 2277.40 manat pulu Cavabdehdan alınaraq Ədliyyə Nazirliyinin X*ndə müvafiq hesabına:X*,Kod2*0005,VÖEN*40*5507*,MüxbirhesabAZ4*NABZ0*360*0000**********,VÖ EN*300286***,Büdcə təsnifat kodu:*42*20, Büdcə səviyyəsinin kodu:7 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlətrüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (**9.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.*.*-ci və 9.*.*4 cü maddələrinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti (*.000 manatdan *0000 manatadək) 2277.40 manat olduqda dövlət rüsumunun qiyməti 42 manat 77 qəpik miqdarında müəyyənedilmişdir. Məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 42 manat 77 qəpik dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh bir ədəd Attenti” markalı mobil qurğu, bir ədəd mobil qurğunun enerji adaptoru,bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli və bir ədəd qolbağın dəyəri olan 2277.40 manat pulu Cavabdehdan alınaraq Ədliyyə Nazirliyinin X*ndə müvafiq hesabına:DövlətXəzinədarlıqAgentliyi,Kod2*0005,VÖEN*40*5507*,MüxbirhesabAZ4*NAB Z0*360*0000**********,VÖEN*300286***,Büdcə təsnifat kodu:*42*20, Büdcə səviyyəsinin kodu:7 ödənilməli, Cavabdeh 42 manat 77 qəpik dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in *4.2, 77.*, 77.2, 88 və 2*7.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **9, 2*6-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat pul alınaraq Ədliyyə Nazirliyinin X*ndə müvafiq hesabına: X*, Kod-2*0005VÖEN*40*5507*, Müxbirhesab AZ4*NABZ0*360*0000**********,VÖEN*300286***,Büdcə təsnifat kodu:*42*20, Büdcə səviyyəsinin kodu:7 ödənilsin. Cavabdeh 42 manat 77 qəpik dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №2(048)-347/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-347/2025
22.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver