Məhkəmə qərarları › İş №2(048)-354/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-354/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-354/2023 22.06.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh, İddiaçı vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulmas, tutmanın ipateka qoyulmuş əmlaka yönəldilməsinə, Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin ləğvi və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə müəyyən olunmuş 50000 (əlli min) manat məbləğində pulun cavabde Cavabdeh tutulması və Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 167.3kv/m olan fərdi yaşayış evinə və həmin ünavanda yerləşən ümumi sahəsi 0.025 kv/m olan torpaq sahəsinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və həmin satışdan əldə olunmuş pul vəsaiti hesabına borcun ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı qaldırdığı “xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə müəyyən edilən 50.000 (əlli min) manat pulun tutulması və oan məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 167.3 kv metr olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.025 kv metr olan torpaq sahəsinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və həmin satışdan əldə olunmuş pul vəsaiti hesabına borcun ona ödənilməsi” tələbinin rədd edilməsi və 12 oktyabr 2021-ci il tarixli Kredit müqaviləsi və İpoteka müqaviləsinin ləğv edilməsi və 100 manat dövlət rüsumunun İddiaçı alınıb ona verilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. iddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, onunla Cavabdeh arasında 12 oktyabr 2021-ci il tarixində kredit müqaviləsi bağlanmışdır.Aralarında bağlanmış kredit müqaviləsi notarial qaydada təsdiqlənmişdir.Müqavilənin birinci bəndinə əsasən o, Cavabdeh 50000 (əlli min) manat məbləğində pul borc vermişdir.Həmin müqavilənin ikinci bəndinə əsasən sözü gedən borc məbləği xx.xx.2022-ci il tarixinə qədər tam olaraq ona qaytarılmalı idi.12 oktyabr2021-ci il tarixində Cavabdeh ilə onun arasında ipoteka müqaviləsi bağlanaraq xx.xx.2021-ci il tarixində aralarında bağlanmış 3M/1663 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasını təmin etmək məqsədi ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 167.3 kv metr olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.025 kv metr olan torpaq sahəsinin tam mülkiyyəti üzrə ipoteka edilmişdir. Lakin bu qədər müddət keçməsinə baxmayaraq cavabdeh ondan aldığı pulu geri qaytarmır.Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh qarşlıqlı iddia tələbin onunla əsaslandırmışdır ki, İlkin İddiaçı ona qarşı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə müəyyən edilən 50.000 (əlli min) manat pul tutulması və ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 167.3 kv metr olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.025 kv metr olan torpaq sahəsinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və həmin satışdan əldə olunmuş pul vəsaiti hesabına borcun ona ödənilməsi tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir. X5 Bakı şəhərində mollalıqla məşğul olmuşdur. O, tanışı İddiaçı ilə görüşüb ondan ayrı-ayrı vaxtlarda ümumilikdə 20.000 manat məbləğində borc almışdır. Oğlu Araz və İddiaçı şərikli bizneslə məşğul olmaq barədə öz aralarında razılığa gəlmişlər. Sonradan oğlu Araz törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuş və ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası vermişlər. Oğlu Arazın cinayət işi məhkəmədə olan vaxt Anar onunla əlaqə saxlayaraq oğlu Arazın ona 20000 manat borcu olduğunu demişdir. Borcu verilmədiyi halda Araz barədə o, da şikayət edəcəyini demişdir. O, məcbur olub onunla razılaşmışdır ki, həmin borcu özü ödəyəcək. İddiaçı onunla belə bir şərtlə razılaşmışdır ki, notariusda kredit müqaviləsi bağlanılaısın. O, da onunla razılaşaraq Bakı şəhəri 11 saylı notariat ofisinə getmişdir. Orada İddiaçı ona 20000 manat borclu olduğu barədə sənədlərə imza etmişdir. Ancaq həmin vaxt sıxıntı içiərisində olduğundan hansı sənədləri imzaladığını bilməmişdir. Sonradan məhkəmə bildirşi ünvanına gələndən sonra ona bəlli olmuşdur ki, həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 167.3 kv metr olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.025 kv metr olan torpaq sahəsini ipoteka yüklü etmişlər. Notariusda İddiaçı kiminləsə razıllığa gələrək sözügedən 20000 manat pulu bankın depozit hesabına qoyur və sonra da həmin məbləği həmin şəxs geri götürmüşdür. Kredit müqaviləsində göstərilən pul məbləğini ümumiyyətlə almamışdır. Əslində kredit müqaviləsi və ipoteka müqaviləsi yalançı borcun qaytarılmasının təminatı kimi formal xarakter daşıyaraq rəsmiləşdirilmişdir. Əslində oğlu Araz -İddiaçı arasında 20.000 manat borc münasibətləri mövcud olmuşdur. Kredit və İpoteka müqaviləsi isə oğlu Araz və İddiaçı arasında 20.000 manat borc müqaviləsini pərdələmək və onun icrasını təmin etmək məqsədilə bağlanmışdır. Kredit verən yalan əqd bağlamaqla 20.000 manatı tanışı və yaxud da bank işçisindən alaraq notariusun depozit hesabına qoyaraq sonrada həmin şəsxin özünə geri qaytarmşdır. Göründüyü kimi o, İddiaçıla kredit müqaviləsi bağlayarkən ona bildirmişdir ki, borcu ödəməzəs və ya onunla müqavilə bağlamzsa oğlu Araz haqqında şikayət etdiyi halda oğlunun cəzasının daha da çox artdıracaqdır. Ona görə də məcbur İddiaçıla müqavilə bağlamışdır. Lakin müqavilədə hansı məbləğdə kredit yazılmasını, həmçinin evinin girov qoyulmasını bilməmişdir. Hazırda İddiaçı ona qarşı iddia qaldıranda ona məlum oldu ki, iddiaçı 50.000 manat pul və borcun ödənilməsini təminatı kimi evini ondan istəyir. Buna baxmayaraq o, hazıra kimi iddiaçıya 20000 (iyirmi min) manat borcu tam olaraq ödəmişdir. İddiaçının İddiaçı məhkəmə zamanı iddianı müdafiə edərək, iddanın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı ilə yalançı əqd bağlamağa məcbur olmuşdur.Onun iddiaçıya heç bir borcu qalmayıb.İddiaçıya olan borcunu tam ödəmişdir.Bunu onda olan ödəniş qəbzləri ilə də sübuta yetirə bilər.Bütün bunları nəzrə alaraq məhkəmədən qarşlıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlklə qarşlıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 12 oktyabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Hüseynov X2 Anar Ənvər oğlundan 50000 (əlli min) manat pul alaraq həmin pulu xx.xx.2022-ci il tarixə dək qaytarmasın öz öhdəsinə götürmüşdür. Belə ki, iş materiallarına əlavə edilmiş12 oktyabr 2021-ci il tarixində 3M/1663 reyster nömrəsi ilə təsdiq olunan kredit müqaviləsindən görünür ki, Cavabdeh və Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 167.3 kv metr olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.025 kv metr olan torpaq sahəsini ipoteka yüklü edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 20 oktyabr 2021-ci il tarixli əlyazmanın sürətindən görünür ki, Hüseynov X4 Anar Ənvər oğluna 21 oktyabr 2021-ci il tarixdə saat 15:40 radələrində 50000 (əlli min) manat borcundan 5 (beş min) manatını qaytarmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərpoçt MMC tərəfindən verilmiş ödəniş qəbzlərin sürətindən görünür ki, Hüseynov X4 Anar Ənvər oğluna 10000 (on min) manat məbləğində pul ödəniş etmişdir. Göründüyü kimi Cavabdeh kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə ödənilməli olan borcu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qeyd olunan Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutlmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərə vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir., kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fizki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcələnin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə Təsbit edilmiş öhdəlik hüququnun nomaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməmsində ifadə olunur. Öhdəliyin lazmınca icra edilməməsi isə MM-nin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pzoulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Eyni Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra eilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı “İddiaçı aldığı kredit üzrə borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə eyni zamanda iddia tələbinin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 12 oktyabr 2021-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 167.3 kv metr olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.025 kv metr olan torpaq sahəsi ipateka qoyulmuş, ipateka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı girovu kimi müvafiq icra hakimyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 59.3.1-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. 59.4-cü maddəsinin tələbinə əsasən, bu Qanununun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh məxsus, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 167.3 kv metr olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.025 kv metr olan torpaq sahəsi borclu Cavabdeh kredit borcunun təminatı olduğundan, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini tələb etməkdə haqlıdır. Ona görə də tələb ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməli, həmin əmlak açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına kredit borcu ödənilməli, evə tutma yönəldikdən və ev satıldıqdan sonra orada yaşayan şəxslər 1 (bir) ay müddətində həmin evdən çıxarılmalıdırlar. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Arərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixdə 003152 nömrəli X9 vəsiqəsi verilmişdir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda, məhkəmə hesab edir ki, qarşlıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat Cavabdeh özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məluma olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, 12 oktyabr 2021-ci il tarixli saylı kredit müqaviləsinə əsasən Cavabdeh 29600 manat məbləğində pul tutularaq İddiaçı verilməli, həmin pul ödənilmədiyi təqdirdə Cavabdeh məxsus ünvan 3 unvanında yerləşən ümumi sahəsi 167.3 kv/m oaln fərdi yaşayış evinə və həmin ünvanda yerləşən ümumi sahəsi 0.025 kv/m olan torpaq sahəsinə yönəldilməli, əmlak açıq hərracada satılaraq və həmin satışdan əldə olunmuş pul vəsaiti hesabına borc ödəniməlidir Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlkin İddia qismən təmin edilsin. 12 oktyabr 2021-ci il tarixli saylı kredit müqaviləsinə əsasən Cavabdeh 29600 manat məbləğində pul tutularaq İddiaçı verilsin. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 167.3 kv/m oaln fərdi yaşayış evinə və həmin ünvanda yerləşən ümumi sahəsi 0.025 kv/m olan torpaq sahəsinə yönəldilsin, əmlak açıq hərracada satılaraq və həmin satışdan əldə olunmuş pul vəsaiti hesabına borc ödənilsin. Qeyd olunan əmlak açıq hərracda satılaraq satışdan əldə ediləcək vəsait hesabına borc ödənilsin. Qarşlıqlı iddia rədd edilsin. Cavabdeh İddiaçə İddiaçı qarşı qaldırdığı “xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə müəyyən edilən 50.000 (əlli min) manat pulun tutulması və oan məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 167.3 kv metr olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.025 kv metr olan torpaq sahəsinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, həmin satışdan əldə olunmuş pul vəsaiti hesabına borcun ona ödənilməsi” və 12 oktyabr 2021-ci il tarixli Kredit müqaviləsi və İpoteka müqaviləsinin ləğv edilməsi tələbi əsassız olduğundan təmin edilməsin. Cavabdeh tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar