Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-36/2024 20.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ona vurduqları dəyəri 5.500 (beş min beş yüz) manat olan 6x4-metrlik tövlənin, dəyəri 4.000 (dörd min) manat olan 2x3-metrlik hamam və soyunma otağı, dəyəri 2.500 (iki min beş yüz) manat olan 3x3-metrlik təndir və dəyəri 700 (yeddi yüz) manat olan ayaq yolunun sökərək ona ümumilikdə 12.700 (on iki min yeddi yüz) manat maddi ziyana görə və bu müddət ərzində ona mənəvi ziyan vurduqlarına görə 5.000 (beş min) manat olmaqla cəmi 17.700 (on yeddi min yeddi yüz) manat pulun və ödənilmiş dövlət rüsumu alınaraq ona birdəfəlik ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 onun doğma qardaşı, Cavabdeh1 isə Vaqifin həyat yoldaşıdır. Bu cavabdehlər artıq 5-ildir ki, onun bütün əsəblərini, maddi vəziyyətini tükədiblər. Belə ki, o, Bakı şəhərində olmağından istifadə edən cavabdehlər, onun göstərdiyi ünvanda yerləşən evini və həyət-bacasını pis günə qoymuşlar. Torpağını zəbt edib orada olan hasarı, həyətindəki tikintiləri sökərək dağıtmışlar.O, dəfələrlə rayon və apeliyasiya məhkəmələrində iddialar qaldırmış və əksər halda onun qanuni tələbi təmin olunmuşdur.Cavabdehlər hal-hazırda da onunla düşmənçilik edir və onunla hər hansı bir yolla mübahisə etmələrini istəyirlər.O, belə qanunsuzluqlara qarşıdır. Ona görədə bunun qanuni yolla həllini istəyir. Cavabdehlər onun şəxsi həyətində tikdiyi mişar daşından olan dəyəri 5.500-manat olan 6x4-metrlik tövləni, dəyəri 4.000-manat olan 2x3-metr olan hamam və soyunma yeri, dəyəri 2.500-manat olan 3x3-metrlik təndir otağı və dəyəri təqribən 700-manat olan ayaq yolunu sökərək ona küllü miqdarda maddi ziyan vurumuşlarr. Bundan başqa hər bir şər-böhtanla ondan əsassız şikayətlər edərək, onu qohum-əqraba yanında biabır edib və onun dəfələrlə təcili yardıma düşməyinə, mənəvi əzab çəkməyinə səbəbkar olmuşlar. Bütün bunları nəzərə alaraq məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı ona şər böhtan atır belə ki, o, iddiaçının həyətində olan heç bir tikilini sökməmişdir. İddiaçının ona və həyat yoldaşına qarşı maddi və mənəvi ziyan tələbi əsassızdır. Ona görə də iddiaçının iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı Cavabdeh2 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə tərəfləri tərəfləri dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi cavabdehlərin təqsiri üzündən ona maddi və mənəvi ziyan dəyməsini sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin qeyd etdiyi kimi cavabdehlərin ona maddi və mənəvi ziyanın vurması ilə bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarının 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Eyni qərarın 11-ci bəndində göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Məhkəmə iddiaçının iddia tələbinin cavabdehlərdən mənəvi zərərə görə xeyrinə 5000 manat tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı öz tələbində cavabdehlərin qeyd olunan hərəkətlərindən sonra sarsıntılar keçirməsini pul xərcləməsini və bunun da nəticəsində ona mənəvi zərər vurulmasını göstərsə də, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-36-və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-36/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-36/2024
20.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver