Məhkəmə qərarları › İş №2(048)-372/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-372/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-372/2024 20.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Zəkiyev Vüsal Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı oğunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ödəməli olduğu 3000 manat əsas borcun və 50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə öz adına olan ZİL-131 markalı,**-VX-*** dövlət qeydiyyat nişamlı avtomobili 1 illik etibarnamə ilə idarə etməyə vermişdir.xx.xx.2022-ci il tarixdə ZİL-131 markalı,**-VX-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə etməyə vermis və bu etibarnamə xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür.Mülkiyyətində olan ZİL-131 markalı,**-VX-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdeh tərəfindən müddəti bitmiş etibarnamə ilə idarə edilməsi zamanı yol hərəkəti qaydaları əlehinə olan inzibatı xətalar törədilməsinə görə inzibati cərimələr yazılmış və iddiaçı həmin cərimələri ödəmişdir.Cavabdeh maşını 1 illiyinə sürməyə alarkən 3000 manat pulu hələ də verməmişdir.İddiaçı Cavabdeh pritenziya qaydasında xx.xx.2024-cü il tarixdə Azərpoçt vasıtəsi ilə məktub göndərərk qeyd etmişdir ki, 10 gün müddətində ona olan 3000 manat borcunu qaytarsın. xx.xx.2023-cü il tarixdə BDYPİ-nə göndərilmiş məktuba əsasən idiaçıya məxsus ZİL MMZ 4502 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması barədə qərar qəbul olunmuşdur. Beləliklə Cavabdeh nə 3000 manat borcu ,nə də iddiaçıya məxsus avtomobili geri qaytarmamışdır. Məhkəmə iclası zamanı İddiaçı oğu iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh məhkəməyə teleqramla müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xaiş etmişdir. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 12012 saylı qəbzdən görünür ki, iddiaçı məhkəməyə 50 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş BDYPİ – tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13- 16/2M-97160 saylı qərardan görünür ki, İddiaçı məxsus ZİL MMZ 4502 ,**-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul olumuşdur. İş materiallarına əlavə edilmiş, “Elektron notariat” X1 çıxarışdan görünür ki,Şamaxı regional ASAN xidmət mərkəzində notariat ofisində bağlanan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək İddiaçı özünə məxsus ZİL MMZ 4502 ,**-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ehtibarnamə əsasinda Cavabdeh vermişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasını Daxili işlər naziliyi tərəfindən verilmiş yaşayış yeri haqqında verilmiş ******* saylı arayışdan görünür ki, İddiaçı Şamaxı şəhər Həmyəli kəndində qeydiyyatydadır. Məhkəmə iddiaçını dinləyib iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi cavabdehə 3000 manat məbləğində pulun ona verilməsini sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdehin 3000 manat məbləğində pulun ona verilməsi ilə bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı oğunun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı oğunun Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Ap ellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar