Məhkəmə qərarları › İş №2(048)-384/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-384/2025

24.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-384/2025 24.07.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1930,16 (min doqquz yüz otuz manat on altı qəpik) manat pulun və mediasiya üçün ödənilmiş 60 (altmış) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və tərəflər arasında “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli 329 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması ilə) bəndinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC-nin OBA Mərdəkan 2 mağazasında çalışdığı zaman xx.xx.2022-ci il tarixində aparılmış inventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 3412,79 manat zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair aktda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda "xxxx" MMC-yə ümumilikdə 1930,16 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş hayata keçirilməmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı MMC 1930,16 manat borc pulu və 60 manat mediasiya rüsumunu ondan tələb etmişdir. Belə ki, o, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə əsasən “satıcı- kassir” vəzifəsinə işə qəbul olmuş, xx.xx.2023-cü il tarixdə şirkət tərəfindən “adminstrator” vəzəifəsinə keçirilmişdir. İddiaçı MMC-nin “Oba Mərdəkan 2” mağazasında “adminstrator” vəzifəsində işlədiyi dövrdə qeyd olunan mağazanın digər işçiləri mağazadan mütəmadi olaraq oğurluq etməyə başlamış, o bu bardə rəhbərliyə məlumat vermiş və ona polisə müraciət etməyi bildirilmişdir. Beləliklə o, Daxili İşlər Nazirliyinin “102” çağrı mərkəzi vasitəsilə polisə şikayət etmiş, Xəzər rayonu 1-ci Polis şöbəsinin əməkdaşları mağazaya yaxınlaşmış və qeydə alınan videogörüntüləri əldə etdikdən sonra həmin oğurluq edənin mağazada satıcıkassir vəzifəsində çalışan Amil adlı şəxsin olması aşkarlanmışdır. O, həmin videogörüntülər özündə saxlamış, dəfələrlə polis şöbəsinə həmin şəxsin barəsində görülmüş tədbirlərin nəticəsi ilə marağlansa da, polis şöbəsindən əvvəllər ona şikayətini geri çəkməyi bildirilmiş, sonradan bu barədə heç bir məlumat əldə edə bilməmişdir. Bu səbəbdən qeyd olunan borc məbləğini iddiaçının ondan tələb etməsini əsassız hesab edir. Lerik Rayon Məhkəməsinin 2(048)-384/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin qismən təmin edilməsini xahiş etmiş, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini qismən müdafiə edərək, iddia tələbinin məzmununa uyğun izahat verərək izahatında bildirmişdir ki, Cavabdeh İddiaçı MMC-nin mağazasında işlədiyi dövrdə 300 (üç yüz) manat məbləğində oğurluq faktının olması öz təsdiqi tapmışdır. Bu hal həmçinin Xəzər RPİ-nin 1-ci PŞ-də aparılmış araşdırma zamanı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da öz əksini tapmışdır. Bu hal şirkətə bildirildikdən sonra şirkət tərəfindən cavabdehin borcundan 300 (üç yüz) manatın silinməsinə etiraz olunmamışdır. Odur ki, iddianın qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli, 70 saylı əmrindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən etibarən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə Satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli, 24 saylı əmrindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən etibarən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə administrator vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan “X2” haqqında müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli iltizamnamə və inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, Cavabdeh sayımda tam olaraq iştirak etmiş, sayım qaydalara uyğun olaraq keçmiş, mağazada sayılan miqdarlar yoxlanılmış, tapılan səhvlərə sistem üzərindən düzəliş olunmuş, sayım əməkdaşlarından heç bir narazılığı olmamış və yazılanları imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli, 329 saylı əmrindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdən Cavabdeh əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “İmtina aktı”ndan görünür ki, İddiaçı MMC-nin Oba – Mərdəkan 2 mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2022-ci il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamış və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (3412.78 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC-də çalışdığı Oba- Mərdəkan 2 mağazasında xx.xx.2022-ci il tarixdə keçirilmiş inventarizasiya yoxlamasının (Təhvil-təslim) nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrini imzalaması ilə bağlı Daxili Nəzarət Departamentinə yaxınlaşması xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin sabiq adminstratoru, Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə 13 iyun 2023-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2022-ci il tarixində 3412,79 (üç min dörd yüz on iki manat yetmiş doqquz qəpik) AZN çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 1930,16 (min doqquz yüz otuz manat on altı qəpik) manat borcu qalmışdır. Beləliklə, Cavabdeh 13 iyun 2023-cü il tarixinə “OBA Market" MMC-yə olan ümumi borcu 1930,16 (min doqquz yüz otuz manat on altı qəpik) manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin Daxili Nəzarət Departamentinin Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC-də işlədiyi dövrdə müxtəlif tarixlərdə fəaliyyəti yoxlanılmış və 1930,16 (min doqquz yüz otuz manat on altı qəpik) manat əskik gəlmə aşkar edilmişdir. Vəzifə təlimatına, eləcə də, İddiaçı MMC ilə bağlamış olduğu maddi məsuliyyət müqaviləsinə əsasən işçi ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatı aparmalıdır. 3 gün müddətində qeyd olunan borcun ödənilməsinin təmin edilməsi, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna əsasən Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 iyun 2022-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma ilə cinayət işinin başlanması rədd edilmiş və X1 barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə inzibati icraatın açılması qərara alınmışdır. Həmin qərarın təsviri hissəsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən “Oba” marketin adminstratoru Cavabdeh Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzinə müraciət edərək bildirmişdir ki, xx.xx.20202-ci il tarixdə mağazada gedən yoxlamaların nəticəsində ona məlum olmuşdur ki, müdri işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən “Oba” marketin satıcısı Amil Quliyev may ayının 26-dan xx.xx.2022-ci il tarixdədək iş vaxtı müxtəlif vaxtlarda icazəsiz olaraq mağazadan 200-300 manat dəyərində ərzaq mallarını oğurlamışdır. Beləliklə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən “Oba” marketin adminstratoru Cavabdeh müraciəti əsasında aparılmış araşdırma zamanı oğurluq nəticəsində mağazaya ümumilikdə təxminən 300 (üç yüz) manat dəyərində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən satıcı-kassir, xx.xx.2022-ci il tarixdə administrator vəzifəsinə işə qəbul edilmiş, işə qəbul edilərkən onunla X2 haqqında müqavilə imzalanmış, xx.xx.2022-ci il tarixdə işlədiyi Oba – Mərdəkan 2 mağazasında inventarizasiya yoxlaması keçirilən zaman 3412,79 (üç min dörd yüz on iki manat yetmiş doqquz qəpik) manat çatışmazlıq müəyyən edilmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 1930,16 (min doqquz yüz otuz manat on altı qəpik) manat borcu qalmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Cavabdeh müdri işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən “Oba” marketdə oğurluq hadisəsi ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzinə müraciət etmiş və müraciəti əsasında aparılmış araşdırma zamanı oğurluq nəticəsində mağazaya ümumilikdə təxminən 300 (üç yüz) manat dəyərində maddi ziyan dəydiyi müəyyən edilmişdir. İşin materiallarından görünür ki, Cavabdeh işə qəbul edilərkən onunla X2 haqqında müqavilə imzalanmışdır. Məhkəmə hazırki iş üzrə tərəflər arasında yaranmış maddi ziyanın ödənilməsi hissəsində mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (maddə 21.3.). Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. -194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. -199-cu maddəsinin a) bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. -200-ci maddəsinə əsasən, 1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X2 daşıması barədə yazılı müqavilə bağlaya bilər. 2. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla X2 barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. 3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən X2 barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. 4. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. 5. X2 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. - 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. - 205.2-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən X2 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Göstərilənlərə əsasən məhkəmə vurulmuş zərərlə bağlı iddiaçı tərəfin təqdim etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, göstərilənlərə əsasən iddiaçıya vurulmuş maddi ziyanın Cavabdeh tutulmasını qanuni və əsaslı hesab edir. Məhkəmə vurulmuş ziyanın məbləği ilə bağlı qeyd edir ki, İddiaçı MMC iddia tələbində MMC-yə 1930,16 (min doqquz yüz otuz manat on altı qəpik) manat məbləğində ziyanın dəydiyini bidirsə də, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 iyun 2022-ci il tarixli qərardan görünür ki, İddiaçıin adminstratoru Cavabdeh müraciəti əsasında aparılmış araşdırma zamanı oğurluq nəticəsində mağazaya 300 (üç yüz) manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəmə, göstərilənlərə əsasən iddiaçıya vurulmuş 1630,16 (min altı yüz otuz manat on altı qəpik) manat məbləğində maddi ziyanın Cavabdeh tutulmasını qanuni və əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1630,16 (min altı yüz otuz manat on altı qəpik) manat məbləğində pul və 60 (altmış) manat məhkəmə xərci (mediasiya xərci) tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1630,16 (min altı yüz otuz manat on altı qəpik) manat məbləğində pul və 60 (altmış) manat məhkəmə xərci (mediasiya xərci) tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar