Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-398/2023 31.07.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********86072 olan Samsung Galaxy A12 markalı telefon üçün 408 manat ödənilməmiş hissə, 40 manat dəbbə və 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə, Cavabdeh arasında xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********86072 Samsung Galaxy A12 markalı telefon almış və nəticədə 448 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 408 (12ayx34manat+0 manat ilkin ödəniş) manat olan İMEİ kodu **********86072 olan Samsung galaxy A12 markalı telefon üçün ümumilikdə ümumilikdə 448 manat olmaqla ondan 408 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu tələb olunur. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Bu günə kimi cavabdehə edilmiş müraciətlərə baxmayaraq heç bir nəticə verməmiş və cavabdeh müqavilənin şərtlərini pozmuşdur.Yuxarıda qeyd olunanlardan göründüyü kimi cavabdeh müqavilə şərtlərinə əməl etməməklə müqavilənin şərtlərini bilərəkdən pozmuşdur. İddiaçı "xxxx" MMC-nin Nümayəndə teleqramla məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş ərizədən görünür ki, cavabdeh borc tələbi ilə razı olmayaraq işin mahiyəti üzrə iddia icraatı qaydasına keçirilməsini xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 18 may 2023-cü il tarixli 2(048)-398/2023 saylı qərardaddan görünür ki, iş mahiyyəti üzrə iddia icraatı qaydasına keçirilmişdir. Məhkəmə iş materiallarını və işin faktiki hallarını hər tərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi Cavabdeh iddiaçı "xxxx" MMC qarşısında üzərinə götürdüyü öhdəliyi vicdanlılığın tələb etdiyi tərzdə, yəni işgüzar adətlər üzrə şərtləşdirilmiş vaxtda lazımi şəkildə icra etməyərək nisyə aldığı əşyaların pulunu razılaşdıqları vaxtda iddiaçıya ödəməmişdir. Məhkəm cavabdehin heç bir yerdə işləmədiyini nəzərə alaraq ondan tələb olunan dəbbə pulunun 4 manat həddinədək azaldılmasını məqsədəmüvafiq hesab edir. Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********86072 olan Samsung Galaxy A12 markalı telefon üçün 408 manat ödənilməmiş hissə, 4 manat dəbbə pulu olmaqla cəmi ümumilikdə 412 manat pul və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********86072 olan Samsung Galaxy A12 markalı telefon üçün 408 manat ödənilməmiş hissə, 4 manat dəbbə pulu olmaqla cəmi ümumilikdə 412 manat pul və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-398/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-398/2023
31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver