Məhkəmə qərarları › İş №2(048)-4/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-4/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-4/2025 13.02.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə iddia ərizəsi ilə xx.xx.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 2325 (iki min üç yüz iyirmi beş) manat əsas borc, 290,63 (iki yüz doxsan manat altmış üç qəpik) manat faiz borcu və 50 (əlli) manat cərimə olmaqla, ümumilikdə 2665,63 (iki min altı yüz altmış beş manat altmış üç qəpik) manat məbləğində borcun və 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Lənkəran” filialı ilə Lənkəran şəhər sakini Cavabdeh1 arasında 28 mart 2013-cü il tarixində 2630 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 illik 30 (otuz) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2325 (iki min üç yüz iyirmi beş) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını vaxtında təmin etmək məqsədilə bank tələbinə əsasən Cavabdeh1 bir nəfər şəxs, hazırda iş üzrə digər Cavabdeh2 zamin qalaraq həmin şəxslə də zaminlik müqaviləsi bağlanmışdır. Borclu şəxs, hazırkı iş üzrə Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini ödəniş cədvəlinə uyğun icra etməmiş, ödənişdən yayınmışdır. Bunun nəticəsində cavabdehin banka 2630 saylı kredit müqaviləsinə əsasən 2325 (iki min üç yüz iyirmi beş) manat əsas borc, 290,63 (iki yüz doxsan manat altmış üç qəpik) manat faiz borcu və 50 (əlli) manat cərimə olmaqla, ümumilikdə 2665,63 (iki min altı yüz altmış beş manat altmış üç qəpik) manat borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən X1 və ona zamin duran şəxs Cavabdeh2 dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq yenə də qeyd olunan kredit müqavilələrinin şərtləri cavabdehlər tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Odur ki, cavabdehlər tərəfindən öhdəliklərin icrasının məhkəmə qaydasında təmin olunmasını məqsədəmüvafiq hesab edirlər. Lerik Rayon Məhkəməsinin 2(048)-1556/2016 saylı, 01 dekabr 2016-cı il tarixli qərardadına əsasən Cavabdeh1 hüquq varisi müəyyən edilənədək İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə icraat dayandırılmışdır. Lerik Rayon Məhkəməsinin 2(048)-2/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin “Lənkəran” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28 mart 2013-cü il tarixli, 2630/2 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh1 illik 30 (otuz) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2325 (iki min üç yüz iyirmi beş) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin “Lənkəran” filialı ilə Cavabdeh2 arasında bağlanmış 28 mart 2014-cü il tarixli, 2630/2/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 28 mart 2013-cü il tarixli, 2630/2 nömrəli kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə olan 2325 (iki min üç yüz iyirmi beş) manat əsas borc, 290,63 (iki yüz doxsan manat altmış üç qəpik) manat faiz borcu və 50 (əlli) manat cərimə olmaqla, ümumilikdə 2665,63 (iki min altı yüz altmış beş manat altmış üç qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı Zaminbank” ASC-nin tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2016-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bank cavabdehdən 2665,63 manat vəsaiti 5 iş günü müddətində Banka ödəməklə kredit müqaviləsini ləğv etməyi təklif etmiş, əks təqdirdə borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan iddiaçı Zaminbank” ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2016-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bank cavabdehdən 2665,63 manat vəsaiti 5 iş günü müddətində Banka ödəməklə kredit müqaviləsini ləğv etməyi təklif etmiş, əks təqdirdə borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan Lerik rayon Piran kənd Ərazi İcra nümayəndəliyi tərəfindən verilən xx.xx.2014-cü il tarixli, AZ-İ seriyalı, 658177 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Republikası Ədliyyə Nazirliyi Lerik Rayon Dövlət Notariat Ofisi tərəfindən məhkəməyə ünvanlanmış 14 yanvar 2025-ci il tarixli, 14 saylı məktubundan görünür ki, Cavabdeh1 adına vərəsəlik işi açılmamış və vərəsə dairəsi müəyyən edilməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin “Lənkəran” filialı ilə Cavabdeh1 arasında 28 mart 2013-cü il tarixdə 2630/2 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 illik 30 (otuz) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2325 (iki min üç yüz iyirmi beş) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını vaxtında təmin etmək məqsədilə Cavabdeh2 ilə 28 mart 2014-cü il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Borclu şəxs, hazırkı iş üzrə Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini ödəniş cədvəlinə uyğun icra etməmişdir. Bunun nəticəsində cavabdehin banka 2630 saylı kredit müqaviləsinə əsasən 2325 (iki min üç yüz iyirmi beş) manat əsas borc, 290,63 (iki yüz doxsan manat altmış üç qəpik) manat faiz borcu və 50 (əlli) manat cərimə olmaqla, ümumilikdə 2665,63 (iki min altı yüz altmış beş manat altmış üç qəpik) manat məbləğində borcu yaranmışdır. Həmçinin müəyyən edilmişdir ki, borclu Cavabdeh1 xx.xx.2014-cü il tarixdə vəfat etmiş və onun adına vərəsəlik işi açılmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin “Lənkəran” filialı ilə Cavabdeh1 arasında bağlanmış arasında 28 mart 2013-cü il tarixində 2630 saylı kredit müqaviləsinə əsasən bank borcluya 24 ay müddətinə, illik 30% hesablanmaqla 2325 (iki min üç yüz iyirmi beş) manat məbləğində kredit vermiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi Cavabdeh1 İddiaçı ASC iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2014-cü il tarixdə vəfat etmişdir və bu hal iddiaçıya məlum olduğundan ölmüş şəxsə qarşı məhkəmədə iddia qaldırmaq isə yolverilməz olduğundan Lerik Rayon Məhkəməsinin 2(048)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraata Cavabdeh1 aid hissədə xitam verilmişdir. Məhkəmə, iddia tələbi üzrə borc məbləğinin zamin Cavabdeh2 tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməsi hissəsinə qiymət verərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, Cavabdeh2 ilə bağlanılmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən Bankla Borcalan arasında bağlanmış 28 mart 2013-cü il tarixli 2630/2 №-li kredit müqaviləsi üzrə Cavabdeh1 Bank qarşısında öhdəliklərini icea etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Belə ki, Cavabdeh1 28 mart 2013-cü il tarixli, 2630/2 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının son tarixi 28 mart 2015-ci il kimi müəyyənləşdirilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı 28 mart 2013-cü il tarixli, 2630/2 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün zamin Cavabdeh2 qarşı əsas öhdəliyin icrası vaxtı (28 mart 2015-ci il) çatdığı gündən bir il ərzində - 28 mart 2016-cı il tarixədək iddia irəli sürmək hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürməmişdir. Məhkəmə, qeyd edilənlərin bilavasitə qanunun tələbindən, eləcə də tərəflər arasında bağlanmış müqavilə şərtlərindən irəli gəldiyini, qanunla və müqavilə şərtinə əsasən müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyini nəzərə alaraq belə qənaətə gəlir ki, zaminlik müqaviləsinə xitam verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin Cavabdeh2 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminlik müqaviləsinə xitam verilmiş və zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən cavabdeh zamin Cavabdeh2 qarşı irəli sürülən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi təmin olunmadığından, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar