Məhkəmə qərarları › İş №2(048)-413/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-413/2023

31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-413/2023 31.07.2023 LERİK RAYON MƏHKƏMƏSİ X7 Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı 19036 manat pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 19036 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı il tarixdə həmkəndlisi X2 ilə ailə həyatıqurmuşdur.Birgə nikahlarından 2017-ci il tarixdə Məryəm və 2019-cu il tarixdə Məhəmməd adlı uşaqları dünyaya gəlmişdir.X10 03 oktyabr 2020-ci il tarixdə 2ci Qarabağ müharibəsində şəhidlik Zirvəsinə ucalmış, ölümündən sonra o, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və digər medallarla təltif olunmuşdur.Həyat yoldaşı şəhid olduğdan sonra onun üçün dövlət tərəfindən ayrılmış pul vəsaitinə görə qaynatası Xeyrulla və qaynı Hafiz onunla narazlıq etməyə başlamış, onlar şəhid əri üçün təyin olunmuş pul vəsaitini və təqaüd kartını ondan tələb etmişlər.O, bundan imtina etmiş, nəticədə tərəflər arasında narazılıq yaranmışdır.Şəhid ərinə görə ona 11000 manat məbləğində yardım verilmiş, qayınları Hafiz və Şirvan ona həmin pulu qaynatası Xeyrullaya verməyini tələb etmişlər, lakin o, pulu öz adına bankda saxladığını bildirmişdir.Bu zaman cavabdeh ona “sən pulları bankda saxlasan sənə və uşaqlara aylıq verilən şəhid pulu verilməyəcəkdir, sən bankda öz adına pul saxlama, pulu götür onun adımıza banka qoy” demişdir.İddiaçı onlarla razılaşmamış X8 filialında öz adına açdırdığı hesaba 11000 manat pul köçürüldükdən sonra həmin pulu öz adına açdırdığı hesabdan götürərək həmin puldan 1000 manat pulu qaynatası Xeyrullaya vermiş, Xeyrulla isə həmin pulu oğlu Hafizə vermişdir.yerdə qalan 10000 manat pulu əmanət kimi o, öz adına banka qoymuşdur.Şəhid ailəsi kimi ona ayrılmış pullardan ümumilikdə 25000 manat əmanət kimi öz adına banka qoymuşdur.Bu səbəbdən də hər gün evdə qaynı Şirvan narazılıq etmişdir.Cavabdeh ona 25000 pulu bankdan götürüb ona verilməsini və evin mətbəxinin düzəltməklə qalan pulu öz adına banka qoyacağını bildirmişdir.O, cavabdehin təkidi, və yalanlarına inanaraq cavabdehin özü və arvadı ilə birlikdə qaynı Ağaddinin maşını ilə Lerik şəhərində yerləşən X8 filialına gedərək adına əmanət qoyduğu 25000 manat pulu götürüb tam olaraq qaynı cavabdeh Şirvana vermişdir.Cavabdeh həmin puldan təxminən 5-6 min manat xərcləyib evin girişində mətbəxt düzəltmişdir.Lakin qalan pulu cavabdeh ona dediyi kimi banka yox istədiyi kimi xərcləyərək mənimsəmişdir.O,bu barədə Lerik RPŞ-ə şikayət etmişdir.Lerik RPŞ-nin İQnun baş müstəntiqi, polis palkovnik-leytenantı Zeynal Allahverdiyev tərəfindən çıxarılmış 14 aprel 2023-cü il tarixli qərara əsasən cinayət işinin başlanması rədd edilmiş və bu barəd məhkəməyə müraciət etmək hüququ olduğu izah olunmuşdur.Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasına uyğun izahat verərək cavabdehdən 19036 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı izahat verərək iddianı qəbul etmədiyini bildirdi.Bildirdi ki, Nuranə onun şəhid qardaşı Davudun arvadıdır.Şəhid ailəsi kimi Nuranəyə sığorta təşkilatından 11000 manat pul verilmiş, Nuranə həmin puldan 1000 manat atası Xeyrullaya vermiş, qalan pulu isə banka öz adına əmanət kimi qoymuşdur.Nuranəyə cəmi 25000 manat şəhid ailəsi kimi pul verilmişdir.iddiaçı ona heç vaxt 25000 manat pul verməmişdir.06 aprel 2021-ci il tarixdə o, Nuranə və Nuranənin atası İsa ilə birlikdə X8 rayon filialına getmişlər.Nuranə bankdan adına qoyduğu 25000 manat pulu götürmüş, həmin pulun bir qismini şəhid əri Davudun evinin təmirinə xərcləmiş, tikinti materiallarını o, almış materialların və ustaların pulunu isə Nuranə özü vermişdir. Qalan pullar isə Nuranədə qalmışdır.Nuranənin ona qarşı iddiası əsassızdır.İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, Nuranə onun qızıdır.Şəhid ailəsi kimi qızı Nuranəyə cəmi 25000 manat pul verilmişdir.Həmin pulu Nuranə öz adına X8 rayon filialına qoymuşdur.Nuranənin qaynı Şirvan və atası Xeyrulla Nuranədən tələb etmişlər ki, adına qoyduğu pulu bankdan çıxarıb onlara versin.06 aprel 2021-ci il tarixdə Şirvan Nuranəni məcbur edərək X8 rayon filialına aparmışdır.Həmin vaxt o, orada olmamışdır.Nuranə adına qoyduğu 25000 manat pulu çıxararaq qaynı Şirvana vermişdir.Şirvan həmin puldan 6000 manat yaxın pulu şəhid qardaşı Davudun evinin təmirinə xərcləmiş, qalan pulu isə mənimsəmişdir. Məhkəmə tərəfləri və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Lerik RPŞ-nin 14 aprel 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh tərəfindən 2021-ci ilin aprel ayının əvəlində İddiaçı 25000 manat vəsaitin soyğunçuluq, quldurluq, hədə-qorxu və yaxud dələduzluq (aldatma) yolu ilə alınması təsdiq olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kapital Bank filialı tərəfindən verilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən banka 25053.75 (iyirmi beş min əlli üç manat yetmiş beş qəpik) banka əmanət qoymuşdur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli 10/8335 saylı ekspertiza rəyindən görünür ki, Lerik rayon Livədirqə kəndində yerləşən İddiaçı yaşadığı ev və həyatyanı sahəsində 2021-ci ilin aprel ayından sonrakı müddətdə aparılan tikinti, təmir-bərpa işləri kimi təqdim olunan işlərə mövcud olan bazar qiymətlərinə uyğun olaraq təqribən 5964 manat vəsait ödədiyi müəyyən edilmişdir.Görülmüş işlərin həcmi və istifadə olunan materiallar barədə ətraflı məlumat rəyin tədqiqat hissəsində olan smeta cədvəli göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü bəndinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı X3 X2 2-ci qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmışdır.İddiaçının əri şəhid olduğdan sonra onun maddi rifahının yüksəldilməsi məqsədi ilə iddiaçıya dövlət tərəfində ümumilikdə 25000 manat məbləğində maddi yardım olunmuşdur.iddiaçı həmin pulu öz adına banka qoymuşdur.İddiaçının qaynı iş üzrə Cavabdeh təkidlə iddiaçıdan öz adından banka qoyduğu pulu çıxararaq cavabdehə verilməsini bildirmişdir.İddiaçı məcbur olaraq 2021-ci ilin aprel ayında bankdan 25000 manat pulu götürərək Cavabdeh vermişdir.Cavabdeh həmin pulu alaraq ondan 5964 manat iddiaçının yaşadığı evin mətbəxini və digər otaqlarını təmir etmişdir.Yerdə qalan pulu isə xərcləmişdir.Cavadeh izahatında 2021-ci ili aprel ayında iddiaçı Nuranənin atası İsa ilə X8 rayon filialından 25000 manat pulu götürüb, pulun bir qismini evin təmirinə xərcləyib, qalan hissəsini iddiaçının özündə saxlanmasını bildirsə də məhkəmə bunu inandırıcı hesab etmir.Belə ki,əgər iddiaçı atası İsa ilə birlikdə 25000 manat pulu X8 filialından götürməyə gedirdisə Cavabdeh onlarla birlikdə banka getməsinin nə mənası var idi.Digər tərəfdən iddiaçının atası İsa Babayev izahatında bildirmişdir ki, qızı Nuranənin qaynı Şirvanla 25000 manat pulu X8 rayon filialından çıxarmaq üçün gedərkən İsa Babayev iddiaçı və cavabdehlə birlikdə olmamışdır. Məhkəmə bütün mötəbər sübutları nəzərə alaraq belə hesab edir ki, vətən uğrunda şəhidlik zirvəsinə uclanmış şəxsin əri İddiaçı mənafeyini üstün tutaraq himayəsində iki azyaşlı körpəzi olmasını və iddiaçının özünündə atasının himayəsində yaşamasını onun gələcək təlabatını və övladlarının normal təhsil almasını nəzərə alaraq belə hesab edir ki, Cavabdeh tərəfindən mənimsənilmiş 19036 manat pul cavabdehdən alınaraq iddiaçıya qaytarılması ədalətli olar. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Cavabdeh 19036 manat məbləğində borc alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 19036 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atəbəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar