Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-414/2024 23.07.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kİçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Cavabdeh qarşı Dövlət Meşə fonduna vurmuş 15605.63 manat ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis müavini, rəis səlahiyyətlərini müvəqqəti icra edən Əlizamin Həmidov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək meşə fondu sahəsində qanunsuz ağac kəsməsi nəticəsində dəymiş zərərin əvəzi olan 15605.63 manat məbləğində pulun Cavabdeh alınaraq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli təhvil-qəbul zamanı Lerik meşəbəyliyinin 14 saylı dolayında 59 (əlli doqquz) ədəd 85.22 m³ həcmində 9437 (doqquz min dörd yüz otuz yeddi manat 31 qəpik və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixində Lerik meşəbəyliyinin 14 saylı meşə dolayında aparılan yoxlama zamanı 21 (iyirmi bir) ədəd 66.38 həcmində 6168 (altı min yüz altımış səkkiz )manat 25 qəpik miqdarında köküstə yaş ağacların kəsilərək meşə sahəsindən aparılması və dövlət əmlakının qorunub saxlanılmasına məsul olan şəxslərin hadisəni rəsmiləşdirməməsi faktı aşkar edilmişdir. X1 Fonduna 15605.63 (on beş altı yüz beş manat altımış üç qəpik) miqdarında ziyan vurulması müəyyən edilmişdir. Lerik rayon məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1 ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İddiaçı 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh мящкямя иъласынын вахты вя йери барядя лазыми гайдада хябярдар едился дя, о, мящкямя иъласына эялмямиш вя эялмямяsинин сябябляри барядя мялумат вермямишdir. Беля олан щалда мящкямя Азярбайъан Республикасы МПМ-нин 185.5-ъи маддясиня ясасян ишя оnuн иштиракы олмадан бахылмасыны мцмкцн щесаб етмишдир. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Lerik rayon məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1 ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 15 faiz məbləğində dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Dövlət Meşə fonduna dəymiş ödənməmiş ziyanın əvəzi olan 15605.63 manat pul tutularaq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Dövlət Meşə fonduna dəymiş ödənməmiş ziyanın əvəzi olan 15605.63 manat pul tutularaq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-414/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-414/2024
23.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver