Məhkəmə qərarları › İş №2(048)-456/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-456/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-456/2023 08.08.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6750 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “əmlak.com“ saytında sotu 1500 manat olan torpağ sahəsinin satışda olduğunu görmüşdür.Torpağın sahibi olan Cavabdeh əvvəlcə 300 manat beh verərək sonradan 6450 manat ödədikdən sonra, cəmi 6750 manat ödəməklə 31 saylı notariat ofisində cavabdeh ona torpağın satılmasıbarədə etibarnamə vermişdir.Lakin o, bir aydan sonra həmin torpağ sahəsinin yerləşdiyi əraziyə getdikdə həmin torpağ sahəsində başqa şəxslərin tikinti işləriapardığını görmüş, həmin şəslər isə öz növbəsində həmin torpağ sahəsini cavabdehdən aldığını bildirmişlər.Daha sonra bu barədə cavabdehə bildirdikdə cavabdeh öna başqa yerdə torpaq sahəsi verəcəyini bildirmişdir.lakin bir müddət keçdikdən sonra cavabdeh öz vədinə əməl etmədiyindən ona verdiyi 6750 manat məbləğində pulunu geri istəsədə buna nail olmamışdır.Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddiasına uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsədə, o, məhkəmə iclasına gəlməmiş məhkəməyə ərizə təqdim edərək işə cavabdehin iştirakı olmadan baxılıb iddianın rədd edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Kapital bank ASC-i tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 87.90 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-ni BPQMİ-nin MAPS söbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın sürətindən görünür ki, Cavabdeh Lerik rayon Pirasora kəndində pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-ni BPQMİ-nin MAPS söbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın sürətindən görünür ki, İddiaçı Laçı rayon Alxaslı kəndində pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş AR-İİ № 633216 nömrəli etibarnamənin sürətindən görünür ki, Məlikov X1 rayonu Hövsan südçülük sovxozu ərazisində yerləşən 0.536 ha torpaq sahəsindən 450 kv.m torpaq sahəsini 70 il müddətinə İddiaçı verilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi cavabdehə tikinti materialları verməsini sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə tikinti materialları verilməsi ilə bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iclası zamanı iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, iddiaçı əmlak.com syıtında sotu 1500 manat olan torpağ satışı elanın görmüşdür.iddiaçı həmin torpağ sahəsini almaq məqsədi ilə ilkin olaraq cavabdehə 300 manat məbləğində beh verdikdən sonra 6450 manat məbləğində pul ödəniş edərək etibarnamə əsasında torpağ sahəsi almışdır.Lakin bir müddət keçdikdən sonra həmin torpağ sahəsində başqa şəxslərin tikinti apardığını görmüş, bu barədə cavabdehə bildirsə də cavabdeh ona başqa ərazidə torpağ sahəsi verəcəyini vəd etmişdir.Lakin bir müddət keçdikdən sonra cavabdeh öz vədinə əməl etməmişdir.İddiaçı bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Məhkəmə bütün iş üzrə sənədləri araşdlraraq belə qənaətə gəlir ki, iddiaçı cavabdehə torpağ almaq məqsədi ilə 6750 manat məbləğində pul verdiyini bildirsədə bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir.İddiaçı cavabdeh tərəfindən torpağın ona satılması barədə etibarnamə verilməsini bildirmiş, lakin etibarnamə torpa üzərində heç bir mülkiyyət hüququ yaratmır.İddiaçı qanunun tələbinə görə torpağın alınmasına dair alqı-satqı müqaviləsi tərtib etdirməli idi. Ona görədə məhkəmə belə qənaətə gəlir ki iddia rədd olunmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh 6750 manat pulun alınaraq ona verilməsi barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh 6750 manat pulun alınaraq ona verilməsi barədə tələbi əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədr: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar