Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-49/2023 14.02.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9150 manat pulun və ödənilmiş 112 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin aprel aylarında Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsində yerləşən mənzilinin təmir edilməsi üçün Cavabdeh müraciət etmişdir.Cavabdehlə razılıq əsasında evin təmirinə aprel ayında başlanılmalı və sentyabr ayında bitməli idi.Evin təmir xərclərinin dəyəri 15000 manat məbləğində razılaşmışlar.İlkin olaraq cavabdehə 4550 manat pul vermişdir.Cavabdeh pulu aldıqdan sonra müxtəlif bahanələrlə may ayında işi görməyə başlamışdır.Özü deyil işə tanımadığı mütəlif insanları cəlb etmişdir.Cavabdeh işi fasilələrlə və keyfiyyətsiz görmüş, cavabdehə bu barədə iradın bildirsədə cavabdeh yenidən işi başlamış lakin bir müddət keçdikdən sonra yenidən dayandırmışdır.Daha sonra cavabdeh işi tamam dayndırmışdır.Cavabdehlə dəfələrlə əlaqə saxlamaqa çalışsada cavabdeh zənglərə cavabab verməmişdir.Məcbur olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində DİN-nin 102 qaynar xəttinə müraciət etmişdir.Daha sonra Bakı şəhəri Nəsimi rayon Polis idarəsi 22-ci poli Bölməsində araşırma aparılmış, cavabdeh Polis idarəsində izahat verərək guya onun həyat yoldaşı işləməyə mane olmuşdur. Əslində isə belə olmamışdır işlərin kefiyyətsiz və ləng görülməsi, eləcədə cavabdehin daha üç şəxs üçün paralel olaraq iş görməsi səbəb olmuşdur. Cavabdeh ondan aldığı 4550 manat pulun müqabilində heç bir iş görməməsi ilə barabər, onun təmir üçün aldığı materiallara da zərər vurmuşdur.Belə ki cavabdeh birinin 1500 manat digərinin dəyəri isə 2300 manat olmaqla iki ədəd pəncərəni yararsız hala salıb.Bundan başqa cavabdeh 800 manat dəyərində olan alçipanıda yararsız hala salmışdır.Cavabdeh ümumilikdə ona 9150 manat dəyərində maddi zərər vurmuşdur. Bundan başqa cavabdeh ona mənəvi zərər də vurmuşdur.Belə ki, onlar ailəliklə plana uyğun yeni mənzilə köçüb uşaqlarını Binə qəsəbəsində yerləşən məktəbdən çıxarıb Bakı şəhəri Nəsimi rayonunda yerləşən məktəbə qoyulması planın da pozulmuşdur.Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı X2 məhkəməyə teleqramla müraciət edərək iddianı müdafiə etdiyini işə onun iştirakı olmadan baxılıb iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, iddiaçının söylədikləri yalandır. O, iddiaçı ilə sövdələşərək iddiaçının evinin təmir olunması ilə əlaqədar iddiaçı ona 15000 manat miqdarında puldan 4550 manat pul vermişdir Daha sonra o, 2022-ci ilin may ayında iddiaçının evinin təmirinə başlamışdır.İddiaçının mənzilində divar hörgüsü, suvaq işi,rəngləmə, malyar işi görmüşdür.İddiaçının yoldaşı hərdəfə gəlib çertiyojda dəyişiklik etmişdir.Daha sonra iddiaçının arvadı mənzilə gələrək ona işi dayandırmasını demiş və onu evdən qovmuşdur.Həmin vaxt iddiaçı xaricdə olmuşdur.Belə ki o, təmir işlərin yarımçıq saxlamaq məcburiyyətində qalmışdır.İddiaçının iddia etdiyi 2800 manat dəyərində iki ədəd pəncərənin və 800 manat dəyərində alçibanın yararsız hala salınması böhtandır.O, iddiaçının evində ona təmir məqsədi ilə verilmiş 4550 manat miqdarında puldan artıq da iş görmüşdür. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Kapital bank ASC-i tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8251 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı X2 məhkəməyə müraciət edərkən 112 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, iddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmişAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh Lerik rayon Lüləkaran kəndində paport qeydiyyatındadır. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi cavabdehə tikinti materialları verməsini sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə tikinti materialları verilməsi ilə bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı evinin təmir olunması ilə əlaqədar cavabdehlə sövdələşmişdir.Cavabdeh iddiaçının evinin təmiri ilə əlaqədar ona veriləcək 15000 manat puldan 4550 manatını almışdır.Daha sonra cavabdeh 2022-ci ili may ayında iddiaçının evində təmir işlərinə başlamışdır. İddiaçının mənzilində divar hörgüsü, suvaq işi,rəngləmə, malyar işi görmüşdür. İddiaçının həyat yoldaşı təmir-tikinti işlərinə maneçilik törətdiyindən cavabdeh işləri yarımçıq buraxmışdır.İddiaçının cavabdehin onun təmir üçün alınmış dəyəri ümumilikdə 3800 manat olan iki ədəd pəncərənin və 800 manat dəyəerində olan alçibanı yararsız hala salmasını bildirsə də məhkəməyə bu barədə heç bir mötəbər sübutlar təqdim edə bilməmişdir.Ona görədə məhkəmə onun pul tələbinə dair iddiasını inandırıcı hesab etmir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. X1 Cavabdeh qarşı 9150 manat pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-49/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-49/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver