Məhkəmə qərarları › İş №2(048)-49/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-49/2024

22.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-49/2024 22.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lerik rayon məhkəməsinin 20 sentyabr 2021-ci il tarxli 2(048)517/2021 saylı qətnaməsi ilə təyin olunmuş cavabdehdən tutulan alimentin məbləği artırılaraq birgə nikahdan xx.xx.2010-cu il tarixdə doğulmuş X6 və xx.xx.2012-ci il tarixdə doğulmuş X8 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hal-hazırda Lerik rayonu Əvilə kəndində yaşayır. Cavabdeh ilə 04 oktyabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Nikahlarını 04 oktyabr 2010-cu il tarixdə Lerik rayon Livədirgə kənd ƏİN-də 18 sayla rəsmiləşdirmişlər.Birgə yaşadığları dövürdə birgə nikahından xx.xx.2010-cu il tarixdə X6 və xx.xx.2012-ci il tarixdə X8 adlı uşaqları doğulmuşdur. Cavabdeh ilə yaşadığları müddət ərzində münasibətləri normal olmuş, adi bir ailə kimi həyatlarını davam etdirmişlər. Lakin cavabdehin qohumları ailələrində söz-söhbət yaratmış, nəticədə məhkəməyə böşanmağdan ötrü müraciət etmiş, Lerik rayon məhkəməsinin 20 sentyabr 2021-ci il tarxli 2(048)517/2021 saylı qətnaməsi ilə nikahıları pozulmuş, birgə nikahdan xx.xx.2010-cu il tarixdə doğulmuş X6 və xx.xx.2012-ci il tarixdə doğulmuş X8 adlı uşaqlar onun yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi hər ay 240 manat sabit pul məbləğində aliment tutulub xeyrinə verilməsi qərara alınmışdır. Lerik rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağların heç bir tələbatının ödənilməsinə yetmir, uşağların məsrəfləri yetərincə artmışdır.Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Uşağların bütün qayğısını ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə də "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ile məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə eib iddiasına uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarxli 2(048)517/2021 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2010-cu il tarixdə doğulmuş X6 və xx.xx.2012-ci il tarixdə doğulmuş X8 adlı uşaqlar iddiaçının yanında saxlanılmaqla, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi hər ay 240 manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş X5 1 saylı Mediasiya təşkilatının X1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MŞL-02391 saylı arayışdan görünür ki, iddiaçı Səlimova X4 1 saylı Mediasiya təşkilatına Ailə mübahisəsi tələbi ilə müraciət etmiş və 50 manat rüsum ödəmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin sürətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə X6 və xx.xx.2012-ci il tarixdə X8 adlı uşaqlar doğulmuşdur. Məhkəmə mülki işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə isə valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.2-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm,dəyişən olarsa,ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, tərəflər birgə nikaha daxil olaraq ailə həyatı qurmuşlar.Tərəflərin birgə nikahlarından xx.xx.2010cu il tarixdə X6 və xx.xx.2012-ci il tarixdə X8 adlı uşaq doğulmuşdur.Tərəflərin bir müddət münasibətləri normal olsada sonradan münasibətləri pozulmuş tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X8 adlı uşaqlar iddiaçının yanında saxlanmaqla həray bir uşaqa görə 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir.Hazırda uşaqlar böyüdükcə məsrəfləri yetəricə atmışdır.Məhkəmə belə qənaətə gəlir ki, alimentin artırılması az yaşlı uşaqların mənafeyinin müdafiə olunması kimi qiymətləndirilir.Ona görədə tələb olunam alimentin miqdarı bir uşaqa görə 180 manat həddindədək artırılamlıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını nəzərə alaraq belə hesab edir ki, Lerik Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarxli 2(048)517/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2010-cu il tarixdə doğulmuş X6 və xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşaqa görə 180 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qisməm təmin edilsin. Lerik Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarxli 2(048)517/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2010-cu il tarixdə doğulmuş X6 və xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşaqa görə 180 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Artırılmış alimentin tutulmasına Lerik Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 2(048)-49/2024 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 22 yanvar 2024-cü il № 2 (048)-49/2024 İddiaçı (Lerik rayonu Əvilə kəndi) Surəti Cavabdeh (Lerik rayonu Əvilə Kəndi) Lerik Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 2 (048)-49/2024 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 04 vərəqədə qətnamə hər bir ünvana Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar